Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tamaz Valerianoviç Qamkrelidze
Tamaz Valerianis dze Qamkrelidze (gür: თამაზ ვალერიანის ძე გამყრელიძე 23 oktyabr 1929, Kutaisi – 10 fevral 2021, Tbilisi) gürcü filoloq, şərqşünas və hetşünas. Hind-Avropa linqvistikası, qədim dillər, nəzəri dilçilik, struktur və tətbiqi dilçilik, kartvelologiya sahəsində bir çox görkəmli əsərlərin müəllifidir. O, 2005-2013-cü illərdə Gürcüstan Elmlər Akademiyasının prezidenti olub. == Həyatı == Qamkrelidze Gürcüstan Sovet Sosialist Respublikasının tərkibində olan Kutaisidə anadan olub. 1952-ci ildə Tbilisi Universitetinin (TDU) şərqşünaslıq fakültəsini bitirmişdir.[1] 1964-cü ildən bu universitetin professoru, 1966-cı ildən isə struktur və tətbiqi dilçilik kafedrasının müdiridir. 1973-2006-cı illərdə Sereteli Şərqşünaslıq İnstitutunun (Tbilisi) direktoru olub. 1988-1995-ci illərdə Rusiya Elmlər Akademiyasının “Voprosi Yazikoznanya” jurnalının redaktoru olub. ABŞ Milli Elmlər Akademiyasının əcnəbi köməkçisi (2006), Amerika İncəsənət və Elmlər Akademiyasının xarici fəxri üzvü, Britaniya Akademiyasının müxbiri, Avropa Linqvistika Assosiasiyasının üzvü (1986-1988-ci illərdə Avropa Linqvistika Assosiasiyasının prezidenti), Avstriya Elmlər Akademiyasının məsul üzvü, Rusiya Elmlər Akademiyasının akademiki, Dünya İncəsənət və Elmlər Akademiyasının (2006) üzvü və Amerika Dil Assosiasiyasının fəxri üzvüdür. Qamkrelidze Bonn Universiteti və Çikaqo Universiteti tərəfindən fəxri doktor adına layiq görülüb. Tamaz Qamkrelidze 1991-ci ilin avqustunda Tbilisi Dövlət Universitetinin rektoru təyin edildi, lakin bu vəzifəni çox qısa müddətə icra etdi.[2] Qamkrelidze 1992-2005-ci illərdə Gürcüstan parlamentinin üzvü olub.