Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Drom
Drom (departament)
Dno
Dno — Rusiya Federasiyasında yerləşən şəhər Pskov vilayətinə daxildir
Nom
Nom (Misir) — Qədim Misirdə inzibati mahal. Nom (Alyaska)— ABŞ-də şəhər.
Doom:VS
Doom:VS — İsveçdən olan doom metal musiqi qrupu. Tək kişilik musiqi proyekti. == Haqqında == Draconian qrupunun üzvü olan Johan Ericson tərəfindən 2004-cü ildə yaradılmışdır. Bundan əlavə Johan bir neçə metal musiqi qruplarının üzvü. Qrupunun ilk relizi 2004-cü ildə Empire of the Fallen demo albomu olmuşdur. Bu albomda Johan-a vokalda Draconian qrupunun digər üzvü vokalist Anders Jacobssonda köməklik etmişdir. Bu demo-dan sonra Finlandiyanın Firedoom Music səsyazma və albom şirkəti ilə müqailə imzalandı. Daha sonra Johan yeni albom üzərində çalışmağa başlayır və 2006-cı ildə Aeternum Vale adlı ilk debüt albomunu nəşr edir. Bu albom ilə qrup doom metal dinləyiciləri geniş maraq göstərilir. Bu albomdan sonra 2008-ci ildə "Dead Words Speak" adlı ikinci albomu buraxır.
Doom metal
Dum metal (ing. Doom metal) — olduqca ağır riflər və melodik vokal Heavy metalın 1980-cı ildə yaranan növü olan janr. Bu janr eyni ildə yaranan Speed metal-a qarşı cavab kimi yaranıb da demək olar. Mövzusu əsasən eşqə, hüznə, ölümə, din, duyğular, melanxoliya və həyata yönəlməkdədir. == Tarixi == === İlkin yaranışı === Black Sabbath və Pentagram heavy metaldakı sürəti yavaşladaraq və mahnı sözlərinə daha çox qaranlıq, melanxoliya əlavə edərək bu növün yaranmasına başçılıq edən qruplardır. 1980-cı illərdən başlayaraq bu yeni növ Doom metal olaraq adlanmışdır. === İnkişafı === 1970-in sonundan 1980-in ortalarına qədər Trouble, Saint Vitus, Candlemass, Pentagram ve Witchfinder General kimi qruplar tərəfindən inkişaf etdirilən Doom metal özünəməxsus yeraltı 1 məşhurluq yaratsa da, bu illərdə metal musiqisində Thrash metal və Speed metal cərəyanı daha üzdə idi. == Alt növləri == Cathedralin Forest of Equilibrium adlı albomun başçılığı ilə Solitude Aeturnus, Count Raven, The Obsessed, Penance, Sleep, Revelation, Confessor, The 3rd and the Mortal kimi qruplar doom metalı bugünkü vəziyyətinə çatdırdılar.1980-ci illərin sonlarında doom metal fərqli metal növlərindən ilhamlanaraq yeni alt növlərə bölünməyə başladı. === Death doom === Bu alt növlərdən ən bilinəni şübhəsiz, Death metal riffləri və vokallarını Doom metal tərzinə çevirən Doom/Death metal`dır.Brutal/growling vokallar və death metal riflərinin istifadə olunduğu sürətli hissələr death/doom-un əsas xüsusiyyətlərindəndir.Disembowelment və Winter növü təmsil edən qruplardandır. === Epic doom === Bu alt növlərdən biri də Epic Doom dur.
Drom (departament)
Drom (fr. Drôme, oks. Droma) — Fransa cənub-şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 26. İnzibati mərkəzi — Valans. Əhalisi — 499.313 nəfər (departamentlər arasında 53-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi — 6530 km². Rona və Drom çayları departamentdən axır. Departamentə 3 rayon, 36 kanton və 369 kommun daxildir. == Drom departamentinin rayonları == Drom departamentinə 3 rayon daxildir: Valans (Valence) Di (Die) Nyon (Nyons) == Tarixi == Drom — 1790-cı ilin martında Böyük Fransız İnqilabı dövründə yaranan ilk 83 departamentdən biridir.
Jerom Deom
Jerom Deom (19 aprel 1999-cu ildə Belçikada anadan olub) — Belçika Pro Liqa təmsilçilərindən olan Standard Lyej FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçikalı futbolçudur. == Klub karyerası == === Standard Lyej === Deom Standard Lyej FK akademiyası vasitəsilə inkişaf etmişdir. Deom əsas komanda ilə debütünü 7 may 2016-cı ildə etmişdir. O, 68-ci dəqiqədə Vaasland-Beveren klubu ilə qarşılaşmada Martin Remakleni əvəz etmişdir. Həmin görüşdə Standard Lyej liqa görüşündə Beverenə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 31 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.
Dom-dom Əli (personaj)
Dom-dom Əli və ya Dom-dom — əsl adı Əli İrkan olan Rıfat İrqazın "Hababam sinfi" adlı romanında yaratdığı xəyali personaj. Roman əsasında çəkilmiş eyniadli film seriyasında Firudin Savlının canlandırdığı personajın türk əhali arasında populyarlıgı artmışdır. == Personaj xüsusiyyətləri == Hababam sinfinin kök, həm də nadinc tələbələrindən biridir. Tulum Hayri və Yıxılmaz Hadiylə birlikdə sinfin ən köklərindən hesab olunur. Güdük Nəcmi ilə durduq yerə dava edir. Daha çox Tulum Hayri və Avara İsmayıl ilə gəzir. Həmişə sinif nümayəndəsi olan üçün dərs ilinin əvvəlində Tulum Hayri ilə qol güləşi edir.
Heroonpol (nom)
Heroonpol (q.yun. Ἡρωοπολίτης νομός) və ya Ua-em-huu-ges-iabti (q.misir 𓈨; "şərqi harpun"), — Qədim Misirdə inzibati rayon (nom). Heroonpol Aşağı Misirdə yerləşirdi və regionda sayca səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Ua-em-huu-ges-iabti", "Ḥui-ges İabti", "Ḥui-ges Aabti" və "A-bt" daxildir. Tədqiqatda bu nom adətən "L08" adlandırılır.
Mahec (nom)
Mahec (q.misir mAḥḏ — "", yun. ὁ Ἀντινοοπολίτης νομός) — Yuxarı Misirin XVI nomu (əyaləti). Nomun mərkəzi (q.misir Mnˁt-ḫwfw) Menat Xufu şəhəri olmuşdur. Həmin ərazinin totemi Köpgəröküz sayılır. Əsas tanrısı Hordur. Yerli panteona Hor, Heket, Paxt, Hathor, Xnum, Anuket daxildir. == İstinadlar == Wolfgang Helck: Gaue. In: Wolfgang Helck (Hrsg.): Lexikon der Ägyptologie (LÄ).
Nexen (nom)
Nexen (q.misir nHn — "məbəd", yun. Latopolis) Yuxarı Misirin III nomu (əyaləti). Nomun mərkəzi yun. Ἱεράκων πόλις — Hierakonpolis (q.misir nḫn) şəhəri olmuşdur. Həmin ərazinin totemi çalağan ya şahin sayılır. Əsas tanrısı şahin başlı Hordur. Yerli panteona Horvə onun dörd oğlundan (Hapi, Amset, Kebexsenuf, Duamutef) başqa Xnum, Nexbet daxildir.
Nom. cons.
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. nom.
Nom (Alyaska)
Nom (ing. Nome) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Nom (Misir)
Nom (q.yun. νομός, translit. nomos; mənası – rayon) — Qədim Misirdə inzibati mahal. Hər bir nomun müəyyən sərhədi, siyasi və dini mərkəzi, ordusu, gerbi və himayəçi tanrıları var idi. Nomu nomarx idarə edirdi. Nomların sayı və ərazisi vaxtaşırı dəyişirdi. Misirdə mərkəzi hakimmiyyət zəifləyən zaman nomlar müstəqil siyasət yeridirdilər. Bagnall, Roger S., Egypt in Late Antiquity, Princeton: Princeton University Press, 1996. Bowman, Alan K., Egypt after the Pharaohs, Oxford: Oxford University Press, 1990.
Nom (Yunanıstan)
Yunanıstan rayonları və ya nomlar — Yunanıstanda inzibati ərazi vahidi. Yunanıstan 54 rayondan (nomos) ibarətdir: Attika 1. Afina 2. Şərqi Attika 3. Pire 4.
Uaset (nom)
Necefet-pehtet (q.misir wAst, yun. ὁ Διοσπολίτης νομός, lat. Nomos Diospolites) — Yuxarı Misirin IV nomu (əyaləti). Nomun mərkəzi və Yuxarı Misirin paytaxtı Teben şəhəri olmuşdur. Əsas tanrısıları Amon, Mut, Xonsudur.
Unut (nom)
Unut (q.misir wnt — "dovşan", yun. ὁ Ἑρμοπολίτης νομός) — Yuxarı Misirin XV nomu (əyaləti). Nomun mərkəzi yun. Ἑρμοῦ πόλις μεγάλη, (q.misir Ḫmnw) şəhəri olmuşdur. Həmin ərazinin totemi dovşan sayılır. Əsas tanrısı Unutdur. Yerli panteona Unut, Tot, Oqdoad, Hathor, Xnum, Seşat daxildir. Nomu əsasən Tot kahinləri idarə ediordilər.
İker (nom)
İker (q.misir iqr — "timsah", yun. Τεντύρα — Tentir) Yuxarı Misirin VI nomu (əyaləti). Nomun mərkəzi Tentir (q.misir İunet-ta-neçeret) şəhəri olmuşdur. Həmin ərazinin totemi inək sayılır. Əsas tanrısı inək buynuz və qulaqlı təsvirli Hathordur.
İnput (nom)
İnput (q.misir jnpwt — "çaqqal", yun. ὁ Κυνοπολίτης νομός) — Yuxarı Misirin XVII nomu (əyaləti). Nomun mərkəzi yun. κυνῶν πολις — "it şəhəri", (q.misir Hr-dj.) Kinopolis şəhəri olmuşdur. Həmin ərazinin totemi Qara çaqqal sayılır. Əsas tanrısı Anubisdur.
Dom Pérignon
Dom Pérignon — şampan markası. Marka şampan şərabının keyfiyyəti üçün mühüm öncüllərdən biri olan Benediktin keşişi Dom Perinonun adını daşıyır. == Tarix == Dom Perinyon (1638–1715) Ovillerdəki Benediktin abbatlığında keşiş və zirzəmi ustası idi. O, təxminən 1670-ci ildə bir sıra şərabçılıq üsullunun kəşfində öncülük etmişdir. Perinyon şərabları təzə və parlaq saxlamaq üçün yağda isladılmış ip ilə şüşələrə bərkidilən tıxacları (ağac əvəzinə) təqdim etdi və şüşələri gücləndirmək üçün daha qalın şüşələrdən istifadə etdi (o dövrdə partlamağa meyilli idi). Şampanda əsas istehsal tərzi kimi köpüklü şərabların inkişafı 19-cu əsrdə, Dom Perinyonun ölümündən bir əsrdən çox sonra tədricən baş verdi. Dom Pérignon markasına aid ilk istehsal prosesi 1921-ci ilə aid idi və məhsul yalnız 1936-cı ildə Nyu-Yorka üzən Normandie gəmisi ilə satışa buraxıldı. 1971-ci ildə İran şahı Fars İmperiyasının 2500 illik yubileyi üçün Dom Perignon Rosé (1959) adlı buraxılışdan bir neçə şüşə sifariş etdi. Bu sifarişdən bir şüşə şampan 2008-ci ildə hərrac vasitəsilə 24 758 avroya satıldı. Dom Perignon 1981-ci ildə Ledi Diana Spenser və Şahzadə Çarlzın toyu üçün seçildi.
DOM Teatrı
dOM Teatrı — Azərbaycanda ilk interaktiv teatrdır, 2016-cı ildə bu teatrın rəhbəri, rejissor, pedaqoq və prodüser Tərlan Rəsulov tərəfindən yaradılıb. Tam müstəqil yaradıcı strukturdur. == Tarixi == dOM adı bu teatrın əsas konsepsiyasını ifadə edən "with/out play" söz birləşməsində baş hərflərin (WOP) əks tərəfə çevrilməsindən yaranmışdır. Burda "play" sözü həm tamaşa, həm pyes, həm də oyun mənasını daşıyır. Bu birləşmədə olan söz oyunu pyes/tamaşa/oyunla, ondan kənar və onsuz anlayışlarını bildirir. dOM Teatrının dramaturq İsmayıl İmanın əsəri əsasında "Limbo" tamaşası (rejissor Tərlan Rəsulov) 2019-cu ildə, VII Türkdilli Teatrların Beynəlxalq "Tuğanlıq" festivalında "Yeni səhnə məkanı və tamaşaçı ilə kommunikasiya üsullarının mənimsənilməsi" nominasiyasında xüsusi mükafat qazanmışdır. Bu, "Tuğanlıq" festivalının proqramında ilk immersiv tamaşa nümayişi olmuşdur. BMT-nin Qaçqınların Məsələləri üzrə Agentliyinin (UNHCR) dəstəyi ilə "Limbo" immersiv tamaşası qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunmuşdur. Öz evlərini tərk edib müvəqqəti çadır düşərgələrində məskunlaşan insanlar ömürlərinin ən çətin və ağır məqamlarından birini yaşayırlar. Tamaşaçılar öz aralarında adi insanların əhvalatları nümayiş olunur: uşağını itirmiş qadın, əvvəlkihəyat barədə xatirələr, məişət münaqişələri və hətta bu xaos içində yaranan məhəbbət.
Araviya (nom)
Araviya (q.yun. Ἀραβίας νομός) və ya Sepdu (q.misir 𓈵; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca iyirminci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Sepcu", "Sepecu", "Sept" və "Sopdu" daxildir. Tədqiqatda bu nom adətən "L20" adlandırılır.
Atribis (nom)
Atribis (q.yun. Ἀθριβίτης νομός), Kem-ur(q.misir 𓈪) və ya Ka-kem (q.misir ; "qara öküz") — Qədim Misirdə inzibati rayon (nom). Atribis Aşağı Misirdə yerləşirdi və regionda sayca onuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Kem-ur", "Ka-xem", "Ka-kam" və "Ka-kem" daxildir. Tədqiqatda bu nom adətən "L10" adlandırılır.
Bubastis (nom)
Bubastis (q.yun. Βουβαστίτης νομός) və ya İmet-xenti (q.misir 𓈳; "cənub şahzadəsi"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca on səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "İmti-xenti", "İm-xent", "Amti-xenti" və "Am-xent" daxildir. Tədqiqatda bu nom adətən "L18" adlandırılır.
Busiris (nom)
Busiris (q.yun. Βουσιρίτης νομός) və ya Anceti (q.misir 𓈩; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Busiris Aşağı Misirdə yerləşirdi və regionda sayca doqquzuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Anceti", "Aneceti", "Anetzi" və "Ati" daxildir. Tədqiqatda bu nom adətən "L09" adlandırılır.
Averm
Averm (fr. Avermes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mylen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03013. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3814 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2561 nəfər (15–64 yaş) arasında 1877 nəfər iqtisadi fəal, 684 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 73,5%) idi. Fəal 1877 nəfərdən 1735 nəfər (858 kişi və 877 qadın), 142 nəfər işsiz (70 kişi və 72 qadın) idi. 684 hərəkətsiz 205 nəfər arasında şagird və ya tələbə, 356 nəfər təqaüdçü, 123 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Avers
Avers (alm. Vorderseite‎, it. dritto, fr. avers, lat. adversus — "üzü tərəfə çevrilmiş") — sikkə və medalların üz və əsas tərəfi. Avers reversin əks tərəfidir. Termin qədim dövrlərdən əmələ gəlib. Əvvəlcə bu söz sikkənin alt ştempel vasitəsilə zərb olunan tərəfi mənasını verirdi (lat. adversus — "üzü tərəfə çevrilmiş"). Sikkə işinin xüsusiyyətlərini nəzərə alaraq, bu hissədə "daha vacib" təsvirlər yerləşdirilirdi, üst ştempeldə isə "daha az vacib" olanlar.
Overn
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/, fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
Viver
Siqurni Uiver (/sɪˈɡɔːrni/, ing. Sigourney Weaver; 8 oktyabr 1949[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktrisası və prodüser. Elmi fantastika və populyar mədəniyyət xadimi. O, 3 Akademiya Mükafatı, 4 Praymtaym Emmi Mükafatı və Toni Mükafatı nominasiyalarından əlavə, Britaniya Akademiyası Film Mükafatı, iki Qızıl Qlobus Mükafatı və Qremmi Mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Kanal 4-ün bütün zamanların ən böyük 100 kino ulduzunun geri sayımında o, Top 20-də yalnız iki qadından biri olaraq 20-ci seçildi.