Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamenka
Kamenka (Penza) —
Panenka
Panenka — futbolda 11 metrlik cərimə zərbəsini yetirmək üçün fənd. 1976-cı il Avropa Çempionatının finalında, Qərbi Almaniya və Çexoslovakiya komandaları qarşılaşdı. Oyunun əsas vaxtı 2–2 hesabı ilə başa çatdığı üçün, əlavə vaxt artırıdı. Əlavə vaxtda da qalib müəyyənləşmədikdə, penalti zərbələrinə keçilir. İlk 3 qarşılıqlı penalti zərbəsi qol ilə nəticələndi. Çexoslavakiya 4-cü penaltini də qola çevirdi amma alman futbolçu isə zərbəni dəqiq vura bilmədi. Növbəti zərbə üçün topun arxasına Çexoslavakiyalı yarımmüdafiəçi, Antonin Panenka keçdi. Əgər Panenkanın bu zərbəsi qolla nəticələnsə, onun ölkəsi Avropa çempionu olacaqdı. Hətta ekran başındakı azarkeşlərin də, həyacandan titrədiyi bir zamanda, Panenka, soyuqqanlılıqla topu göylə, yüngülcə qapının mərkəzinə göndərdi. Almaniyanın qapıcısı sol tərəfə uzanması ilə qol oldu və Çexoslavakiya avropa çempionu oldu.
Qareyka
Qareyka (rus. Гарейка, başq. Гәрәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 39 nəfərdir. Kənd, rayon mərkəzindən 18 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 51 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (60%) tatarlar (35%) üstünlük təşkil edir.
Mareka
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.
Varna
Varna (Bolqarıstan) — Bolqarıstanda şəhər. Varna (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur. Varna — İsmayıllı rayonu ərazisində mineral bulaqlar. Varna — İsmayıllı rayonu ərazisində göl. Girdimançayin sağ sahilində, 2260 m. yüksəklikdə yerləşir.
Antonin Panenka
Antonin Panenka (d. 2.12.1948, Praqa, Çexoslovakiya) — çex futbolçu.
Darevka (Auırqazı)
Darevka (başq. Дарьевка, rus. Дарьевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (50%) üstünlük təşkil edir.
Harenna meşəsi
Harenna meşəsi — Efiopiyanın cənub-şərqində, Oromiya regionunda, Bale dağlarında yerləşən meşə. Ölkədə qalmış azsaylı təbii meşələrdən biridir. == Təbiət tarixi == === Ekoregionlar === Bale dağlarında Afromontane ekozonasının dörd fərqli ekoregionu yerləşir: Şimal düzənlikləri Kolluq və ağaclıqlar Efiopiya dağ çəmənlik və ağaclıqları – Mərkəzi Sanetti platformasında, orta hündürlük 4000 metrdən yüksək. Efiopiya dağ meşələri === Flora və fauna === Harenna meşəsi yerli bitkilərinə, məməlilərinə, suda-quruda yaşayanlarına və quşlarına (endemik növlər daxil olmaqla) görə tanınır. Belə endemik növlərdən biri Maytenus harenensis ağacıdır. Ağacların kəsilməsi üzündən bu ağac Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən "həssas növ" kimi təyin olunmuşdur. Harenna meşəsi əvvəllər təhlükədə olan Lycaon pictus Afrika yabani iti növünün yaşayış arealına daxil idi. Mərkəzi Sanetti platforması nadir və təhlükədə olan Həbəşistan çaqqalının məskənidir.
Kamenka (Auırqazı)
Kamenka (başq. Каменка, rus. Каменка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Məsəli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Məsəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Çuvaşlar (83%) üstünlük təşkil edir.
Kamenka (Avurğazı)
Kamenka (başq. Каменка, rus. Каменка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Məsəli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Məsəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Çuvaşlar (83%) üstünlük təşkil edir.
Kamenka (Penza)
Kamenka — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Kamenka çayı
Kamenka — Rostov vilayəti ərazisindən axan çay. Mius çayınln sol qolunu təşkil edir. Çayın uzunluği 36,5 kilometrdir. Ən böyük qolu Makarovadır. Sahilində yerləşən ən böyük yaşayış məntəqəsi isə Ryajenoe kəndidir ki, buradada 2242 nəfər yaşayır. == Adı == Çayın adı ruscadan tərcümədə «daş» sözündən törəmişdir. == Axarı == Çay öz başlanğıcını Marevka kəndinin 4 km şimal-şərqindən götürür. İlkin axarı boyunca cənub-qərbə axır. Politotdelskoe kəndi yaxınlığında ən böyük qolu olan Makarovanı qəbul edir. Kamenno-Andrianovo kəndindən isə istiqaməti qərbə götürür.
Lex Valensa
Lex Valensa (pol. Lech Wałęsa; 29 sentyabr 1943[…], Popovo[d], Üçüncü Reyx) — Polşa siyasət adamı, insan hüquqlarının fəal müdafiəçisi, Müstəqil həmkarlar təşkilatı olan "Solidarnost"un (Həmrəylik) keçmiş rəhbəri. İxtisasca elektrikdir (Qdansk). 1983-cü ildə Nobel Sülh mükafatına layiq görülüb. 1990–1995-ci illərdə Polşa prezidenti olub.
Varənov (Ərdəbil)
Varənov (fars. وره نو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (5 ailə).
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Yabanı halda Çin və Koreyada yayılmışdır. Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Panenka (penalti)
Panenka — futbolda 11 metrlik cərimə zərbəsini yetirmək üçün fənd. == Tarixi == 1976-cı il Avropa Çempionatının finalında, Qərbi Almaniya və Çexoslovakiya komandaları qarşılaşdı. Oyunun əsas vaxtı 2–2 hesabı ilə başa çatdığı üçün, əlavə vaxt artırıdı. Əlavə vaxtda da qalib müəyyənləşmədikdə, penalti zərbələrinə keçilir. İlk 3 qarşılıqlı penalti zərbəsi qol ilə nəticələndi. Çexoslavakiya 4-cü penaltini də qola çevirdi amma alman futbolçu isə zərbəni dəqiq vura bilmədi. Növbəti zərbə üçün topun arxasına Çexoslavakiyalı yarımmüdafiəçi, Antonin Panenka keçdi. Əgər Panenkanın bu zərbəsi qolla nəticələnsə, onun ölkəsi Avropa çempionu olacaqdı. Hətta ekran başındakı azarkeşlərin də, həyacandan titrədiyi bir zamanda, Panenka, soyuqqanlılıqla topu göylə, yüngülcə qapının mərkəzinə göndərdi. Almaniyanın qapıcısı sol tərəfə uzanması ilə qol oldu və Çexoslavakiya avropa çempionu oldu.
Alenka Qolyevşek
Alenka Qolyevşek (7 Sentyabr 1933 — 17 Yanvar 2017) — Sloveniyalı yazıçı, publisist və dramaturq. Qolyevşek Sloveniya mifiologiyasından bəhs edən Med bogovi in demoni (Tanrılar və iblislər) kitabına görə 1988-ci ildə Levstik Mükafatına layiq görülmüşdür. O, həmçinin dramaturq idi. Əri ədəbi tarixçi, filosof və publisist Taras Kermauner olmuşdur. == Biblioqrafiyası == === Gənclərin ədəbiyyatı === Čudozgode (Möcüzəli nağıllar), 1974 Po štirih, po dveh (Dörd ayağı, İki ayağı), 1996 === Gənclər üçün əsərlər === Čudežni kamen (Sehrli daş), 1979 Če zmaj požre mamo (Nə vaxt əjdaha ananı yeyəcək), 1981 Hiša (Ev), 1981 Kralj Matjaž, kako se imaš? (Kraz Matyaj necəsiniz?), 1981 Volk in rdeča kapica (Canavar və balaca qırmızı papaq tamaşası), 1982 Zakaj avto zjutraj noče vžgati (Niyə maşın səhər işləməyəcək?), 1982 Gornastenisedimuha (Divardakı teflyon) 1983 === Böyüklər üçün əsərlər === Srečanje na Osojah (Osojedə görüş), 1981 Pod Prešernovo glavo (Preserinin büstünün yanında), 1984 Zelena je moja dolina (Mənim vadim yaşıldır), 1985 Lepa Vida 87 (Gözəl Vida 87), 1987 Srečna draga vas domača (Xoşbəxt, sevimli ev kəndi), 1999 === Monoqrafiyalar === Mit in slovenska ljudska pesem (Mif və Sloveniyanın ənənəvi mahnıları), 1982 Med bogovi in demoni: liki iz slovenske mitologije (Tanrılar və iblislər arasında: Sloveniya mifologiyası rəqəmlərdən), 1988 Pravljice, kaj ste?
ESPRIT arena
Merkur Spiel-Arena — Almaniyada stadion. Avroviziya 2011 müsabiqəsinin keçirildiyi bu arena 2004-cü ilin sentyabrında istifadəyə verilib.
Eden Arena
Eden Arena (çex. Eden Aréna) — Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən futbol stadionu. "Slaviya Praqa" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 20.617 nəfərdir. Açılışı 7 may 2008-ci ildə olmuşdur. Stadionun əvvəlki adı "Sinot Tip Arena" (çex. Synot Tip Aréna) olub. Eden Arena 30 avqust 2013-cü ildə "Bayern Münhen" və "Çelsi" komandaları arasında keçirilmiş UEFA Superkuboku matçına ev sahibliyi edib. UEFA Superkuboku uğrunda görüş bu oyuna qədər ənənəvi olaraq Monakodakı II Lui stadionunda keçirilirdi.
Fornebu Arena
Telenor Arena — Norveçin Berum şəhərində yerləşən stadion. Şimali Avropanın da ən böyük stadionudur. Telenor Arena futbol matçları üçün 15.000, konsertlər üçün isə 25. 000 tamaşaçı tutur. Avroviziya 2010 müsabiqəsinin keçiriləcəyi bu arena 2009-cu ilin fevralında istifadəyə verilib. == Avroviziya == 2010 Avroviziya Mahnı Müsabiqəsi Osloda yerləşən Telenor Arenada keçiriləcək. Müsabiqəni işıqlandırmaq üçün Osloya gələcək media mənsubları üçün də Telenor Arenada mətbuat konfranslarının keçirilməsi üçün zal, eləcə də media mənsubları üçün iş otağı da təşkil olunacaq.
Frends Arena
Friends Arena Stokholmda yerləşən arena. Stadion 27 oktyabr 2012-ci ildə İsveçin Stokholm şəhərində açılıb . Arena İsveçdəki ən böyük arenalardan biridir. Böyük bir şousu ilə açılan arenanın ilk qonaqları Tommy Körberg, Danny Saucedo, Loreen və Agnes idi.
Friends Arena
Friends Arena Stokholmda yerləşən arena. Stadion 27 oktyabr 2012-ci ildə İsveçin Stokholm şəhərində açılıb . Arena İsveçdəki ən böyük arenalardan biridir. Böyük bir şousu ilə açılan arenanın ilk qonaqları Tommy Körberg, Danny Saucedo, Loreen və Agnes idi.
Kazan Arena
Ak Bars Arena (2019-cu ilə qədər –Kazan Arena) — Rusiyanın Kazan şəhərində yerləşən stadiondur. Stadionun tikintisi 2013-cü ilin iyulunda tamamlanmışdır. Rubin Kazan öz ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 45379 nəfərdir. == Ümumi baxış == Stadionun arxitektural konsepti Populous şirkəti tərəfindən hazırlanmışdır. Stadion yerləşdiyi ərazidə bənzərsiz rezonans doğurmuşdur. Stadion Rubin Kazanın köhnə stadionu olan Mərkəzi Stadionu əvəz etmişdir. Stadion 2013 Yay Universiada Oyunlarının açılış və bağlanış mərasimlərinə, 2017 FİFA Konfederasiyalar Kubokunun bəzi oyunlarına ev sahibliyi etdi. 2018 FİFA Dünya Kubokunun altı oyununa da ev sahibliyi edən bu stadionla bağlı belə bir maraqlı fakt var. Belə ki, mundiallar tarixində çempion komandalardan üçü (Braziliya, Argentina, Almaniya) məhz bu stadionda turnirlə vidalaşdı.