Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bivalvia
İkitaylılar (lat. Bivalvia) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi. == Haqqında == Molyuskaların bu sinfinə daxil olan nümayəndələrində çanaq ikitaylıdır. Mantiya boşluğunda qəlsəmələr yerləşir. Baş reduksiyaya uğramışdır. Ürək üç kameralı olub, iki qulaqcıq və bir mədəcikdən ibarətdir. Böyrək bir cütlüdür. Əksəriyyəti müxtəlifcinslidir. Dənizlərdə və şirin sularda yaşayan əhəmiyyətli bir çox nümayəndələri vardır. Dəniz, şorsu və şirin su hövzələrinin adi sakinləri olub, ikitərəfli — simmetriyalı heyvanlardır.
ABŞ Konqres Binasına hücum (2021)
2021-ci il 5-6 yanvar tarixlərində ABŞ prezidenti Donald Trampın tərəfdarları 2020-ci il ABŞ prezident seçkilərinin nəticələrinə etiraz etmək və Trampın vitse-prezident Mayk Pens və Konqresdən prezident seçkilərində Co Baydenin qələbəsini ləğv etmək tələbini dəstəkləmək üçün Vaşinqton şəhərində toplaşdı. Etirazçılar ilk olaraq Tramp və Rudolf Culiani tərəfindən əvvəlcədən planlanmış olan "Amerikanı qoru" mitinqi üçün Ellips parkına gəldilər. Tramp və Rudolf Culianinin nitqləri sona çatmamış etirazçılardan ibarət kütlə Konqresə doğru irəlilədi və binaya hücum etdi. Konqress bu vaxt sessiyada idi. Sessiyada Seçicilər kollegiyası səslərinin sayılması məsələsinə baxılır və Texasın senatı Ted Kruz və Arizona dördüncü konqresional bölgəsindən olan Pol Qosarın Arizonadakı səsləri Seçkicilər kollegiyasının səhv hesablandığı debatı gedirdi. ABŞ kapitol kompleksinin bir neçə binası təxliyə edildi və etirazçılar Milli Heykəltaraşlıq Zalı da daxil olmaqla, Konqres Binasına daxil olmaq üçün təhlükəsizliyi pozdular. Sonda, Kapitol kompleksindəki bütün binalar kilidləndi. Nümayəndələr Palatası məclis otağının qapısında silahlı qarşıdurma yaşandı və Kapitol binası içində bir nəfər silahla vuruldu. Silahla vurulan şəxsin vəziyyətinin ağır olduğu deyildi. Kapitol ərazisində və Respublikaçılar Partiyasının qərargahından bir neçə blok kənarda bir ədəd əldəqayırma partlayıcı qurğu tapıldığı bildirildi.