Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lüdovik
Lüdovik — Fransa adı. I Lüdovik IX Lüdovik — Fransa kralı. Kapetinqlər sülaləsindəndir. XI Lüdovik — Fransa kralı. XII Lüdovik — Fransa və Neapol kralı. XIII Lüdovik — Fransa kralı. XIV Lüdovik XV Lüdovik — Fransa kralı. XVI Lüdovik — Fransa kralı.
Burvil
Burvil (fr. Bourvil ləqəbi, əsl adı Andre Rober Rembur fr. André Robert Raimbourg; 27 iyul 1917 – 23 sentyabr 1970[…], Parisin 16-cı dairəsi[d]) — Fransa aktyoru və estrada müğənnisi.
Uorvik
Uorvik (ing. Warwick) — İngiltərədə şəhər. Eyvon çayı üzərində yerləşir. Əhalisi 25 434 nəfərdir (2001).
Burbonlu Lüdovik
Burbonlu Lüdovik (isp. Luis de Borbón; fr. Louis de Bourbon) (1 noyabr 1661[…], Fontenblo – 14 aprel 1711[…], Mödon[d]) – Fransa kralı XIV Lüdovikin ilk oğlu və ölümünədək Fransa taxt-tacının varisi, Fransa dofeni. Anası Mariya Tereza isə İspaniya kralı IV Filippin qızı idi. Adaşı olan oğlunun doğumundan sonra Böyük dofen (fr. Grand Dauphin) olaraq anılmağa başlandı. Ancaq atasından öncə vəfat etdiyi üçün kral ola bilmədi. Atasının uzun sürən səltənətinin ardından öz nəvəsi XV Lüdovik taxta çıxdı. == Mənbə == Achaintre, Nicolas Louis, Histoire généalogique et chronologique de la maison royale de Bourbon, Vol. 2, (Publisher Mansut Fils, 4 Rue de l'École de Médecine, Paris, 1825), 479 Dunlop, Ian, Louis XIV, Pimlico London, 2001, p.
II Lüdovik
II Layoş, həmçinin II Lüdovik və Lüdviq Yagellon (mac. Lajos, çex. Ludvík Jagellonský, xorv. Ludvík II. Jagelović; 1 iyul 1506, Buda – 29 avqust 1526) — Macarıstan, Bohemiya krallığı və Xorvatiyaya 1516-1526-cı illərdə rəhbərlik etmiş macar əsilli kral. II Layoş 1506-cı ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası kral II Vladislavın 1516-cı ildə vəfat etməsindən sonra taxta çıxmışdır. Hakimiyyətini gücləndirmək üçün Habsburq kraliçası Mariya Habsburq ilə evlənmişdir. Layoş gənclik dövründə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilian ilə tez-tez görüşüb müxtəlif mövzulu söhbətlər aparmışdır. Osmanlı imperiyasının artan gücünü qəbul etmək istəməyən II Layoş Sultan Süleyman Qanuni tərəfindən qoyulan vergiləri ödəməkdən imtina etmişdir. Aparılan danışıqlardan sonra bir nəticə əldə olunmamış və tərəflər arasında müharibə başlamışdır.
IX Lüdovik
IX Lüdovik (fr. Louis IX; 25 aprel 1214 – 25 avqust 1270, Tunis) — Fransa kralı. Kapetinqlər sülaləsindəndir. == Həyatı == 1248-ci ildə Fransa kralı IX Lüdovik öz qardaşları və vassalları ilə birlikdə yeddinci səlib yürüşünə çıxdı. Səlibçilər Damiyetta şəhərini ələ keçirdilər, lakin Mənsuriyyə uğrunda döyüşlərdə kralın qardaşı Robert öldürüldü. Müsəlman ordusu səlibçilərin geriyə yolunu bağladı. Tezliklə xristianların düşərgəsini aclıq və xəstəlik bürüdü. 1250-ci ilin aprelində səlibçilər dəhşətli məğlubiyyətə uğradılar, IX Lüdovik əsir düşdü, Damiyettanı geri qaytarmaq və iri məbləğdə təzminat ödəmək müqabilində azad edildi. Səlibçilərin yaratdığı Antakiya knyazlığı 1268-ci ildə süqut etdi. 1270-ci ildə Fransa kralı IX Lüdovik Tunisdəki müsəlman Həfsi əmirliyinin üzərinə hücuma keçdi.
I Lüdovik
I Lüdovik Mömin (lat. Hludovicus Pius, fr. Louis le Pieux, alm. Ludwig der Fromme‎; 16 aprel 778, 20 aprel 778 və ya sentyabr 778 – 20 iyun 840 və ya 24 iyun 840) — 781–814-cü illərdə Karolinqlər sülaləsindən olan Akvitaniya kralı, frank kralı və Qərbin imperatoru (Empereur d’Occident; 814–840). Lüdovik Mömin Frank dövlətinin son suveren hökmdarı olmuşdur. Atasının ölümündən sonra taxt-tacı miras almış atası imperator Böyük Karlın islahat siyasətini uğurla davam etdirmiş, lakin hakimiyyətinin son illəri öz oğullarına və xarici düşmənlərinə qarşı müharibələrdə keçmişdir. Ölümündən bir neçə il sonra imperiyanın dağılmasına və onun yerində bir neçə dövlətin — müasir Almaniyanın, İtaliyanın və Fransanın sələflərinin yaranmasına səbəb olan dövlət dərin bir böhran içində idi.
Ludovik Culi
Ludovik Culi (fr. Ludovic Giuly; 10 iyul 1976[…], Lion) — fransız futbolçu.
Portuqaliyalı Lüdovik
Portuqaliyalı Lüdovik (port. Luís de Portugal) (3 mart 1506 – 27 noyabr 1555) — Portuqaliya infantı. Atası Portuqaliya kralı I Manuel, anası isə Kastiliya kraliçası I İzabellanın qızı Mariyadır. Eyni zamanda 1580-ci ildə Portuqaliya taxtı uğrunda gedən mübarizədə taxt iddiaçılarından olan Antonionun atasıdır. Ailəsinin rəsmi nigahı olmadığı üçün onun 33 gün davam edən səltənəti bir çox tarixçi tərəfindən qəbul edilməmişdir. İspaniya kralı II Filiplə apardığı taxt mübarizəsində məğlub olsa da, 1583-cü ilə qədər öz taxt iddiasını davam etdirmişdir. Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times. University of Pennsylvania Press. p.
Surovıy adası
Surovıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adasından 500 m qərbdə, Jurajlyov körfəzində, Klin buxtasınln girəcəyində yerləşir. Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 4,5 km, eni 1,7 km enə təşkil edir. Maksimal hündürlük 11 metrdir. Cənun və şimala doğru axarlar axır. Qərb sahilinə yaxın 500×400 m olan göl vardır. Şimal sahili sıldırımlıdır. Cənub sahili isə hamardır.
XIII Lüdovik
XIII Lüdovik (fr. Louis XIII de France) — Fransa kralı. 1610–1643-cü illərdə hakimiyyətdə olmuşdur.
XII Lüdovik
{{ XII Lüdovik (fr. Louis XII) və ya Orleanlı Lüdovik (fr. Louis d'Orléans; 27 iyun 1462, Blua – 1 yanvar 1515, Paris) — Fransa və Neapol kralı. Atası V Çarlzın nəvəsi Orleanlı Çarlz, anası isə Klevezli Mariya idi. Lüdovik 1498-ci ildə ata şəcərəsindən qohumu olan Fransa kralı VIII Çarlzın geridə varis qoymadan vəfatının ardından taxta çıxdı. Taxta çıxmadan öncə, qohumu olan XI Lüdovik şikəst və sonsuz olan qızı Jannanı onunla zorla evləndirdi və bununla da, Valua sülaləsinin Orlean qolunu qurutmağı planlaşdırdı. Orleanlı Lüdovik Fransa monarxiyasına qarşı aparılan və Dəlisov müharibə kimi tanınan qarşıdurmada ayaqlanan zadəganlardan biri idi və 1488-ci ildə baş tutan döyüşlərdən birində əsir düşdü. Buna baxmayaraq çox keçmədən VIII Çarlz tərəfindən azadlığa buraxıldı. Ardından 1494-1498-ci illərdə İtaliyada baş tutan hərbi əməliyyatlarda iştirak etdi. Lüdovik 1498-ci ildə taxta əyləşdikdən sonra Janna ilə olan evliliyi Roma papası VI Aleksandr tərəfindən ləğv edildi və onun yerinə sələfinin dul xanımı olan Bretanlı Anna ilə evləndi.
XIV Lüdovik
XIV Lüdovik (fr. Louis XIII de France; 5 sentyabr 1638[…], Sen-Jermensk sarayı[d] – 1 sentyabr 1715[…], Versal sarayı) — Fransa kralı. 1643–1715-ci illərdə hakimiyyətdə olmuşdur. 1643-cü ildə XIII Lüdovik öləndən sonra taxta 4 yaş 8 aylıq olan XIV Lüdovik və ya əsl adı ilə Louis çıxmışdı. O 1638-ci ildə XIII Lüdovik və Anna Avstriyalının oğlu kimi dünyaya gəlmişdi. Onun yaşı çatmadığından isə dövləti İtalyalı olan Kardinal Culio Mazarini idarə edirdi. Bu zaman Fronda kimi məşhur olan üsyan başvermişdi. Bu üsyan 1648–1653-cü illərdə baş vermişdi. Üsyanın səbəbi isə Kardinal Rişelyenin zadəganların nüfuzunu qıraraq məclisin gücünü məhdudlaşdırma siyasətinin Kardinal Mazarini tərəfindən davam etdirilməsi idi. Üsyana təkan verən səbəblərdən digərləri isə bu zaman yaşanan qiymət artımı, qıtlıq və sair kimi səbəblər oldu.
XI Lüdovik
XI Lüdovik (fr. Louise XI) və ya Tədbirli Lüdovik (fr. Louise le Prudent; 3 iyul 1423, Burj – 30 avqust 1483) — Fransa kralı. Lüdovik 1440-cı ildə atası VII Çarlza qarşı ayaqlandı. Atasını devirməyi planlaşdırsa da, bu cəhdi uğursuz oldu. Buna baxmayaraq atası tərəfindən bağışlandı və mərkəzdən uzağa — cənub-şərqi əyalətlərdən birinə göndərildi. Ancaq burada Lüdovik öz intriqalarını davam etdirdi və atasının etirazlarına baxmayaraq Savoyya hersoqunun qızı Şarlotta ilə evləndi. Nəticədə VII Çarlz oğlunun üzərinə ordu göndərdi və Lüdovik atasının ən güclü düşməni Burqundiya hersoqu Yaxşı Filipə sığındı. Atası VII Çarlz 1461-ci ildə vəfat etdi və Lüdovik taxta keçmək üzrə Burqundiyanı tərk etdi. Ancaq ilk başda dost olduğu Burqundiya ilə sonralar münasibətləri pisləşdi və 1472-ci ildə Burqundiya hersoqu Cəsur Çarlz Fransaya qarşı müharibə elan etdi.
XVI Lüdovik
XVI Lüdovik (fr. Louis XIII de France; 23 avqust 1754[…], Versal sarayı – 21 yanvar 1793[…], Konkord meydanı) — Fransa kralı. 1774–1791-ci illərdə hakimiyyətdə olmuşdur. Köhnə stillə sonuncu Fransa monarxı. Böyük Fransa inqilabı nəticəsində devrilmişdir.
XV Lüdovik
XV Lüdovik (fr. Louis XV de France; 15 fevral 1710[…], Versal sarayı – 10 may 1774[…], Versal sarayı) — Fransa kralı. 1715-1774-cü illərdə hakimiyyətdə olmuşdur. 1710-1774-cü illərdə yaşamışdır. XV Lüdovikin dövründə (1715-1774) Fransanın xarici siyasəti uğurlu olmadı. Bir sıra müharibələrdə Fransanın iştirakı məcbur deyildi. Belə ki, Fransa bu müharibələr nəticəsində Kanadanı, Luiziananı və Hindistandakı mülklərini itirmişdi. XVIII əsrin əvvəlində Rusiya Fransa ilə yaxınlaşmağa çalışırdı. Lakin Fransa müttəfiq kimi Türkiyə, Polşa və İsveçdən ayrılmaq istəmirdi, ona görə Rusiya Fransanın rəqibi olan Avstriya ilə yaxınlaşdı. Fransanın İsveç və Türkiyədən Rusiyaya qarşı istifadə etmək cəhdləri nəticəsiz oldu.
Evolu Lüdovik
Evolu Lüdovik (fr. Louis d'Évreux; 3 may 1276 – 19 may 1319) — Fransa kralı III Filippin oğlu. == Mənbə == Henneman, John Bell (1971). Royal Taxation in Fourteenth Century France: The Development of War Financing, 1322-1359. Princeton University Press Taylor, Craig, ed. (2006). Debating the Hundred Years War. Vol. 29: Pour Ce Que Plusieurs (La Loy Salicque) And a Declaration of the Trew and Dewe Title of Henry VIII. Cambridge University Press de Venette, Jean (1953). Newhall, Richard A. (ed.).
IV Lüdovik
III Lüdovik (alm. Ludwig IV. von Hessen-Darmstadt‎; 12 sentyabr 1837 – 13 mart 1892, Darmştat, Hessen knyazlığı, Almaniya imperiyası) — IV Böyük Hesse hersoqu. Kraliça Viktoriyanın ikinci qızı Alis ilə evliliyi sayəsində Britaniya kral ailəsi ilə əlaqələr qurdu. Onun iki qızı Romanovlar sülaləsinə ərə getdi. == Mənbə == Willis, Daniel A., ‘’The Descendants of King George I of Great Britain’’, Clearfield Company, 2002, p. 717.
Anna Burova
Burhık (Şaran)
Burhık (başq. Бурһыҡ, rus. Барсуково) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, kənd sovetliyindən (Durtüylü): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 26 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (784%) üstünlük təşkil edir.
Fruzsina Bravik
Fruzsina Bravik (6 oktyabr 1986, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Fruzsina Bravik, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Uorvik Universiteti
Vorvik Universiteti (ing. University of Warwick) — İngiltərənin Koventri şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Vorvik Universiteti 100 ən yaxşı ali məktəb arasında 58-ci yerdə sıralanmışdır. 2010-cu il üzrə "Times Higher Education World University Rankings"in 200 universitetdən ibarət olan reytinq cədvəlinə Vorvik Universiteti daxil edilməmişdir. 2011-2012-ci tədris ilinin yekununa əsasən Vorvik Universiteti QS World University Rankings tərəfindən tərtib edilmiş "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 3-cü pillədə olmuşdur. Yakubu Qovon – Nigeriyanın sabiq prezidenti; Valentina Ştrasser – Syerra-Leone Respublikasının sabiq rəhbəri; Vernon Koaker – Böyük Britaniyanın Dövlət Təhlükəsizlik, Terrorizmlə Mübarizə, Cinayət və Mühafizə naziri; Kim Hauells – Böyük Britaniyanın xarici işlər naziri; Devid Devis – Britaniya Mühafizəkarlar partiyasının siyasətçisi; Baronessa Amos – Avropa İttifaqının Afrika İttifaqında (53 Afrika dövlətindən ibarət) xüsusi nümayəndəsi, Böyük Britaniya lordlar palatasının sabiq lideri; Baronessa Morris – Böyük Britaniyanın təhsil məsələləri üzrə sabiq dövlət katibi, Leyborist partiyasının üzvü; Çan Yun Han – Honq-Konq Qanunvericilik şurasının sabiq üzvü; Corc Saitoti – Keniyanın sabiq vitse-prezidenti; Devid Li – Şərqi Asiya bankının sədri və baş icraçı direktoru; Corc Kanyeihamba – Uqanda prezidentinin hüquq məsləhətçisi; Merfin Cons – BBC İdarəçilər Şurasının üzvü, Banqor Uels Universitetinin vitse-kansleri; Ouayn Ceyms – Milli Tələbə Təşkilatının sabiq prezidenti; Tomas Samner (Stinq) – məşhur musiqiçi; Tom Solesbari – avarçılıq üzrə Olimpiya çempionu; Stiv Heyuey – "Liverpul" klubunun futbolçusu; Mark Hyuz – futbol meneceri. Lamiyə Əliyeva, Dünya universitetləri: Uorvik Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 24.12.2010, № 50.
Uorvik qalası
Uorvik qalası (ing. Warwick Castle) — 1068-ci ildə I Vilhelm Fateh tərəfindən inşa edilmiş orta əsr qəsri. Uorvik İngiltərənin Uorvikşir qraflığında, Eyvon çayı üzərində yerləşən şəhərdir. Ağacdan olan orijinal qala "mott və beyli" (ing. motte-and-bailey) XII əsrdə yenidən qurulmuşdur. Yüzillik müharibə zamanı şəhərin əks fasadı bərpa edildi ki, bu da onu XIV əsr hərb memarlığının ən tanınmış nümunələrindən birinə çevirdi. XVII əsrin əvvəllərinə qədər, yəni onun 1604-cü ildə I Ceyms tərəfindən Ser Falk Qrevilə verilməsinə qədər ondan istehkam kimi istifadə edilmişdir. Qrevil onu Qrevillər ailəsinə məxsus ölkə-evə (ing. country house) çevirdi və bu ev 1759-cu ildən 1978-ci ilə, Tussaud qrupu (ing. the Tussauds Group) tərəfindən alınana qədər Uorvik qrafının oldu.
Kardinal-infant Lüdovik
Kardinal-infant Lüdovik (isp. Luis Antonio Jaime de Borbón y Farnesio) (25 iyul 1727, Madrid – 7 avqust 1785) – İspaniya kralı V Filippin oğlu, Roma-Katolik kilsəsinin kardinalı. == Mənbə == McWhirter, Ross, McFarlan, Donald, Boehm, David A., and McWhirter, Norris. 1989. 1990 Guinness Book of World Records. Sterling Pub. Co. p. 270. Genealogie ascendante jusqu'au quatrieme degre inclusivement de tous les Rois et Princes de maisons souveraines de l'Europe actuellement vivans (in French).
Lüdovik (Kipr kralı)
Lüdovik (yun. Λουδοβίκος της Γενεύης) (iyun 1436[…], Cenevrə, Cenevrə kantonu – aprel 1482, Ripay qəsri[d]) — Kipr kralı. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır. Doğum tarixi və uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Haqqındakı ilk məlumata görə, 14 dekabr 1444-cü ildə Stirlinq qalasında Şotlandiya kralı I Ceymsin qızı Anabellayla evlənmişdir. Ancaq cütlüyün toy mərasimi heç vaxt baş tutmadı. Belə ki, 1458-ci ildə nikah ləğv edilmişdir. 7 oktyabr 1458-ci ildə Lüdovik Kipr kraliçası Şarlottayla evləndi və Kipr kralı oldu. Ancaq çox keçmədən xanımıyla birlikdə adadan qaçmağa məcbur oldular və qalan ömürlərini Romada keçirdilər. == Mənbə == Hill, George (1948).