Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Verifikasiya
Verifikasiya (lat. verum "həqiqi" + facere "olmaq") insan fəaliyyətinin müxtəlif sahələrində aşağıdakıları ifadə edə bilər: obyektiv sübutların təqdim edilməsi yolu ilə müəyyən edilmiş tələblərin yerinə yetirildiyinin təsdiqi; məhsulun, xidmətin və ya sistemin normalara, tələblərə, spesifikasiyalara və ya müəyyən edilmiş şərtlərə uyğunluğunun qiymətləndirilməsi ; hər hansı nəzəri müddəaları, alqoritmləri, proqramları və prosedurları eksperimental (etalon və ya empirik) məlumatlarla, alqoritmlərlə və proqramlarla müqayisə etməklə yoxlama, təsdiq, sübut etmək üsulu; həqiqətə uyğunluğun tanınması texnikası; elmdə təcrübədən istifadə edərək nəzəri mövqelərin reallığa uyğunluğunu yoxlamaq . Sübuta yetirmə mənasında obyektlərin / hadisələrin izahatlarının (modellərinin) yoxlanılması reallıq tərəfindən təsdiqlənmə dərəcəsindən asılı olaraq (empirik, faktlar) bir sıra anlayışları formalaşdırır: Hipoteza — onu təsdiq edən bir sıra müşahidələrə və ya mühakimələrə, konsepsiyalara, postulatlara (elmdə) əsaslanan sübuta yetirilməmiş müddəadır. Konsepsiya — onun həqiqətini təsdiq edən faktları olan və ya olmayan modeldir. Nəzəriyyə — maksimum sübut təqdim edən izahatdır.
Verifikasiya prinsipi
Verifikasiya prinsipi, biliyi təcrübə, müşahidə və eksperimentin verdiyi məlumatlarla tutuşdurmaq yolu ilə yoxlamaq.