Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Butneria
Calycanthus (lat. Calycanthus) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin calycanthaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Calycanthus brockianus Ferry & Ferry f. Calycanthus chinensis (W.C.Cheng & S.Y.Chang) W.C.Cheng & S.Y.Chang ex P.T.Li Calycanthus floridus L. Calycanthus occidentalis Hook. & Arn.
Butneria florida
Calycanthus floridus (lat. Calycanthus floridus) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin calycanthaceae fəsiləsinin calycanthus cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın cənub-şərqində Virginiyadan tutmuş, Şimali Karolina, Florida, Alabama və Missisipiyə qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan, budaqlanan, yarpağını tökən koldur. Cavan budaqları nazik, yumşaq tüklü, qəhvəyi rəngdə olub, üzəri çoxlu miqdarda açıq mərciməklərlə örtülmüşdür. Yarpaqları iti və ya sivriləşmiş, nadir hallarda küt pazvari, dairəvi enli yumurtavari, ellips və ya ensiz-ellips şəklində olub, uzunluğu 6–12 sm, eni 4–6 sm-ə çatır, cavan vaxtı hər iki tərəfdən tükcüklərlə örtülü olur. Saplaqları 0,5–1 sm uzunluqdadır. Mayda çiçəkləyir. Çiçəkləri 3,5–7 sm diametrində, qəhvəyi-qırmızı rəngdə olub, qoltuq zoğlarının uclarında yerləşir. Erkəkciklər 10–30 ədəddir, spiral şəklində yerləşmişdir.