Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bıtoviya İK
"Bıtoviya" Şəhər İdman Klubu (pol. Miejski Klub Sportowy Bytovia Bytów) — Bıtuv şəhərini təmsil edən Polşa futbol klubu. Klub 1946-cı ildə yaradılmışdır. Ev oyunlarını 2,043 tamaşaçı tutumuna malik MOSiR stadionunda keçirir. == Stadion == Komandanın ev stadionu 2012-ci ildə təmir olunmuşdur. Meydançanın ətrafındakı tribunalar tamamlanmışdır. Tamaşaçılıq rekordu 2009-cu ildə Polşa kubokunun 1/8 final matçında 5,000 tamaşaçının müvəqqəti tribunalara toplaşdığı oyunda qeydə alınmışdır.
Butovo mədəniyyəti
Butovo mədəniyyəti — Rusiyada Volqa-Oka hövzəsində Mezolit dövrünə (8,5-9,5 min il əvvəl) aid arxeoloji mədəniyyət. Butovo mədəniyyəti 1976-cı ildə L.V.Koltsev tərəfindən müəyyənləşdirilmiş, Tver vilayətindəki Butovo I düşərgəsinin adı ilə adlandırılmışdır. Düşərgələrdə bəzən yerüstü tikililərin və yarımqazmaların izlərinə rast gəlinmişdir. Butovo mədəniyyəti üçün daş ox ucluqları, mikrolitlər, ərsinlər, tiyələr, bıçaqlar və s. səciyyəvidir. Butovo mədəniyyətinin mənşəyi son paleolit dövrünün Resseta mədəniyyətinin ənənələri ilə əlaqələndirilir. Neolit dövründə bu ərazidə yayılmış Yuxarı Volqa mədəniyyətinin mənşəcə Butovo mədəniyyəti ilə bağlı olmasına dair fərziyyə mübahisəlidir.
Butovo mədəniyyəti.