Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anatoli Falkoviç
Anatoli Solomonoviç Falkoviç (4 oktyabr 1923, Bakı – 1 noyabr 1994, Hayfa) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Anatoli Falkoviç 4 oktyabr 1923-cü ildə Bakıda anadan olub. Bakı Teatr Məktəbində (1943) təhsil alıb. S.Vurğun adına Rus Dram Teatrında (1941–1942, 1945–1968, 1970–1994), Rostov-na-Donu M.Qorki adına Teatrda (1968–1970) çalışıb. Kinoda 1957-ci ildən çəkilməyə başlayıb. 8 filmdə F.Dzerjinskinin rolunu canlandırıb (1965–1975). Dövlət mükafatı laureatı (1972), xalq artisti (1972) Anatoli Falkoviç 1 noyabr 1994-cü il tarixində qastrol zamanı İsraildə səhnədə vəfat edib . Anatoli Falkoviçin "Azərbaycanfilm" kinostudiyasında ilk və ən yaddaqalan uğuru "Sehirli xalat" filmindəki İo-Kio adlı sehirbaz obrazıdır. Feliks Dzerjınski obrazının yaratması isə Falkoviçə SSRİ-də ümumittifaq tanınmasınıa səbəb oldu.
Georgi Vılkoviç
Georgi Vılkoviç — Bolqar həkim, siyasətçi və diplomat. Bolqarıstanın xarici işlər və din naziri (1881-1883), Bolqarıstan Dövlət Şurasının sədri (1883). XIX əsrin 60-cı illərində İstanbulun aparıcı cərrahlarından biri idi. Bolqarıstan Osmanlı idarəçiliyindən azad edildikdən sonra Mühafizəkarlar Partiyasının liderlərindən biri olur. O, Bolqarıstanın Osmanlı İmperiyasındakı diplomatik nümayəndəsi olub və burada siyasi opponentlər tərəfindən öldürülüb. == Bioqrafiya == 1833-cü ildə Ədirnədə anadan olub. Atası Koprivştitsadan olan zəngin və nüfuzlu Çalıkovlar ailəsindən idi. Vılkoviç təhsilə Plovdivdə başlamış və 1857-ci ildə İstanbuldakı Hərbi Tibb Məktəbini bitirmişdir. Kolleci bitirdikdən sonra cərrah işləmiş və Hərbi Tibb Məktəbində dərs demişdir. 1860-1863-cü illərdə Parisdə cərrahiyyə üzrə ixtisaslaşır, 1865-ci ildə isə qısa müddət Dəməşqdə mərkəzi xəstəxananın baş həkimi vəzifəsində çalışır.