ABŞ Konqres Binasına hücum (2021)
ABŞ Konqres Binasına hücum — 2021-ci il 5–6 yanvar tarixlərində ABŞ prezidenti Donald Trampın tərəfdarları 2020-ci il ABŞ prezident seçkilərinin nəticələrinə etiraz etmək və Trampın vitse-prezident Mayk Pens və Konqresdən prezident seçkilərində Co Baydenin qələbəsini ləğv etmək tələbini dəstəkləmək üçün Vaşinqton şəhərində toplaşdı. Etirazçılar ilk olaraq Tramp və Rudolf Culiani tərəfindən əvvəlcədən planlanmış olan "Amerikanı qoru" mitinqi üçün Ellips parkına gəldilər.
Tramp və Rudolf Culianinin nitqləri sona çatmamış etirazçılardan ibarət kütlə Konqresə doğru irəlilədi və binaya hücum etdi. Konqress bu vaxt sessiyada idi. Sessiyada Seçicilər kollegiyası səslərinin sayılması məsələsinə baxılır və Texasın senatı Ted Kruz və Arizona dördüncü konqresional bölgəsindən olan Pol Qosarın Arizonadakı səsləri Seçkilər kollegiyasının səhv hesablandığı debatı gedirdi. ABŞ Konqres Binasının bir hissəsi təxliyə edildi və etirazçılar Milli Heykəltaraşlıq Zalı da daxil olmaqla, Konqres Binasına daxil olmaq üçün təhlükəsizliyi pozdular. Sonda, Konqresin bütün binaları kilidləndi. Nümayəndələr Palatası məclis otağının qapısında silahlı qarşıdurma yaşandı və Konqresin içində bir nəfər silahla vuruldu. Silahla vurulan şəxsin vəziyyətinin ağır olduğu deyildi. Konqres ərazisində və Respublikaçılar Partiyasının qərargahından bir qədər kənarda bir ədəd yararsız partlayıcı qurğu tapıldığı bildirildi.