Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bricitta Bokkoli
Bricitta Bokkoli (it. Brigitta Boccoli; Roma, 5 may 1972, Roma) — İtaliya kino və teatr aktrisası. == Həyatı == 1972-ci ildə Romada anadan olmuşdur. Aktrisanın bacısı Benedikta Bokkolidir. Bricitta həmçinin bacısının işlədiyi Pronto, chi gioca? televiziya şousu ilə öz karyerasına başlayıb. O, sirk atleti və şirlərin təlimçisi Stefano Nons Orfeylə ailə qurmuşdur. Moyra Orfeyin oğlu olan Stefano 1966-cı ildə anadan olmuşdur. Onların Manfredi adlı bir oğlu var.
Militsa Mirçeva
Militsa Mirçeva (24 may 1994) — Bolqarıstanlı marafonçu. Militsa Mirçeva Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Militsa Mirçeva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 51 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 108-ci yeri tutdu.
Biletsa döyüşü
Biletsa döyüşü — 1388-ci ilin avqustunda Böyük hersoq Vlatko Vukoviçin başçılıq etdiyi Bosniya krallığının qüvvələri ilə Lalə Şahin Paşanın başçılığı altında Osmanlı imperiyası arasında döyüş. Osmanlı ordusu krallığın cənub bölgəsi olan Huma soxulmuşdu. Günlərlə davam edən qarətdən sonra işğalçılar Dubrovnikin şimal-şərqindəki Biletsa şəhəri yaxınlığında müdafiə qüvvələri ilə toqquşmuşdular. Döyüş Osmanlının məğlubiyyəti ilə başa çatmışdır. == Zəmin == Frakiyada yerləşən Osmanlı türkləri 1380-ci illərdə qərbi Balkanlar üçün əhəmiyyətli hərbi və siyasi faktor kimi meydana çıxmışdır. Makedoniyadakı müxtəlif ölkələrin hökmdarlarını öz vassallarına çevirən I Muradın başçılığı ilə Osmanlılar qərbə, Adriatik sahillərinə doğru basqınlar etməyə başlamışdılar. Onlar Balkanlardakı feodallara öz aralarında apardıqları müharibələrdə həvəslə kömək edir, ixtilafları artırır və istismar edirdilər, Balkan dövlətlərini məqsədli şəkildə zəiflədirdilər. Bosniya krallığının Osmanlı hücumundan təhlükəsiz olacağı qədər uzaq olduğu düşünülürdü və şərqdə Serbiya imperiyasının süqutundan sonra yüksələn müstəqil dövlətlər kəməri ilə qorunurdu. Bununla belə, Bosniya ilə Osmanlı Frakiyası arasındakı məsafə heç bir maneə yaratmamışdı. Bosniya kralı I Tvrtko ilə Zeta hökmdarı və Muradın vassalı II Georgi Balşic arasındakı düşmənçilik bosniyalılarla türklər arasında gözləniləndən daha tez toqquşmalara səbəb olmuşdu.
Religio licita
Religio licita ("icazə verilmiş din", həmçinin "təsdiq edilmiş din" kimi tərcümə olunur) Rome imperiyasında yəhudilərin xüsusi statusunu təsvir etmək üçün Tertullianın "Apologetik risalə" əsərində istifadə etdiyi ifadə. Tertullian bu ifadədən istifadə edərkən xristianlara imperiyanın hər hansı digər sakinləri kimi öz dinlərinə etiqad etmək üçün eyni dərəcədə azadlıq verilməli olduğunu müdafiə edir. Əsərin bundan bəhs edən hissəsi Roma din sistemində təmin ediən ümumi tolerantlığın sübutudur.