Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakinskiye qubernskiye vedomosti
"Bakinskiye qubernskiye vedomosti" — Bakıda rus dilində çap olunmuş rəsmi dövlət qəzeti. == Haqqında məlumat == 1894-cü ilin yanvarından "Bakinskiy qubernskiy vedomosti" adlı yeni bir qəzet fəaliyyətə başladı. Qəzet teleqram və elanları оlan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində çap olunurdu. Qəzet 1916-cı ilə qədər çıxmışdır. Bu qəzetdə rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu. == Həmçinin bax == Bakinski listok (qəzet) Bakinskiye izvestiya (qəzet) == Ədəbiyyat == "Russkaya periodiçeskaya peçat", Moskva, 1959, səh.731. == Mənbə == N.N.Zeynalov. "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı "ADU", 1973 Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı).
Moskovskiye Vedomosti (qəzet)
Moskovskiye Vedomosti — Ən qədim rus qəzetlərindən biridir. Moskva Universiteti tərəfindən 1756-cı ildən (ilk vaxtlarda kiçik vərəqə şəklində) nəşr edilmişdir. 1863-1887-ci illərdə "Moskovski Vedomosti"nin redaktor-naşiri ifrat irticaçı və şovinist M.N. Katkov idi. Bu illərdə qəzet mülkədarların və ruhanilərin ən mürtəce təbəqələrinin baxışlarını yayan monarxist-millətçi orqana çevrilmişdi. "Moskovskiye Vedomosti" 1905-ci ildən qara güruhçuların əsas orqanlarından biri oldu. Böyük Oktyabr sosialist inqilabınadək çıxmaqda idi. == Mənbə == V.İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 156.
Russkiye Vedomosti (qəzet)
Russkiye Vedomosti — Qəzet. 1863-cü ildən Moskvada çıxırdı, mötədil-liberal ziyalıların baxışlarını ifadə edirdi. 1880-1890-cı illərdə qəzetdə demokratik cəbhənin yazıçıları (V.Q.Korolenko, M.Y.Saltıkov-Şedrin, Q.İ.Uspenski və başqaları) iştirak edirdilər, liberal xalqçıların əsərləri çap olunurdu. 1905-ci ildən qəzet kadetlər partiyasının sağ cinahının orqanı idi. 1918-ci ildə "Russkiye Vedomosti" digər əksinqilabçı qəzetlərlə birlikdə bağlandı. == Mənbə == V.İ.Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 146.
Tiflisskiye vedomosti (qəzet)
"Tiflisskiye vedomosti" (qəzet) — Qafqazda rus dilində çıxan ilk qəzet. == Qəzet haqqında məlumat == Şimali Azərbaycanın Rusiyanın tərkibində olması nəticəsində çar hakimiyyəti öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün təbliğat vasitəsinə ehtiyac duydu və Tiflisdə rus dilində ilk mətbu orqan olan "Tiflisskiye vedomosti" qəzetini 1828-ci ildə nəşr etdi."Tiflisskiye vedomosti" qəzetinin bəzi məqalələri mərkəzi qəzetlərdə yenidən dərc edilirdi. Bu qəzetdə dekabristlərin iştirakı, qəzetin redaktor müavini V. D. Suxorukovun 14 dekabr hadisələri ilə sıx əlaqədar olması və s. haqqında məlumatlar vardır. Eyni zamanda Marlinskinin "Qırmızı örtük" (1831, N 6, 7), "Vaxtı ilə dağlılara əsir düşmüş zabitin hekayəsi", (1831, N 9, 17), şair V. Qriqoryevin oçerkləri, P. Sankovskinin, Q. Qordeyevin şeirləri və s. əsərlər dərc edilmişdir. == Qəzetdə Azərbaycanla əlaqəli məqalələr == Həmçinin mətbu orqanın səhifələrində Azərbaycanla əlaqəli materiallar dərc olunub. Qəzetdə Azərbaycan xalqının əsrlər boyu yaratdığı folklor nümunələri, yazılı ədəbiyyatı barəsində də qeydlər var. "Abbasabad mühasirəsinin təsviri" (1829, N 27, 30), "Müasir tarix. Azərbaycan vilayətinin hərbi vəziyyəti haqqında" (1829, N 38, 43), "Moskvalı dostuma məktub" (1830, N 25, 53 və b.), "Qarabağ əyalətinə tarixi baxış" (1836, N 86), "Car və Balakən vilayətlərinə səyahət" (1830, N 81–83) və s.