Valid Şitayeviç Daqayev(çamor. Ва́лид Шита́евич Дага́ев; 30 iyun 1940, Qroznı – 22 sentyabr 2016, Qroznı)— Sovet, rus çeçen müğənnisi, musiqiçisi, bəstəkarı, xalq mahnılarının ifaçısı, Çeçen-İnquş MSSR Xalq artisti (1970), RSFSR-in əməkdar artisti (1972),[1] RSFSR xalq artisti (1988), medal sahibi. Əhməd Kadırov ordeni (2009) laureatı.[2].
Valid Şitayeviç Daqayev | |
---|---|
çamor. Ва́лид Шита́евич Дага́ев | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 30 iyun 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 22 sentyabr 2016 (76 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, müğənni |
Fəaliyyət illəri | 1957-ci ildən |
Üzvlüyü | Çeçenistan Dövlət Filarmoniyası |
Mükafatları |
Valid Daqayev Yeni Aldı kəndində anadan olub. 23 fevral 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası başlandı. Köçürmə zamanı çəkdiyi çətinliklər onun görmə qabiliyyətini itirməyə başlamasına səbəb oldu.
Uşaqlıqdan mahnı oxumağı çox sevirdi. O, musiqi alətinə sahib olmaq arzusunda idi, lakin ailənin onu almağa imkanı yox idi. Adi çubuqda oyunu təqlid edərək barmaqlarını taxtaya döyürdü.[3] Xalası tezliklə ona balalayka hədiyyə verdi. Vəlid bütün günlərini alətə yiyələnməyə sərf etdi. Tezliklə o, bölgədə tanınan musiqiçi oldu.
Vətənə döndükdən sonra 1957-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Dövlət Mahnı və Rəqs Ansamblında solist kimi fəaliyyətə başladı. Mükəmməl vokal bacarığı və deçiq pondar ustalığı sayəsində tez bir zamanda populyarlıq qazandı. Onun bir çox mahnıları məşhur çeçen şairləri Maqomet Mamakayev, Maqomed Sulayev, Şayxi Arsanukayev, Əhməd Süleymanov, Maqomed Qadayev, Şaid Rəşidov, Maqomed Dikayev və başqaları ilə əməkdaşlıqda yaradılmışdır.
1968-ci ildən Çeçen-İnquş Filarmoniyasında işləməyə başladı. 1970-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti adına layiq görüldü. 1972-ci ildə Rostov-na-Donuda keçirilən Ümumrusiya müsabiqəsinin laureatı oldu. 1973-cü ildə RSFSR-in əməkdar artisti, 1988-ci ildə isə RSFSR-in xalq artisti fəxri adlarını aldı.
Valid Daqayevin repertuarına gürcü, qırğız, qazax, qumuq, rus, Rusiya və MDB ölkələrinin digər xalqlarının dillərində mahnılar daxil idi. Valid Daqayev xatırlayırdı:[3]
Bir dəfə Tbilisidə qastrol səfərində gürcü dilində mahnı oxudum. Məni dəişətli dərəcədə alqışladılar. Konsert bitəndə iki gürcü yanıma gəlib soruşdu: sən gürcüsən? Cavab verirəm yox. Sonra ikincisi qışqırdı: təəssüf mən maşınımı mərcdə uduzdum! |
Birinci Çeçenistan müharibəsi onun yaradıcılıq fəaliyyətini dayandırdı. Sonradan o, üç dəfə evini bərpa etmək məcburiyyətində qaldı. Yeni çətinliklər onun onsuz da zəif görmə qabiliyyətini pisləşdirdi — o, demək olar ki, tamamilə kor olmuşdu. Buna baxmayaraq, ömrünün son günlərinə qədər fəal şəkildə konsert və ictimai işlərlə məşğul olurdu, gənc sənətçilərə köməklik göstərir, xeyriyyə konsertlərində iştirak edirdi.
Valid Daqayev Yeni Aldı kəndində vəfat edib və burada yerli qəbiristanlıqda dəfn olunub.