Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. 2023-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Mahabad
Məhabad və ya Soyuqbulaq — İranın Qərbi Azərbaycan ostanında şəhər. Məhabad şəhəri Tehrandan 873 km aralı, Urmiyadan 100 km cənubdadır. Məhabadın iqlimi, dağlıq zonası olduğundan soyuqdur. Düzənlik və meşələrdə hava mülayimdir. == Əhalisi == 2006-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Məhabad şəhərinin 135,780 nəfər əhalisi vardır . == Görməli yerləri == Bir neçə tarixi mağaralar — Urartu dövrünə aid; Median (orta əsr) şəhəri; Əhəməni Dara zirzəmisi; Məhabadın cənub-qərbində Bedargöl — Sultan mavzoleyi..
Varaçan
Varaçan — Xəzər xaqanlığının köhnə mərkəzi. M. İ. Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan – Bələncər, yaxıd Bulker-Bolqar kimi əraziləri əhatə edirdi və onun əhalisinin əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər hissəsinə – Səməndər şəhərinə köçürüldü.
Balaban (Piranşəhr)
Balaban (fars. بالابان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (22 ailə).
III Vaçaqan
III Mömin Vaçaqan (487-510) – Qafqaz Albaniyasının Arşakilər sülaləsindən sonuncu hökmdarı. == Hakimiyyəti == 464-484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yenidən üsyanlar başlanmışdı. Bu hərəkat nəticəsində 485-ci ildə əldə olunmuş Nvarsaq sülhünə görə Albaniyada müstəqillik və xristianlıq bərpa edilir. Dövlətin yeni hökmdarı 487-ci ildə III Vaçaqan olur. Onun hakimiyyət illəri Albaniyanın yüksəlişi dövrüdür. Ölkə təsərrüfatı dirçəldilir, ticarət əlaqələri genişlənir, əkinçilik, hevandarlıq və sənətkarlıq durmadan inkişaf edirdi. Albaniyada feodal şəhərləri təşəkkül tapır. Bunlar Bərdə, Dərbənd, Şamaxı, Qəbələ, Beyləqan, Şabran, Xalxal və Şəki idi. Şəhərlərdə iri bazarlar mövcud olmuşdur. Sənətkar və tacirlərin öz ittifaqları yaranırdı.
II Vaçaqan
II Vaçaqan (v. təq. 383) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illəri dəqiq məlum deyil.
I Vaçaqan
I Cəsur Vaçaqan — sənədlərdə adı keçən ilk Arşaki Qafqaz Albaniyası çarı. Haqqında çox məlumat yoxdur və böyük ehtimalla Parfiya çarı VI Vağarş dövründə yaşamışdır. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Köçdü balaban
Köçdü balaban — Azərbaycan xalq rəqsi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranıb. Bu rəqs ona görə belə adlanır ki, çox vaxt balaban və dümbək, ya da zurna və dümbək sədası altında ifa olunur. Yallının orijinallığı orasındadır ki, rəqs başlayandan 5-6 nəfər çiyin-çiyinə dairə şəklində bərk tutub dururlar. Bir bu qədər adam da onların çiyninə çıxır. Belə bir ana "Qazı-qazı" yallısında da təsadüf edilir. Lakin orada bu hərəkət ayrıca element təşkil edir. "Köçdü balaban"da isə rəqs belə başlanır. Aşağıda duranlar çox sadə hərəkətlər edirlər, sağ ayaqla sağa addım atır, sol ayağı sağ ayağın yanına qoyurlar. Beləcə dairə üzrə hərəkət edirlər.
Köşki balaban
Köşki balaban — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bir müddət bundan əvvəl bayramqabağı günlərdə, şənliklərdə, yığıncaqlarda Azərbaycanın çox yerlərində, xüsusən Araz çayı qıraqlarında böyük yaşlı uşaqlar və cavanlar dəstə-dəstə toplanıb köşki balaban oyununu oynayardılar. == Oyunun qaydaları == Onlardan qüvvətliləri 5–7 nəfər birinci cərgəni düzəldib əllərini bir-birilərinin çiyninə qoyub durardılar. İkinci cərgə 3–5 nəfər olub birincilərin çiyninə çıxıbdurardılar. Üçüncü cərgə isə 2–3 nəfərdən ibarət olub ikinci cərgənin çiyni üstə çıxırdılar. Sonra bir yerdə köşki balaban mahnısını oxuyub dolanardılar. Bu oyunda oyunu bacarmayanlar oyundan kənarlaşdırılırdı. Qalan oyunçular oyunun sonunadək oynayır. Oyunda qələbə qazanmaq, eləcə də uduzmaq kimi qaydalar yoxdur. == Mənbə == Novruz bayramı ensklopediyası.
Mahabad (İsfahan)
Mahabad — İranın İsfahan ostanının Ərdistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,081 nəfər və 1,059 ailədən ibarət idi.
Mahabad Cümhuriyyət
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. == Dövlətin yaradılması və süqutu == 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Mahabad Cümhuriyyəti
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. == Dövlətin yaradılması və süqutu == 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Mahabad Şəhristanı
Məhabad şəhristanı (fars. شهرستان مهاباد & پیرانشهر‎; azərb. مهاباد بؤلگه‌سی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının (vilayətinin) 14 şəhristanından biri. Şəhristanın inzibati mərkəzi Məhabad (Soyuqbulaq) şəhəridir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 197,441 nəfər (kişilər: 100,085 nəfər - qadınlar: 97,358 nəfər) olmuşdur. Hazırda Məhabad şəhristanında əsasən kürdlər yaşayırlar və kürd dilində danışırlar. == Etimologiyası == Məhabad bir vaxtlar Savucbulaq / Sovucbulaq (Soyuqbulaq adının yerli ləhcədəki tələffüzü), sonralar isə (Qacar dövründə) kürdlərin mukri tayfasının kütləvi şəkildə şəhərdə və ətraf bölgədə məskunlaşıb əhalinin böyük hissəsini təşkil etməsinin nəticəsində Sovucbulaq Mükri adlandırıldı. Pəhləvilər sülaləsi dövründə isə, 1936-cı ildə bölgənin mərkəzi şəhəri Məhabad olaraq adlandırıldı. Şəhərin və şəhristanın hazırkı adı olan Məhabad farsca "ay" mənasını verən "məh / mah", və şəhər adlarında istifadə olunan "abad" sözlərindən ibarətdir. == Məhabad şəhristanının inzibati bölgüsü == Mərkəzi bəxşi İnzibati mərkəzi: Məhabad (Soyuqbulaq); digər şəhəri: Göytəpə DEHİSTANLARI Axtaçı-i Qərbi dehistanı KƏNDLƏRİ: Əminabad, Bəcvənd, Bərdəmiş, Bəsri, Burxan, Bövzə, Dərman, Dostəli, Həftvanə, Hacıəlikənd, Kəlicə, Xatunbağ, Xatunxas, Köhnədehdum, Laçın, Pirbalə, Qalat, Qalacığa, Qəmtarə, Qarabulaq, Qızılca-i Süfla, Qurğan, Sahulan, Sancaq, Sərvanə, Seyidabad, Şilanabad, Siçanbulağı, Təkanlıca, Ötmüş, Uzundərə-i Ülya, Uzundərə-i Süfla, Yadabad- Ülya, Yadabad-i Süfla, Zağadrav Mükriyan-i Qərbi dehistanı KƏNDLƏRİ: Albulaq, Çüməlan, Dərələk, Daşxana, Daşteymur, Dehbəkr, Dəryaz, İbrahimə, Əyriqaş, Gəpis, Gərd-i Yaqub, Gülə, Hacıabad, Həmzəabad, Kəhrizə-i Şeyxan, Xəlifə Xanəgah-i Xangəh, Xürxürə, Köhnədeh, Kövtər, Kusəkəhriz, Keşt və Sünət-i Məhabad [Məhabad mədəniyyət və texnologiya mərkəzi] (Mahabad Culture and Technology Centre), Paindərə (pain (farsca) = aşağı, ayaqaltı), Qaraxan, Qaraqışlaq, Qaziabad, Qızılqapı, Qocaabad, Qumqala, Səlimsağul (şuğul?), Siləkə, Tutağac, Yusifkəndi Mükriyan-i Şərqi dehistanı KƏNDLƏRİ: Abdullahabad, Azad, Badam, Bərdərəşan, Gəbəzələ, Gərdəgirov, Gərdərəş, Hacıxoş, Kəhrizə-i Əlibəyazıd, Xətai, Kiçabad, Ləc, Şəhrək-i Sünəti-i Məhabad [Məhabad sənaye ərazisi] (Mahabad Industrial Estate), Məzrayə-i Əmirabad, Qapı-i Babaəli, Qaradağ, Qülqülə, Təng-i Bələkə, Turşakan Xəlifan bəxşi İnzibati mərkəzi: Xəlifan DEHİSTANLARI Kanibazar dehistanı KƏNDLƏRİ: Bərəcu, Bərava, Bəyram, Çahargah, Eynmolla, Ganihdar, Gəravi, Gavdari-i Qaraney, Gamışan, Gərd-i Şilan, Gərdəbərdan, Gülinan, Acıdərə, El-i Teymur, Kəlləkavi, Kanimiran, Kanirəş, Kanisəfid, Kanisib, Kəvilan-i Ülya, Kəvilan-i Süfla, Xəldəlil, Kitəkeh, Köhnədehşuğayi, Kültəpə, Kuran, Kurgeh, Kuşgehdərə, Məjgeh, Mirədeh, Pajbərd, Pirmikayıl, Qalacığa, Qaluyizindan, Qozlu-i Ülya, Qozlu-i Süfla, Quytal, Səvinas, Şəhr-i Zur, Şeyxyusif, Uzundaş, Yarəli, Zindəqul Mənqur-i Şərqi dehistanı KƏNDLƏRİ: Abdullahkürdə, Afan, Ağasur, Amid, Aşab, Bagərdan-i Ülya, Bagərdan-i Süfla, Benguin, Beytas, Çovmel, Dağə, Doseyid, Dolbahar, Dolpamu, İslamabad, Qaquş-i Ülya, Qaquş-i Süfla, Giyahdövran, Gülyar, Gövməliyan, Qohuh Xane-ye Hacci Kərimi [Hacıkərimi qəhvə şirkəti] (Hajji Karimi Coffee Company), Hacımamiyan, Həsənçəp, Hermə, Candaran, Kələdəndəvi, Kamam, Kərəg, Kəvis, Keysalan, Xanəgah, Xaracu, Xatunəsti, Küləsərmərgan, Mahmudabad (1), Mahmudabad (2), Maranə, Mərgaru, Mazələ, Məzrayə, Miriseh, Pelkə, Qəlat-i Sinan, Qaraçilan, Qaraqaç, Qeşqünə-i Ülya, Qeşqünə-i Süfla, Qozluca, Rəftə, Salm, Saminu, Sərtəng, Sarhulan, Sərtan, Sərv, Şəkərbəy, Şeyxan, Şorabad, Siyaqul-i Ülya, Siyaqul-i Süfla, Soluq, Sürxab, Sülgəh, Zeyvə == Həmçinin bax == Cənubi Azərbaycan Azərbaycanlılar Kürdlər İranın ostanları İranın şəhristanları == Xarici keçidlər == Məhabad Şəhristanın Rəsmi Saytı - Dövlət Saytı Qərbi Azərbaycan Ostanın Rəsmi Saytı - Dövlət Saytı == İstinadlar == Dünya Azərbaycanlıları Konqresi :Sufi yurdu, Midiya yadigarı Soyuqbulaq...
Mahabad şəhəri
Məhabad və ya Soyuqbulaq — İranın Qərbi Azərbaycan ostanında şəhər. Məhabad şəhəri Tehrandan 873 km aralı, Urmiyadan 100 km cənubdadır. Məhabadın iqlimi, dağlıq zonası olduğundan soyuqdur. Düzənlik və meşələrdə hava mülayimdir. == Əhalisi == 2006-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Məhabad şəhərinin 135,780 nəfər əhalisi vardır . == Görməli yerləri == Bir neçə tarixi mağaralar — Urartu dövrünə aid; Median (orta əsr) şəhəri; Əhəməni Dara zirzəmisi; Məhabadın cənub-qərbində Bedargöl — Sultan mavzoleyi..
Mirqasım Vahabov
Mirqasım Fazil oğlu Vahabov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin sabiq rəisi, gömrük xidməti general-mayoru. 31 dekabr 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1972-ci ildə orta məktəbin 10-cu sinfini əla qiymətlərlə başa vurmuşdur. 1974–1976-cı illərdə ordu sıralarında xidmət keçmiş, 1977-ci ildə Bakı Plan-Uçot Texnikumunu əla qiymətlərlə bitirmiş, fərqlənmə diplomuna layiq görülmüşdür. 1977-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Uçot- iqtisad" fakültəsinin birinci kursuna daxil olmuş, oxuduğu müddətdə əla qiymətlər aldığına görə xüsusi təqaüdə layiq görülmüşdür. Təhsilini əla qiymətlərlə başa vuraraq fərqlənmə diplomu almışdır. 1981-ci ildə ali təhsilini başa vurduqdan sonra gənc mütəxəssis kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyində ixtisasına uyğun işlə təmin olunmuşdur. 1999-cu ilə qədər olan müddətə Təhsil Nazirliyində müxtəlif məsul vəzifələrdə, peşəkar mütəxəssis kimi çalışmışdır. 1999-cu ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, gömrük xidməti polkovniki xüsusi rütbə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə verilmişdir.
Neoseiulus malaban
Neoseiulus malaban (lat. Neoseiulus malaban) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nina Balaban
Nina Balaban (2 noyabr 1995) — Şimali Makedoniyalı atıcı. Nina Balaban Şimali Makedoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nina Balaban birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 407.7 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Qalaban (Mərənd)
Qalaban (fars. گله بان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3,042 nəfər yaşayır (703 ailə).
Vaçaqan çayı
Vaçaqan (erm. Վաչագան) — Ermənistanda çay, Oxçuçayın qolu. Çayın uzunluğu 5 kilometrdir və Sünik mərzində yerləşən Qafan şəhərinin ərazisindən keçir. Mənbəyi Zəngəzur dağ silsiləsində Xustup dağının şimalındandır. Hövzənin sahəsi 35 km2-dir.
Yadigar Vahabov
Şahabad (Maku)
Şahabad (fars. شاه اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması haqqında məlumat yoxdur.
Ədalət Vahabov
Balaban (tayfa)
Balaban və ya Balabanlı — Türkiyənin Mərmərə, Egey, Mərkəzi Anadolu və Şərqi Anadolu bölgələrində yaşayan tayfası. Onların Əfşar boyundan olduğu da iddia edilir. Onlar XVI əvvəllərindən bəri Osmanlı daxilində ələvi tayfası kimi tanınırlar. Balaban tayfası Xorasan mənşəlidir. == Etimologiyası == "Balaban" farsmənşəli sözdür.
Hitler Nababan
Hitler Nababan (23 iyul 1973, Açeh) — İndoneziya siyasətçisi. Demokratik Partiyanın üzvü olan Nababan 2014-cü ildən 2019-cu ilə qədər Karavanq Regional Nümayəndələr Şurasının üzvü olmuşdur. == Həyatı == Hitler Nababan 23 iyul 1973-cü ildə anadan olmuşdur. 1993-cü ildə HKBP Peşə Liseyində orta təhsilini başa vurduqdan sonra 1994-cü ildə Karavanq şəhərinə köçmüşdür. Millət vəkili seçilməzdən əvvəl sələmçi işləmişdir. O, dörd il oxuduqdan sonra 2017-ci ildə Dharma Andhiqa Hüquq Məktəbində hüquq dərəcəsi almışdır. Hitler Betti Minariya Limbonq ilə evlidir. Cütlüyün üç qızı və bir oğlu var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hitler Nababan ilə əlaqəli mediafayllar var.