"Bakinskiye qubernskiye vedomosti" (rus. Бакинские Губернские ведомости) — Bakıda rus dilində çap olunmuş rəsmi dövlət qəzeti.
"Bakinskiye qubernskiye vedomosti" | |
---|---|
Növ | rəsmi dövlət qəzeti |
Yaranma tarixi | yanvar 1894 |
Dil | rus dili |
Nəşrini dayandırıb | 1916 |
Ünvan | Bakı |
Ölkə |
1894-cü ilin yanvarından "Bakinskiy qubernskiy vedomosti" adlı yeni bir qəzet fəaliyyətə başladı. Qəzet teleqram və elanları olan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində çap olunurdu. Qəzet 1916-cı ilə qədər çıxmışdır. Bu qəzetdə rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu.[1][2]