Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ovalıq
Ovalıq – (rus. низменность, ing. low land, lowland) dəniz səviyyəsindən 200 m-ə qədər yüksəkdə yerləşən quru sahəsi. Səthi adətən düzən, qismən təpəlik olur. Əsasən tektonik enmələr və çökəkliklərin dəniz, yaxud kontinental çöküntülərlə dolması nəticsində yaranır. Dəniz səviyyəsindən aşağıda yerləşən Ovalıqlar (məs. Xəzəryanı) da var. Azərbaycan Respublikası ərazisinin təqribən 2/5-si ovalıqdır (Kür-Araz, Samur-Dəvəçi, Lənkəran). Dəniz səviyyəsindən aşağıda da yerləşən Ovalıq vardır. Bütün quru 48.2mln.
Dalit
Dalit (hind दलित) - Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlarda məhrum edilmiş sinif. Dalitlər bəzi mənbələrdə pariya olaraq adlandırılır. Dalit sözü hind dilində olan toxunulmazlar sözündən yaranmışdır. Aşağı sinifə mənsub olduqlarından və ən natəmiz işlərin dalitlərə həvalə olunması səbəbindən inanca görə onlara toxunmaq belə arzu edilmir. 1997-2002-ci illərdə Hindistan prezidenti olmuş Koçeril Raman Narayanan ölkə tarixində ilk dalit prezidentdir. 2017-ci ildə Hindistan prezidenti seçilmiş Ram Nath Kovind də dalitdir.
Halit
Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər. == Mənşəyi və yayılması == Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının, dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir.
Vasit
Vasit (ərəb. وَاسِط‎ Wāsiṭ) — İraqın Vasit mühafəzəsində tarixi şəhər.
Amelanchier ovalis
Girdəyarpaq irqa (lat. Amelanchier ovalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Əsasən cənubi, şərqi, qərbi Avropada Şimali Belçika, Şimali Afrikada, Ön Asiyada, Mərkəzi Almaniyada geniş yayılmışdır. Qafqazda təbii və mədəni halda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-4 metrə çatan, çox hündür olmayan, yarpağı tökülən ağacdır. Möhkəm kök sistemlinə malikdir, 30-40 sm dərinliyə gedir, hətta qayalıqların çatlamasına səbəb olur. Çətri açıq yaşıldan tünd çəhrayıya qədər dəyişir. Yarpağı yumurtavari 8-15 mm uzunluqdadır. Çiçəkləri aprel, may aylarında yarpaqlama ilə eyni vaxtda açır. Avqust, sentyabr aylarında qara, göy rəngdə 5-15 mm diametrində olan meyvəsi yetişir.
Carex ovalis
Carex ovalis (lat. Carex ovalis) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Coelogyne ovalis
Coelogyne ovalis (lat. Coelogyne ovalis) — səhləbkimilər fəsiləsinin coelogyne cinsinə aid bitki növü.
Echinodorus ovalis
Echinodorus ovalis (lat. Echinodorus ovalis) — baqəvərkimilər fəsiləsinin exinodorus cinsinə aid bitki növü.
Epipactis ovalis
Epipactis helleborine (lat. Epipactis helleborine) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Amesia consimilis (D.Don) A.Nelson & J.F.Macbr. Amesia discolor (Kraenzl.) Hu Amesia latifolia (L.) A.Nelson & J.F.Macbr. Amesia latifolia f. monotropoides Mousley Amesia latifolia f. variegata Mousley Amesia longibracteata Schweinf. Amesia monticola (Schltr.) Hu Amesia pycnostachys (K.Koch) A.Nelson & J.F.Macbr. Amesia squamellosa (Schltr.) Hu Amesia squamellosa (Schltr.) C. Schweinf. Amesia tenii (Schltr.) Hu Amesia yunnanensis (Schltr.) Hu Calliphyllon latifolium (L.) Bubani Cymbidium latifolium (L.) Sw.
Euseius ovalis
Euseius ovalis (lat. Euseius ovalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Helleborine ovalis
Epipactis helleborine (lat. Epipactis helleborine) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Amesia consimilis (D.Don) A.Nelson & J.F.Macbr. Amesia discolor (Kraenzl.) Hu Amesia latifolia (L.) A.Nelson & J.F.Macbr. Amesia latifolia f. monotropoides Mousley Amesia latifolia f. variegata Mousley Amesia longibracteata Schweinf. Amesia monticola (Schltr.) Hu Amesia pycnostachys (K.Koch) A.Nelson & J.F.Macbr. Amesia squamellosa (Schltr.) Hu Amesia squamellosa (Schltr.) C. Schweinf. Amesia tenii (Schltr.) Hu Amesia yunnanensis (Schltr.) Hu Calliphyllon latifolium (L.) Bubani Cymbidium latifolium (L.) Sw.
Melicope ovalis
Melicope ovalis (lat. Melicope ovalis) — sədokimilər fəsiləsinin melicope cinsinə aid bitki növü.
Mikania ovalis
Mikania ovalis (lat. Mikania ovalis) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Quercus vialis
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Xvalın dənizi
Xvalın dənizi — Dördüncü dövrün müəyyən bir vaxtında Xəzər dənizinin yerində mövcud olmuş dənizin adıdır. Xvalın dənizi Xəzər dənizindən xeyli böyük idi və şimalda Volqa-Xəzər ovalığını 51 dərəcə şm. enliyinə qədər tuturdu.
Beni-Valid
Beni-Valid-Liviyada şəhər == Liviya vətəndaş müharibəsi == 2011-ci il Liviya Vətəndaş Müharibəsində, Qəddafi əleyhinə qüvvələr Avqustda Tripoli və Sentyabrda Səbhanı ələ keçirdikdən sonra Bani Valid, Sirt ilə birlikdə, Müəmmar Qəddafinin devrilmiş hökumətinə sadiq qüvvələrin saxladığı iki son dayaqdan biri idi. Sentyabr və oktyabr ayının əvvəllərində şəhəri əhatə edən Qəddafi əleyhinə qüvvələr ilə onu müdafiə edən Qəddafi sadiq qüvvələri arasında qarşıdurmalar oldu; nəhayət 17 oktyabrda şəhər alındı.Fin şirkəti Perusyhtymä (bu gün YIT) 1980-ci illərdə şəhərdə tüfəng və bəlkə də digər silahların yığılması üçün istifadə olunan bir fabrik inşa etdi. NATO şəhərdəki iki "komanda mərkəzi" və bir döyüş sursatı zərbəsini vurduğunu bildirdi. Sonuncuların əvvəlcə Finlər tərəfindən inşa edildiyi mümkündür. Bani Vəlidə 200 Fin mühəndis və digər mütəxəssis çalışdı. Bəzilərinin ərazidə ailələri var idi. "Çirkli işlər" Filippindən təxminən 2000 ucuz işçi tərəfindən edildi.Finlandiyada KİV 1994 və 2011-ci illərdə silah fabrikinin inşasını tapdı. 1980-ci illərdə Liviya Sovet İttifaqından sonra Finlandiya inşaat sənayesi üçün ikinci ən böyük ixracat ölkəsi idi. 1980-ci illərin əvvəllərində Finlər Liviyada təxminən 20 böyük tikinti layihəsinə sahib oldular. Silah fabrikindən əlavə digər Finlandiya tikililərinə Tripolidəki küçələr və Ras Lanufun bütün neft şəhəri daxildir.
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb.18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Halit Akçatepe
Xalid Ağcatəpə (türk. Halit Akçatepe; 1 yanvar 1938, Üsküdar, İstanbul ili – 31 mart 2017, İstanbul) — türkiyəli aktyor. == Həyatı == Xalid Ağcatəpə 1 yanvar 1938-ci ildə Ünyedə anadan olub. Atası Sidqi bəydir. Konservatoriya təhsili heç almamışdır (özü konservatoriya təhsili uzaqdan yaxından heç bir əlaqəsi olmadığını bildirmişdir). Zamanın film rejissorlarından birinin atasına "bizə bir uşaq oyunçu lazımdır" dediyi zaman, atası tülüatçı Sidqi bəy oğlu Xalidi göndərmişdir. İlk filminə 1943-cü ildə 5 yaşında çəkilmişdir. Aktyor 1975-ci ildə lentə alınan "Hababam sınıfı" filmindəki "Güdük Nəcmi" obrazı ilə şöhrətinin zirvəsinə yüksəlmişdir. Halit Akçatepe karyerası boyunca 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaratmışdır.
II Valid
II Valid və ya Valid ibn Yəzid (ərəb. الوليد بن يزيد‎ 706 — 17 aprel 744) — 743-744-cü illərdə hakimiyyətdə olmuş əməvi xəlifəsi. Hakimiyyəti əmisi Hişam ibn Əbd əl-Malikdən almışdır. II Valid 6 fevral 743-cü ildə Hişamın vəfatından sonra taxta çıxmışdır. Ət-Tabari Validin bir neçə şeirindən misal çəkir. Valid kənizdən olan iki oğlunu varisi elan etdikdən sonra ailə daxilində gərginlik yaranmış və sonda o qətlə yetirilmişdir. Validin xələfi əmisi oğlu III Yezid olmuşdur. == Ədəbiyyat siyahısı == Muhammad ibn Jarir al-Tabari. History, v. 26 "The Waning of the Umayyad Caliphate, " transl.
Jaba Dvali
Jaba Dvali (gürc. ჯაბა დვალი; 8 fevral 1985-ci il, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcüstan milli futbol komandasının və "Dinamo Tbilisi" klubunun futbolçusu. Hal-hazırda icarə əsasında Azərbaycanın "Qarabağ" klubunun heyətində çıxış edir. Hücumçu mövqeyində oynayır. == Həyatı == == Karyerası == Jaba Dvali 2004-cü ildə "Dinamo Tbilisi" peşəkar karyerasına başlayıb. İndiyə kimi Gürcüstanın "Sioni Bolnisi", "Çikura Saçxere", "Olimpi Rustavi", "Zestafoni" və Moldovanın "Daçiya Kişinyov" klubunda oynayıb. 2014-cü ilin qış transfer pəncərəsində Azərbaycanın "Qarabağ" klubu ilə 2013-2014 mövsümünün sonuna kimi müqavilə imzalayıb.
Mvali (Moheli)
Moheli yerli dildə Mwali adası Komor adalarını təşkil edən üç adadan biridir. == Tarix == 11 avqustun 1997-ci ildə Moheli (Mwali) ,bir həftə sonra Anjuan (Ndzuwani) Komordan ayrılıb . Mohelinin separatçı liderləri Said Məhəmməd Soefu Prezident və Soidri Ahmed Baş nazir oldu. 1998-ci ildə Moheli yenidən Komora birləşdi. 2002-ci ildə Moheli yeni Komor Konstitusiyasını ratifikasiya etdi. Burada zəif mərkəzləşdirilmiş federal hökumətin qurulması və ada hökumətlərinə daha çox səlahiyyətin verilməsi nəzərdə tutulurdu. Bu Komorda davam edən siyasi qarışıqlıq və Ndzuwani (Anjuoan) adasında davam edən separatçılığın həllinə kömək etdi. Həmçinin 2002-ci ildə Mohamed Said Fazul Prezident seçildi. Onun tərəfdarları 2004-cü ildə Moheli Məclisinə seçkilərində yer çoxluğu ilə qalib gəldi.
Ovalı (Urmiya)
Ovalı (fars. اوعلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (20 ailə).
Vakit (qəzet)
"Vakit" və ya "Vəqt" (tatar. وقت — Вакыт) — 1906–1918-ci illərdə Orenburqda tatar dilində çıxmış qəzet. == Tarixi == Birinci nömrəsi 1906-ci il 21 fevral tarixində nəşr olunmuşdur. İlk nömrədən 1917-ci ilə qədər baş redaktoru Fatih Kərimi, 9 noyabr 1917-ci ildən son nömrəsinə kimi yazıçı və dramaturq Yarulla Vəli olmuşdur. "Vakit" qəzeti XX əsrin əvvəlindəki tatar mətbuatında görkəmli yer tutan, tatar qəzetləri arasında öndə gedənlərdən biri olmuşdur. O, siyasi məsələlərdə diqqətli və ölçüb-biçilmiş yazan, dini və milli məsələlərdə onu izləyən digər milli qəzetlərə nümunədir. Geniş miqyasda təhsil, dil və ədəbi, mədəni, milli teatr və musiqi sənətinə dəstək verib və dövlət məktəblərinə daxil olmağı ardıcıl olaraq müdafiə etmişdir. O, müsəlmanların milli ticarət və torpaq satın almalarının zəruriliyi haqqında çoxlu yazılar yazmışdır. Məzmununa, texnikasına, dilinə və məqalələrinin tematik genişliyinə görə bütün Rusiyada aparıcı qəzetlərdən biri olan ən hörmətli tatar qəzetidir."Vakit"in səhifələrində tatar qadınlarının təhsilinə və ailədəki roluna, müsəlmanlar arasında hökm sürən xurafatların tənqidinə mühüm yer verilmişdir. Tatar ziyalılarının xalqın maariflənməsinə verdiyi töhfələr fəal işıqlandırılır, tatar əlifbasının təkmilləşdirilməsi problemləri, muzeylərin açılması zərurəti vurğulanır, qurultaylarda təhsil problemlərinin müzakirəsi və s.
Valid Daqayev
Valid Şitayeviç Daqayev(çamor. Ва́лид Шита́евич Дага́ев; 30 iyun 1940, Qroznı – 22 sentyabr 2016, Qroznı)— Sovet, rus çeçen müğənnisi, musiqiçisi, bəstəkarı, xalq mahnılarının ifaçısı, Çeçen-İnquş MSSR Xalq artisti (1970), RSFSR-in əməkdar artisti (1972), RSFSR xalq artisti (1988), medal sahibi. Əhməd Kadırov ordeni (2009) laureatı.. == Həyatı == Valid Daqayev Yeni Aldı kəndində anadan olub. 23 fevral 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası başlandı. Köçürmə zamanı çəkdiyi çətinliklər onun görmə qabiliyyətini itirməyə başlamasına səbəb oldu. Uşaqlıqdan mahnı oxumağı çox sevirdi. O, musiqi alətinə sahib olmaq arzusunda idi, lakin ailənin onu almağa imkanı yox idi. Adi çubuqda oyunu təqlid edərək barmaqlarını taxtaya döyürdü. Xalası tezliklə ona balalayka hədiyyə verdi.
Valid Müəllim
Valid Müəllim (17 iyul 1941, Dəməşq – 16 noyabr 2020, Dəməşq) — Suriyanın xarici işlər naziri. == Həyatı == Valid Müəllim 13 yanvar 1941-ci ildə Suriyanın Dəməşq şəhərində anadan olub.1960-cı ildə Qahirə universitetinə qəbul olub. İqtisadiyyat fakültəsini tamamlayıb. 1990–1999-cu illərdə Suriyanın ABŞ-də səfiri vəzifəsində çalışıb. 2000-ci ilin əvvələrindən Suriyanın xarici işlər naziridir.