Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valerik çayı
Valerik (çeç. Валарта, Валериг, Валерг; bəzi mənbələrdə Вайрик) — Rusiyada çay. Çay Çeçenistan Respublikasının qərbində yerləşir. Çayın mənsəbi Sunji çayının sağ sahilində, mənsəbinin 132 km-də yerləşir. Çayın uzunluğu 29 km, su toplayıcı hövzənin sahəsi — 35,4 km²-dir. Valerik çayının aşağı axarları yay aylarında quruyur. Buna səbəb çayın əsasən qar suları ilə qidalanmasıdır. O üzdən yay aylarında çayda yüksək səviyyə müşahidə olunmur. == Etimologiyası == Çayın adı çeçen dilindəki ilkin Valeran xi sözündən yaranıb. Hərfi tərcüməsi — "çayın ölümü" deməkdir.