Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buranov nənələri
Buranovskiye Babuşki (rus. Бурановские бабушки / Buranov nənələri; udm. Брангуртысь песянайёс) — Rusiyanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən musiqi qrupu. Qrup müsabiqədə "Party for everybody" mahnısı ilə 2-ci yeri tutmuşdur.
Barack Obama
Barak Hüseyn Obama (ing. Barack Hussein Obama; 4 avqust 1961[…], Honolulu) — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti (20 yanvar 2009 – 20 yanvar 2017). Prezident seçilənə qədər ABŞ Senatının İllinoys ştatının kiçik senatoru olub. 2009-cu ildə isə Nobel Sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 4 avqust 1961-ci ildə Havay adalarında anadan olan Barak Hüseyn Obamanın qaradərili atasının Barak Hüseyn Obama (ata), ağdərili anasının adı isə Stenli Enn Danhemdir. Keniyadan olan atası ilə Kanzasdan olan anası Havay Universitetində tanış olmuşlar. Bəzi məlumatlara görə atası müsəlman idi. Barak Obamanın müəllimləri, yaxınları da bunu təsdiq edirlər. Barak Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirmiş və 1985-ci ildə Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlamışdır. 1991-ci ildə Obama Harvard Hüquq Məktəbini bitirir.
Burak Aksak
Burak Aksak (d. 12 sentyabr 1985, İstanbul) — türkiyəli yazar, rejissor və aktyor. İlk təhsilini Yedikule'de və orta təhsilini Koca Mustafa Paşa Liseyində tamamladı. Hal hazırda Eskişehir Anadolu Universitetində İctimai İdarəetmə Fakültəsində təhsil alır. 2006-cı ildə o, təqaüd qazanmış və Platon Film Məktəbinə daxil olmuşdur. Ekol Drama İncəsənət Məktəbində Kamera üçün aktyorluq edir. Kariyerini televiziya üzərinə əmisi Selçuk Aydemir ilə başlamış və TRT ilə "Ramazan Güzeldir" idarə etmişdir. Leyla və Mecnun seriyası nəşrdən çıxarıldı və "Ben de Ozledim" filmində ssenarist kimi işləməyə davam etdi. O, BKM tərəfindən hazırlanan və 9 yanvar 2015-ci ildə nümayiş etdirilən :Bana Masal anlat" filmin ssenari müəllifi və rejissorudur. O, 2013-cü ildən etibarən aylıq "OT Magazine" jurnalında yazır.
Burak Sevinc
Burak Sevinc (27 oktyabr 1985, Zonquldak) — Türkiyəli aktyor. == Həyatı == Burak Sevinc, 27 oktyabr 1985-ci ildə Zonquldakda anadan olmuşdur. Ulduz Texniki Universiteti məzunudur. İlk olaraq "Atam üçin" adlı serialda Alpay obrazını canlandırmışdır. == Şəxsi həyatı == Burak Sevinc, 1 Avqust 2015 tarixində Şirin Kılavuz ile evləndi. 2021-ci ilin mayında boşandılar.
Burak Yılmaz
Burak Yılmaz (türk. Burak Yılmaz, 15 iyul 1985, Antalya) — "Qol kralı" ləqəbli türk futbolçusu, Fransanın "Lill" və Türkiyə yığmasının hücumçusu, yığmanın kapitanı, Hakan Şükürdən sonra Türkiyə futbol yığmasında ən çox qol vurmuş bombardir (66 oyunda 28 qol), Sergen Yalçından sonra Türkiyənin dörd ən böyük futbol klubu olan "Beşiktaş", "Fənərbaxça", "Trabzonspor" və "Qalatasarayda" oynamış ikinci futbolçu. Bu dörd komanda ilə Çempionlar Liqasında oynayıb. == Oyun stili == Burak Yılmaz klassik mərkəz hücumçusudur, hər iki ayaqla dəqiq zərbələr endirə bilir, kəllə ilə gözəl oynuyur, fiziki gücə və topun texniki qəbul etmə qabiliyyətinə malikdir. Həmçinin penalti və standart cərimə zərbələri yerinə yetirir, hərçənd bu sahədə yüksək usta hesab olunmur. Oyun stilinə görə yüksək sürətə malik dağıdıcı forvarddır. == Klub karyerası == == Transferlər == === Antalyaspor === Burak Yılmaz peşəkar futbol karyerasına 16 yaşında "Antalyaspor" klubunda sağ vinqer mövqeyində başlayıb === Qalatasaray === 2012/2013 futbol mövsümünün başında "Trabzonspordan" "Qalatasaraya" transfer qiyməti 5 mln avro olub. === Beytsinq Quan (Beijing Guoan) === 2016-cı ildə Çinin "Beytsinq Quan" klubuna 8 mln avro müqabilində transfer olunub. === Trabzonspor === 2017-ci ildə 3,5 mln avroya "Trabzonspora" tranfer olunub. === Lill === 2020/2021 il mövsümündə Fransanın "Lill" klubuna transfer olunub.
Burak Özçivit
Burak Özçivit (24 dekabr 1984, İstanbul) — Türk aktyor və keçmiş model. == Həyatı == Əslən Qaziantepli olan aktyor, 2001-ci ildə Kazım İşmen liseyindən məzun olub. Mərmərə Universitetin gözəl peşələr fakültəsi fotoqrafçılıq ixtisasında oxuyub. 2003-cü ildə "Türkiyənin ən yaxşı modeli" müsabiqəsinə qatılmış və "gələcəyi vəd edən model" seçilmişdir. Yarışmadan sonra Uğurkan Erez agentliyi ilə işə başlamışdır. Daha sonra modelliyi buraxmış, Uğurkan Erezin agentliyində çalışmışdır. Daha sonra 2005-ci ildə müsabiqəyə yenidən qatılmış və "Türkiyənin ən yaxşı modeli" seçilmişdir. Bundan sonra "Dünyanın ən yaxşı modeli" müsabiqəsində ikinci yerə çıxmışdır. Fərrux Saraç, Abbat, Tween və Network kimi markaların xarici sərgi nümayişlərində vəzifə almışdır. 2006-cı ildə "Mənfi 18" adlı serialında gənc komissar Muradı canlandırmışdır.
Nil Burak
Nil Burak olaraq bilinən Pembe Nihal Munsif 27 aprel 1948 Lefke) Şimali Kipr Türk Respublikası ve Türkiyənin məşhur müğənnisidir.
Burak Çelik
Burak Çelik' (21 iyul 1992, İstanbul) Türkiyə'li aktyor və modeldir. Bu günə qədər bir çox film və seriallarda rol almışdır.2013-cü ildən əsas fəaliyyətinə başlayan Burak Çelik karyerasını daha da genişləndirmişdir. == Həyatı və karyerası == Atası Ordu'lu, anası isə mühacir olmuşdur. 21 iyul 1992-ci ildə dünyaya gəlmişdir. 2013 Best Model of Turkey və eyni ildə Best Model of The World qalibi olmuşdur. O, 42 ölkədən 56 modelin qatıldığı "Best Model of The World" yarışmasında "Ən yaxşı kişi model" seçilmişdir. Çelik Karagül serialında canlandırdığı Serdar obrazı ilə aktyor'luğa addım atmışdır. O, serialda 100 seriyada iştirak etmişdir. Daha sonra 2016-cı ildə ekranlara çıxan Hayat Sevince Güzel serialında baş rolda Çelik Barış obrazını canlandırmışdır. Teleserialda Səlim obrazını canlandırmışdır.
Braço-du-Trombudo
Braço-du-Trombudo (port. Braço do Trombudo) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 3682 nəfərdir. Ərazisi 90,426 кm²-dir. Əhalinin sıxlığı 41,1 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.