Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Verxniy Taqil
Verxniy Taqil (rus. Ве́рхний Таги́л) — Rusiya Federasiyasının Sverdlovsk vilayətində şəhər.
Verxniy Ufaley
Verxniy Ufaley — Rusiya Federasiyasında yerləşən şəhər, Çelyabinsk vilayətinə daxildir.
Vesennıy adası
Vesennıy adası — Şimal Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Starokadomski adasından 1,5 km aralıda yerləşir. Sahillərini Laptevlər dənizinin suları yuyur. Mayski adaları qrupuna daxildir. Uzunsov formaya malik olub uzunluğu 800 metr, eni isə 360 metrdir. Üzəri hamardır. Qərb hissəsi qumla örtülüdür.
Vernio (Fransa)
Vernio (fr. Vernioz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38536. Kommunanın 2007-cı il üçün əhalisi 1097 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 408 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənubda, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Vərni xalçası
Vərni — mifik dünya, əfsanələr aləmini xatırladan, xovsuz xalçalar növünə aid xalçalar[mənbə göstərin]. Xovsuz xalçalar növünə aid olan Vərni xalçalarının istehsalının əsas mərkəzləri Ağcabədi, Bərdə (Ləmbəran) və Cəbrayıldır[mənbə göstərin]. Vərni Qarabağ, Naxçıvan, İrəvan və Qazax-Borçalı bölgələrində geniş yayılmışdır. Bəzən Muğanda toxunmuş vərnilərə də rast gəlmək mümkündür. Mürəkkəb sarıma üsulu ilə toxunduğuna görə "Vərni" xalçalarının üzərində mürəkkəb naxışlar qoymaq mümkün olurdu. Orta əsrlərdə ornamental naxışlarla zərif hazırlanmış yüksək keyfiyyətli parçalar "perni" və ya "berni" adlandırılırdı. O zamanlar şahlar bayram günlərində və xüsusi təntənəli günlərdə bu parçalardan libas geyinərdilər. Hesab olunurdu ki, bu libası onlara cənnətdən Cəbrayıl adlı mələk gətirmişdir və buna görə də onunla ehtiyatla davranırdılar. Fərz etmək olar ki, sonrakı dövrlərdə ornamental naxışlı, zərif toxunuşlu "Vərni" xalçaları məhz həmin "perni" və ya "berni" adlanan parçalardan toxunmuşdur və adı da bununla bağlıdır. "Verni" xalçaları xalçaçılar tərəfindən "As-tan" adlandırılan 2 hissədən hazırlanır.
Leons Verni
Fransua Leons Verni (fr. François Léonce Verny; 2 dekabr 1837[…], Obena[d] – 2 may 1908[…], Obena[d]) – Fransa leytenantı və dəniz mühəndisi. O, Yaponiyanın müasirləşməsi prosesində vacib rol oynamış, Yaponiyada Yokosuka dəniz arsenalı və digər infrastruktur layihələrinə rəhbərlik etmişdir. == İlk illəri == Leons Verni 2 dekabr 1837-ci ildə Fransanın Ardeş departamentində yerləşən Obena şəhərində doğulmuşdur. 1856–1858-ci illərdə Fransa Politexnik Məktəbində, 1858–1860-cı illərdə Fransa Dəniz Mühəndisliyi Tətbiqi Məktəbində oxumuşdur. 1860-cı ildə məzun olduqdan sonra Brestdə yerləşən dəniz arsenalında işləməyə başlamışdır. == Karyerası == === Çin === Verni 1863–1865-ci illərdə Ninbo və Şanxayda gəmiqayırma layihələrində işləmişdir. Fransa hökumətinin göstərişi ilə Ninboda 18 ay ərzində 4 gəmi tikmək tapşırığı ilə vəzifləndirilmişdi. === Yaponiya === Leons Verni 1865-ci ildə Yaponiyada hökumət tərsanəsinin tikilməsi üçün Tokuqava hökuməti tərəfindən ölkəyə dəvət olunmuşdur. Belə ki, şoqunluğun siyasətçisi Oguri Kozukenosuke Tadamasa Yaponiyanın müstəqil gəmiqayıranlara ehtiyacı olduğunu düşünürdü.
Vernöy-an-Burbonne
Vernöy-an-Burbonne (fr. Verneuil-en-Bourbonnais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03307. 2008-ci ildə əhalinin sayı 245 nəfər təşkil edirdi. İqtisadiyyatın əsası şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 145 nəfərdən (15-64 yaş) 114 nəfəri iqtisadi cəhətdən fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.6%, 1999-cu ildə 65.2%). Fəal olan 114 nəfərdən 108 nəfəri (64 kişi və 44 qadın), 6 nəfəri işsizdir (3 kişi və 3 qadın).
Vernı zəlzələsi (1887)
Vernı zəlzələsi — 1887-ci il mayın 28-də Vernıda baş verən zəlzələ. 1887-ci il mayın 28-də Qazaxıstanın Vernı (1921-ci ildən Alma-Ata, indiki Almatı) şəhərində güclü zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində Alma-Ata şəhərində 3 000-ə qədər bina uçmuşdur. Dağıntılar Frunze və Prjevalsk şəhərləri arasında olmuşdur. Bu zəlzələ 1 milyon km2 sahədə hiss edilmişdir. 1911-ci ildə bu rayonda yenə güclü zəlzələ baş vermişdir.