Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buruni
Buruni (mald. ބުރުނީ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Txaa atoluna daxildir. == Coğrafi yerləşmə == Buruni adası Txaa atoluna daxil olan 66 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 196 km cənub-qərbdə yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Burunidə 1130 nəfər yaşayır: 48,84 % kişi və 51,15 % qadın. Əhalinin yaş strukturu: 44,69 % — 18 yaşından aşağı; 14,07 % — 19 - 25 yaş arası; 35,57 % — 26 - 64 yaş arası və 5,66 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 98, 93 %.
Brene
Brene (fr. Bresnay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03039. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 394 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15–64 yaş) 187 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 68,4%). Fəal 187 nəfərdən 176 nəfəri (90 kişi və 86 qadın) işləyir, 11 nəfər işsizdir (5 kişi və 6 qadın).
Berende butası
Berende buxtası (bolq. залив Беренде, ‘Zaliv Berende’ \'za-liv be-ren-'de\) — 3.3 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Qrinviç adası sahillərindən 1.15 km cənub-qərbdə yerləşmişdir. Pelişat burnundan cənubda yerləşmişdir.Buxta qərbi Bolqarıstanda yerləşən Berende şəhərinin adını daşıyır. == Yerləşməsi == Berende buxtası 62°28′25″ c. e. 59°58′35″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov.
Burdenis buzlağı
Burdenis buzlağı (bolq. ледник Бурденис, ‘Lednik Burdenis’ \'led-nik bur-'de-nis\) — 6 km uzunluğu və 1.7 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Delyo buzlağından şimalda, Gerila buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Buzlaq cənubi Bolqarıstanda yerləşən Qədim Roma şəhəri olan Burdenisin adını daşıyır. == Yerləşməsi == Burdenis buzlağı 78°14′00″ c. e. 86°03′00″ q. u. koordinatlarında yerləşmişdir. Viyets dağından şimalda, 4111 zirvəsindən cənub-şərqdə, Bruquyerre zirvəsindən və Ellen buzlağından şimalda yerləşmişdir.
Burunnıe adaları
Burunnıe — Şimal Torpağı arxipelaqının mərkəzində iki adadan ibarət olan adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Oktyabr İnqilabı adasından 5,3 km cənubda yerləşir. Adaların biri 400 m, digəri 600 metr uzunluğa malikdir. Adalar buzdan azad olurlar. Sahilləri dayazdır.
Busənik (Qəzvin)
Busənik - İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Eyniadlı şəhristanının Ziyaabad bölgəsinin Qaqazan kəndistanında, Ziyadabad qəsəbəsindən 42 km. şimaldadır.
Bernie Sanders
Bernard "Berni" Sanders (ing. Bernard "Bernie" Sanders; 8 sentyabr 1941[…], Bruklin, Nyu-York ştatı, ABŞ[…]) — ABŞ siyasətçisi, solçu ictimai xadimi, 2007-ci ildən Vermont ştatından seçilmiş senator. Sanders ABŞ Konqresi tarixində ən uzun müddət fəaliyyət göstərən müstəqil konqresmendir. 2013–2015-ci illər arasında Senatın Veteranların işi üzrə komitəsinin sədri olub. 1981–1989-cu illər arasında Vermont, Berlinqton kimi böyük şəhərlərin meri, 1991–2007-ci illər arasında isə ABŞ Nümayəndələr Palatasının üzvü olub. Senatda komitələr formalaşdırılanda Demokrat partiyasına qoşulur, Proqressiv Konqressmenlər Forumuna daxildir.(ing. Congressional Progressive Caucus) Özünü demokratik sosialist (ABŞ senatorları arasında yeganədir) və amerikan proqressivizminin, "Yeni xəttin" nümayəndəsi kimi təqdim edir. Skandinav modeli sosial-demokratiyanın tərəfdarıdır. İşçi və orta təbəqənin maraqlarının müdafiəçisi kimi çıxış edir. Korporasiyaların və Uoll-Stritin təsirlərinə, sosial ədalətsizliyə, əmlak bərabərsizliyinə, varlılar və kasıblar arasında olan kəskin fərqə və polis zorakılığına qarşı çıxır.
Brenye-Kordon
Brenye-Kordon (fr. Brégnier-Cordon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01058. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 832 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Brenye-Kordon ilə əlaqəli mediafayllar var.
Kürəni ev uzunbığı
Kürəni ev uzunbığı (lat. Stromadium unicolor) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. == Təsviri == == Yayılması == Kürəni ev uzunbığı Cənubi Avropada, Krımda, Qafqazda, Qərbi Asiyada yayılmışdır. Azərbaycanda bu növə bütün rayonlarda təsadüf edilir. == Həyat tərzi == Sürfəsi müxtəlif ağac cinslərinin oduncaq hissəsində yaşayır. Yemləndiyi bitkilərdən palıd, püstə, fıstıq, qarağac, cökə, şabalıd, meyvə ağacları, söyüd, şam və s. xüsusi yer tutur. Bu uzunbığ nəinki tələf olmuş və ya qurumaqda olan ağac budağı və gövdəsi, həmçinin müxtəlif taxta-şalban, tir, ağac məmulatları və tikililəri də yoluxdurur. O, qismən quru olan oduncaqlara üstünlük verir. Çoxalma illərində böyük zərər verə bilir.
Büreydə ibn əl-Hüseyb
Büreydə ibn əl-Hüseyb (v. 680-ci illər, Xorasan[d], ərəb. بريدة بن الخصيب الأسلمي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Büreydə ibn Hüseyb Bəni Əsləm qəbiləsindən idi. Onun Peyğəmbərlə tanışlığının tarixi Məhəmmədin və digər müsəlmanların Məkkədən Mədinəyə hicrət dövrünə təsadüf edir. Məhəmməd Məkkədən çıxmağa müvəffəq olan gecə Qureyşlülər onu təqib edir, bu da nəticəsiz qalır. Məkkə yaxınlığında yaşayan bütün qəbilələrə, Məhəmmədi diri və ya ölü onlara çatdıra bilən hər kəsə yüz dəvə verməyə vəd edilir. Bu mükafat müqabilində onu tapıb Qureyşə təslim etmək istəyənlər arasında Büreydə də var idi. Bir gün Büreydə və adamları Məhəmməd peyğəmbəri Əbu Bəkrlə birlikdə görür. Görüşdən sonra onlarla söhbətə başlayır, Büreydə və qövmü İslamı qəbul edir.
Hanna Van Büren
Hanna Van Büren (ing. Hannah Hoes Van Buren; 8 mart 1783[…] – 5 fevral 1819[…], Albani) — ABŞ siyasətçisi, 8-ci Prezidenti Martin Van Burenin həyat yoldaşı.
Martin Van Buren
Martin Van Buren (ing. Martin Van Buren; 5 dekabr 1782, Kinderhuk, Nyu-York, ABŞ - 24 iyul 1862, Kinderhuk, Nyu-York, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti (1837-1841), 8-ci vitse-prezidenti (1833-1837) və 10-cu Dövlət katibi (1829-1831). Tomas Ceffersonla yanaşı hər üç vəzifəni tutmuş yeganə şəxsdir. Amerikanın Britaniyadan müstəqillik qazanmasından sonra doğulmuş ilk ABŞ prezidentidir. == Erkən həyatı == Martin Van Buren 5 dekabr 1782-ci ildə Nyu-York yaxınlığındakı Kinderhuk şəhərində anadan olmuşdur. Sonralar yazdığı memuarlarında əcdadlarının Amerikaya 1633-cü ildə Hollandiyadan gəldiklərini bildirirdi. Nüfuzlu fermer və meyxana sahibi olan atası Avraam Van Buren işgüzarlığı sayəsində böyük sərvət toplaya bilmişdi.Martin ailənin 5 uşağından üçüncüsü idi. İbtidai təhsilini latın dili tədris olunan məktəbdə almış, 14 yaşında ikən vəkil olmaq məqsədilə dəftərxanada işləməyə başlamışdır. O, dövrün tanınmış vəkillərindən biri olan Frensis Silvesterin yanında praktika keçdikdən sonra müstəqil fəaliyyətə başlamışdır. 1803-cü ildə məhkəmədə işləməyə başlayarkən Martin Van Buren artıq yerli siyasətdə Ceksonun tərəfdarı kimi tanınırdı.
Sen-Jan-de-Burne
Sen-Jan-de-Burne (fr. Saint-Jean-de-Bournay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38399. Kommunanın 2012-ci il üçün əhalisi 4473 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 345 ilə 511 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 37 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.