Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Velenye
Velenye — Sloveniyanın Savinjska reqionunda yerləşən şəhər. Lyublyanadan 80 km aralıdır, əhalisi 26,7 min nəfərdir ,kömür şaxtalarının hesabına inkişaf etməyə başlayıb. Son zamanlar burada məişət texnikası istehsal edən iri müəssisə inşa edilib. Rəsm qalereyası vardır. Rudar adlı futbol klubu fəaliyət göstəriri.
Velençe gölü
Velençe gölü (ing. Lake Velence, mac. Velencei-tó) — Macarıstanda üçüncü ən böyük göl. Macarıstanın ən məşhur turistik məkanlarından biridir. Gölün ümumi sahəsi km²-dir və ərazinin üçdə biri qamışlıqla örtülmüşdür. Günəşli iqliminə görüə Avropanın ən isti göllərindən biridir: yayda onun temperaturu 26-28 °C-ə çatır. Velençe gölü Feyer əyalətində yerləşir.
Rudar Velenye FK
Rudar (Velenye) — Sloveniyanın futbol klubu 1 dəfə Avropa kuboklarında iştirak edib.
Helenit
Helenit — mineral. == Haqqında == Helenit — melilit qrupundan, Ca2Al[(Si,Al)2O7]. Ferrihelenitlə Ca2Fe3+[AlSiO7] tam qarışması mümkündür. Diorit, qabbrolarla kontaktda qatışıqları olan əhəngdaşları hesabına əmələ gəlir. Vezuvian, qrossulyar, larnit, sperritlə assosiasiyadır. Ca-la zəngin olan əsasi qələvi süxurlarda tapılır. Növ müxtəlifliyi: ferrihelenit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pələngə
Pələngə (fars. پلنگه‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 213 nəfər yaşayır (67 ailə).
Velebit
Velebit — Xorvatiyada yerləşən dağ massivi. Dağın ən hündür zirvəsi Vaqansidir. Hündürlüyü 1757 m-dir. Silsilə cənub-şərq istiqamətində gedərək Adriatik dənizinə doğru uzanır. Dağ silsiləsi dənizə doğru altında sualtı qayalıq əmələ gətirir. Bəzi zirvələri isə 1600 m-dən yüksəkdir. Velebit Sen şəhəri yaxınlığında başlayır. Bu silsilə Knin şəhəri yaxınlığında isə artır bitir. Velebit 4 hissədən ibarətdir: Şimali Velebit — Vratnik və Böyük Alan arasında yerləşir. Vratnik magistral yolundan Sen şəhərinə doöru itir.
Velenus
Velenus ( lat. Balerus, Belenus) — I Şapurun hakimiyyəti dövründə kadusilərin hökmdarı. Roma imperatoru I Valerian Edessa döyüşündə xəyanət etdiyinə görə Sasanilərə əsir düşdükdən sonra kadusilərin hökmdarı Velenus sasani şahı I Şapura yazdığı məktubunda şaha müraciət etdi: “Sizə göndərdiyim köməkçilərim sağ-salamat geri qaytarıldı və onları böyük məmnuniyyətlə qəbul etdim. Ancaq Valerianı əsir götürmənizə sizi çox da təbrik etmirəm; onu qaytarsaydız daha çox təbrik edərdim. Romalılar məğlub olanda daha güclü olurlar. Onunla ehtiyatlı davranın və artıq çoxlarını aldatmış xoşbəxtliyin sizi alovlandırmasına imkan verməyin. Valerianın həm imperator oğlu, həm də Sezar adlı nəvəsi var. Bəs tamamilə sizə qarşı qalxan bütün Roma dünyasına nə demək olar? Beləliklə, Valerianı qaytarın və romalılarla barışın, bu da bizim üçün faydalı olacaq".
Vələmir
Vələmir — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Vərəndə
Vərəndəçay — Azərbaycanda çay. Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.
Velədi
Velədi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Velədi kənd məscidi dini icması fəaliyyət göstərir.
Velen
Velen (alm. Velen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 70.52 km2, əhalisi 13014 nəfərdir (2006).
Ageratina helenae
Ageratina helenae (lat. Ageratina helenae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aloe helenae
Aloe helenae (lat. Aloe helenae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Fiqaro evlənir
Fiqaro evlənir (KV 527, it. Le nozze di Figaro ossia la folle giornata) — Mosartın fr. Pierre Augustin Caron de Beaumarchaisin pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu dörd pərdəli opera. Operanın ilk premyerası 1 may 1786-cı ildə Vyanada Burqteatrın səhnəsində oynanılır. == Yazılma tarixi == Mosart operanı 1785-ci ilin dekabrında Vyanadakı Domqasse mənzilində bəstələməyə başlamış, 5 ay ərzində bitirmişdir. Operanın süjeti Bomarşın pyesindən götürülmüşdür. Həmin dövrdə aristokratiynı lağa qoyan, Fransa inqilabı ilə əlaqəli bu əsər Vyanada qadağan edilmişdir. Mosartdan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları da bu mövzuda opera yazmışdılar. Bu mövzuya Mosartdan 30 il sonra demək olar ki, sonuncu və daha uğurlu Coakkino Rossini müraciət edərək "Sevilya bərbəri" operasını yazmışdır. == Orkestrin tərkibi == Partitura: 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot 2 valdhorn, 2 trompet Timpani (davul) Simli alətlər: Basso kontinuo: klavesin və violonçel == Personajlar == == I Pərdə == Qraf qəsrin bir dairəsi.
Jurinea helenae
Jurinea helenae (lat. Jurinea helenae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Migel Valente
Migel Valente (16 iyul 1993) — Braziliyalı üzgüçü. Migel Valente Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Migel Valente birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:22.57 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Paphiopedilum helenae
Paphiopedilum helenae (lat. Paphiopedilum helenae) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. Paphiopedilum helenae f.
Pentacalia velezii
Pentacalia velezii (lat. Pentacalia velezii) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Selenqe vilayəti
Selenqe vilayəti (monqolca: Сэлэнгэ аймаг) — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 17 rayonu (sumu) birləşdirən Selenqe vilayətinin ərazisi 41 152 Km2-dır. 1934-cü ildə yaradılan Selenqe vilayətinin ərazisi 41 152 Km2-dır. Selenqe vilayətinə 17 rayon (sum) daxilidir. 2017-ci ilə olan məlumatlara əsasən Selenqe vilayətinin əhalisi 108 768 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Valerie Amos
Valerie Amos, Baroness Amos (13 mart 1954[…], Corctaun) — Amos itlere yemek veren adamsir B,T de isleyir ve arax ici .
Velebit mağaraları
Velebit mağaraları (ing. Velebit caves) — Xorvatiyanın Velebit dağ massivində yerləşən bir neçə dərin mağaralar sistemi. Lukina yama — Xorvatiyanın ən dərin mağarası. Dərinliyi 1431 metr olan bu mağara dünyada dərinliyinə görə 16-cı yerdədir. Cənub-Şərqi Avropanın ən dərin mağarası. Mağaranın dibində, göl və kiçik çaylarda ən böyük zəlilər koloniyası mövcuddur (Erpobdella mestrovi). Bu ehtimal olunur ki, yeni növ, cins və aiiləyə aid olunur. Mağarada aşkar olunan digər canlılara quru ilbizlərini misal göstərmək olar (Zospeum tholussum). Ümumən Xorvatiyanın Velbit mağaralar şəbəkəsində yetərincə maraqlı və qəribə zəlilərə rast gəlinir. Onlar daha çox ən dərin su hövzələrdə məskunlaşıblar.
Vələmir quşları
Vələmir quşları (lat. Emberizidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Xırda quşlardır. Dimdiyi konusvarı, bəzilərində küt və qabarıqdır. Dimdiyinin forması bu fəsilə üçün səciyyəvidir. Böyürlərdən basıq, kənarları dimdiküstü və dimdikaltı içəri batmışdır. Dimdiküstünün aşağı tərəfi dimdikaltının üst kənarına tamamilə deymir. Belə ki, o bucaq altina əyilmişdir. Uzunsov burun deşiklərində ensiz zarlı qapaq vardır. Şərq yarımkürəsindəki quşların quyruğunun ucunda çuxur vardır.
Crataegus helenae
Yalançı yemişan (lat. Crataegus ambigua) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == İran, Türkiyə və Gürcüstanda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 10-12 m, gövdəsinin diametri 20 sm, yarpağı tökülən ağacdır. Oduncağı ağır, bərk, cod və möhkəmdir. Budaqları bozdur, cavan budaqları çılpaq olub, tünd qırmızıdır, üzərində 1, 5 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları parlaq, açıq yaşıl rəngdədir, cavan yarpaqları azca tüklü, yaşlı yarpaqları isə çılpaqdır. Çiçəkləyən budaqların alt yarpaqları pazşəkilli, qısa saplaqlı, üç bölümlü, kənarları dişli, yuxarı hissəsi enli yumurtavari, uzunluğu 5-8 sm-dir. Çiçəkləməyən budaqların yarpaqları daha iri, əsas hissəsindən geniş pazşəkilli olub, 5-7 bölümlüdür. Çiçək qrupu 7-13 mm uzunluğunda, çiçək sapalğının üzərində yerləşir, çılpaqdır, diametri 8 sm-dir.
Rosa helenae
Rosa helenae (lat. Rosa helenae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Qafqazda və Avropada yayılmışdır. Hündürlüyü 1,5-2 m olan kollardır. Qopartikanları bir formada, iri, əyilmiş, bəzi hallarda düz, qaidə hissəsi çox enliləşmişdir, yarpaqları yumşaq tüklüdür, 5-7 ədəd yumurtavarı və ya ellipsşəkilli, az iylidir. Vəzicikli və yumşaq tüklə örtülü, mişardişli yarpaqcıqlardan ibarətdir. Yarpaqaltığı 8-12 mm uzunluğunda, 5-6 mm enində olub, qısa, nazik sivri qulaqcıqlara malikdir. Bunlar üstdən çılpaq və hamar, altdan kənarı boyu vəzili və sıx tüklərlə örtülüdür. İyun və iyul aylarında çiçək açır. Çiçəkləri tək və ya 2-3 olmaqla yerləşmişdir, uzunsaplaqlıdır.
Valenze gölü
Valenze gölü — İsveçrədə Alp dağlarının şimal-şərq ətəklərində yerləşən göl. Ölkənin ən böyük göllərindən biridir. Gölün su səthi dəniz səviyyəsindən 419 m hündürlükdə yerləşir, səthi 24,1 km², suyunun həcmi 2,49 km³, maksimal dərinliyi isə 150 ​​m.-dir. Valenze İsveçrənin şərqində, Vallenştadt şəhəri yaxınlığında, Sankt-Qallen və Qlarus kantonların ərazisindən qərbdən şərqə doğru axir. Uzunsov bir formaya malikdir. Gölə axan 3 əsas çay Siz, Murgbah və Lintd çaylarıdır. Sonuncu Valenzedən Sürix gölünə qədər davam edir. Gölün şərq ucunda yerləşən Şnitlauhinsel adası Valenzdəki yeganə adadır. Kurfirsten silsiləsi şimal tərəfdə göl səviyyəsindən dəniz səviyyəsinə qədər 419 m hündürlükdən 2306 m yüksəkliyə dik qalxır. Cənubda göl zirvəsi dəniz səviyyəsindən 2441 m yüksəklikdə olan Mürtşenstok massivindən yuxarı qalxır.