DAMCI

I
сущ. капля, капелька:
1. маленькая частица какой-л. жидкости, принявшая округлую форму. Şeh damcısı капля росы, tər damcısı капля пота
2. перен. о ничтожно малом, совершенно недостаточном количестве чего-л.
3. капли (жидкое лекарство, принимаемое по счёту капель)
II
прил. капельный (относящийся к капле, каплям). хим. Damcı analizı капельный анализ, damcı metodu капельный метод, damcı infeksiyası мед. капельная инфекция; damcı şüşəsi капельница, damcı dərmanı капли, valeriyan damcısı (damcıları) валериановые капли
◊ bir damcı немного, капельку; bir damcı da (yox) ни капли; damcı daşı dələr капля точит камень; dənizdə bir damcı капля в море
DAMBELİ
DAMCI-DAMCI
OBASTAN VİKİ
Damcı
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərək soyuması.
Damcı balıq
Damcı balıq (Psychrolutes marcidus) - Avstraliyaya yaxın dərin sularda yaşayır və bədənində əzələ sistemi yox deyiləcək qədər azdır. Dibdə yaşayan bu balıqları həddindən artıq ovlanma səbəbiylə nəsilinin yox olma təhlükəsi var.
Kontinental damcı
Kontinental damcı — cənuba istiqamətlənmiş relyef formalarının şimala istiqamətli relyef formalarından daha çox və gözəçarpan olmasının müşahidəsi. Məsələn, Afrika, Cənubi Amerika, Hindistan yarımqitəsi və Qrenlandiya cənuba doğru bir nöqtəyə qədər daralır. Müşahidə Ormond de Key tərəfindən 1973-cü ildə "sadəcə xəritələrə baxmaqdan irəli gələn, Yer kürəsini sarsıdan başqa bir yeni nəzəriyyə" kimi təqdim etdiyi sarkastik bir nəşrdə edilmişdir. Bu, hazırda hərtərəfli qəbul edilən Yer qitələrinin hərəkətini təsvir etmək üçün o dövrdə formalaşdırılan və təkmilləşdirilən plitə tektonikası nəzəriyyəsini satirikləşdirirdi. Qitədən daha kiçik damcıların nümunələrinə Kaliforniya yarımadası, Florida, Yutlandiya istisna olmaqla, bütün Avropa yarımadaları, eləcə də Cənub-Şərqi Asiya, Malay yarımadası və Hind-Çini daxildir. == İstinadlar == == Xarici keçidlər == Holst, Timothy B. "Continental Drip Revisited" (PDF). Australian Systematic Botany Society Newsletter (68). September 1991: 21–23. Morrison, David. "Continental Drip Reviewed" (PDF).
Atmosferdə su damcıları
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərək soyuması.
Damcılı
Damcılı (Göygöl) — Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Damcılı (Qırxbulaq) — Qırxbulaq mahalında köhnə kənd. Damcılı (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. Damcılı mağarası — Qazax rayonunda yerləşən mağara.
Damcılı (Abaran)
Damcılı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. XIX əsr rus mənbələrində kəndin adı Tamceli//Damcalu formasında qeyd edilir. Toponim «az sulu bulaq», «quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su» mənasında işlənən damcı sözünə -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı da dəyişdirilib Mravyan qoyulmuşdur. == Əhalisi == Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşdür.
Damcılı (Göygöl)
Damcılı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl r-nun Qızılca i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd qonşu Qızılca kəndi ilə birləşmişdir. Yaşayış məntəqəsi adını kəndin ərazisindəki Damcılı bulağının adından almışdır. Bulağın adı suyunun damcı-damcı axması ilə əlaqədardır. Qazax r-nunun Daş Salahlı kəndi ərazisində, Avey dağının lap dibində damcı-damcı axan və Damcılı adlanan bulaq da mövcuddur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 12 nəfər əhali yaşayır.
Damcılı bulağı
Damcılı bulağı — Azərbaycanın Qazax ərazisində bulaq. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii ovucda yığılaraq bulaq olur. Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb. Bura Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Yay mövsümündə Qazax əhalisi sərinləmək üçün buraya üz tutur. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir.
Damcılı mağarası
Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Anaxatır çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 m 2-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanları isə qəlpədir.
Damcıtökən
Damcıtökən – qrafik redaktorlarda: mövcud obyektin rəngini "özünə çəkən" və onu aktiv rəng edən alət. Bunun üçün, sadəcə, həmin aləti istədiyiniz sahənin üzərinə aparıb çıqqıldatmaq lazımdır.
Göz damcıları
Göz damcıları — gözlərə damcılama yolu ilə tətbiq olunan izotonik məhlul. İstifadə olunduğu xəstəlikdən asılı olaraq, onların tərkibində dərmanlar və ya yalnız nəmləndirici və gözyaşardıcı məhlullar ola bilər. == Yararlılıq müddəti == Əczaçılar göz damcılarının əksəriyyətini 28 gündən sonra atmağı məsləhət görürlər, çünki onlar yalnız 28 gün ərzində məhlulda sabitdirlər. == Oftalmologiyada tətbiqi == Xəstələr müxtəlif rəngli qablaşdırmasına görə göz damcılarının müxtəlif farmakoloji siniflərini tanıya bilərlər. Məsələn, göz bəbəklərini genişləndirmək üçün damcıların qablaşdırmasının rəngi allergiya üçün damcıların qablaşdırmasının rəngindən fərqlidir. === Quru göz müalicəsi === Səthin sağalmasına müxtəlif yanaşmalar təmin edən çox sayda süni gözyaşı damcıları var. Bikarbonat ionlarının tərkibində, hipotoniklikdə, özlülükdə fərqlənən və tərkibində konservantlar olmayan növlər var. Onların hamısı fərqli təsir göstərir və buna görə də ən yaxşı nəticə verəni tapmaq üçün müxtəlif süni göz yaşlarını sınamaq lazımdır. Bu damcıların bir neçə ümumi adı var: "süni gözyaşı", "rahatlıq damcıları", "nəmləndirici damcılar". === Tərkibində steroidlər və antibiotiklər olan göz damcıları === Tərkibində steroid və antibiotik olan göz damcıları göz infeksiyalarının müalicəsində istifadə olunur.
Gözyaşı damcısı əlaməti
Gözyaşı damcısı əlaməti (ing. teardrop sign) – X-ray görünən sirkə kasası çuxuru boyunca sümük çıxıntısının yaratdığı görüntüdür və bud sümüyü başı ilə çuxuru arasındakı münasibəti qiymətləndirməkdə istifadə edilir.
Yağış Damcısı usta
Yağış Damcısı usta — Avstraliya, Yeni Zelandiya və Sinqapur kompaniyalarnan yaradılmış və ilk dəfə Avstraliyanın Seven Network televiziya kanalında 15 mart 2008-ci ildən 14 fevral 2009-cu ilə qədər yayımlanmış cizgi televiziya proqramıdır. Ümumilikdə 24 dəqiqəlik 26 seriya buraxılıb. Serial beş elementdən ikisinin, Yun usta ilə Çitaido qədim döyüş sənətini öyrənən Yağış Damcısının (su) və Şao Yenin (ağac) təcəssümü ilə başlayır. Lakin Tazonleg dövlətinin hökmdarı general Bu, Flamo, od elmenti, könüllü olaraq ona qoşulduqdan sonra digər dörd elementi zəbt etmək arzusunu reallaşdırmaq üçün Yunu əsir alaraq dünya nizamını pozur. General Bu bunu elementlərin birləşməsinə və onu məğlub etməsinə mane olmaq üçün edir. Usta Yağış Damcısı və Şao Yen tezliklə iki digər elementlə birləşir: Cin Hou, metal elementi (antropomorfik qızıl meymun) və Niva, torpaq elementi (gildən hazırlanmış görünən insanabənzər qız). Onlar birlikdə Usta Yunu xilas etməyə və qızıl əjdahanın məğlub olduğu yerə gedib gücünü bərpa etməyə çalışırlar. Coş Anderson Yağış Damcısı usta rolunda Ceyn U'Brayen Cin Hou, Qırmızı oğlan və digər müxtəlif personajlar kimi rolunda Reyçel King Niva rolunda Sara Obri Şao Yen rolunda Coş Kvon Tart Flamo rolunda Devid Frensis Grab rolunda Brayan Migan General Bu rolunda Cizgi serialı Big Communications, Flux Animation Studio, Flying Bark Productions, Media Development Authority və Southern Star Entertainment tərəfindən hazırlanıb. Həmçinin şəxsən Brent Çembers, Vinsent Lim, Ceff Uotson və Yasmin MakKonvill. Rejissorlar: Syusan Oliver, Stiv Kuper və Kevin Uotton.

Значение слова в других словарях