Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vermaxt
Vermaxt (alm. Wehrmacht‎, Wehr - silah, müdafiə, Macht - güc, qüvvə; tərc. Müdafiə qüvvələri) — 1935–1945-ci illərdə nasist Almaniyasının silahlı qüvvələrinə rəsmi olaraq verilən ad. Versal sülh müqaviləsinin şərtlərinə zidd olan Almaniya silahlı qüvvələrinin yaradılması haqqında (alm. Gesetz über den Aufbau der Wehrmacht‎) 1935-ci il 16 mart tarixli qanuna əsasən yaradılmışdır. Vermaxt üç tərkib hissəyə bölünürdü - Quru Qoşunları (das Heer), Hərbi Dəniz Donanması (die Kriegsmarine) və Hərbi Hava Qüvvələri (die Luftwaffe). Bu qoşun növləri üzərində idarəetməni həyata keçirmək üçün müvafiq baş komandanlıqlar yaradılmışdı: Silahlı Qüvvələrin Baş komandanlığı (alm. Oberkommando der Wehrmacht, OKW); Quru Qoşunlarının Baş komandanlığı (alm. Oberkommando des Нееrеs, OKH); Hərbi Dəniz Donanmasının Baş komandanlığı (alm. Oberkommando der Marine, OKM); Hərbi Hava Qüvvələrinin Baş komandanlığı (alm.
Heer (Vermaxt)
Nasist Almaniyası Quru Qoşunları (alm. Heer‎; azərb. Ordu‎) ― Almaniya Silahlı Qüvvələrinin (Vermaxt) yenidən yaradılması qanunu ilə 1935-ci ilin may ayında qurulan Nasist Almaniyasının quru qoşunları və əsas qüvvəsidir. Əvvəlcə 21 diviziyadan ibarət olmasına baxmayaraq, 1935–1945-ci illər arasında yüzlərlə diviziya böyüklüyünə çatdı. İkinci Dünya müharibəsi dövründə ümumi olaraq təxminən 13 milyon əsgər xidmət edirdi. İkinci dünya müharibəsinin sonunda 1945-ci ilin mayında müttəfiqlərə təslim oldu və 1946-cı ildə rəsmi olaraq ləğv edildi. Adolf Hitlerin silahlanma proqramını açıq elan etməsindən yalnız 17 ay sonra Heer böyüklüyünü qarşısına məqsəd qoyduğu 36 diviziyaya çatdırdı. 1937-ci ilin payızında daha iki korpus yaradıldı. 1938-ci ilin martında Anşlusdan sonra Avstriya ordusunun beş bölməsinin də daxil olması ilə daha dörd korpus yaradıldı. Adolf Hitlerin böyümə dövründə Alman Ordusu Birinci Dünya müharibəsi illərində olduğu kimi Quru (Heer) və Hava (Lüftvaffe) silahlı qüvvələri ilə birləşərək Vermaxt adlandırıldı.
Vermaxt Ali Komandanlığı
Silahlı Qüvvələrin Baş Komandanlığı (alm. Oberkommando der Wehrmacht‎ Qısaca: alm. OKW‎) Vermaxtın 1938–1945-ci illər arasında baş komandanlığıdır. Adolf Hitler, Müdafiə Naziri Werner von Blombergi vəzifəsindən azad etdikdən sonra, 4 fevral 1938-ci ildə Üç Orduya şəxsən rəhbərlik edəcəyini bəyan etdi. Bunun üçün Hitler, Müdafiə Naziri təyin etmədən mövcud olan Wehrmachtamtın adını Oberkommando der Wehrmacht (OKW) olaraq dəyişdirdi və Vilhelm Keyteli onun rəhbəri təyin etdi. Faşistlərin sovet əsirlərinə qarşı törətmiş olduğu cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando der Wehrmachtın əmri ilə baş vermişdir.
Quru Qoşunlarının Ali Komandanlığı (Vermaxt)
Oberkommando des Heeres (qısaca: OKH, Quru Qoşunlarının Baş Qərargahı) — 1935–1945-ci illər arasında Nasizm dövründə Heer (Quru Qoşunları) qərargahına verilən addır. Veymar Respublikası dövründən Almaniyanın silahlı qüvvələrinin adı olan Reichswehr, Adolf Hitlerin 16 mart 1935-ci ildə Versal sülh müqaviləsinin Almaniya Silahlı Qüvvələrini məhdudlaşdıran maddələrini ləğv edərək yenidən silahlandırma haqqında qanun verməsindən sonra Wehrmacht olaraq dəyişdirildi. Wehrmachtın quru qüvvələri qolu olan Reichsheer də Heer adlandırıldı və OKH Heerin baş qərargahı olaraq yaradıldı. Faşistlərin sovet əsirlərinə qarşı etdiyi cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando des Heeresin əmri ilə baş vermişdir.
Vermont
Vermont — ABŞ ştatı. Mərkəzi Monpelye şəhəridir. 1777-ci ildə Britaniyadan müstəqillik əldə etmiş və Vermont Respublikası qurulmuşdur. 1791-ci ildə isə 14-cü ştat olaraq ABŞa birləşmişdir.
Vərdah
Vərdah — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Vərdah kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Baxışlı kənd Sovetinin tərkibinə verilmişdir.
Vermont Respublikası
Vermont Respublikası (ing. Vermont Republic) — Tarixşünasların 1777–1791-ci illərdə mövcud olan Vermont hökumətinə verdiyi ad. Şimali Amerika tarixində ilk dəfə rəsmi yazılı konstutsiya məhz 1777-ci ilin 8 iyulunda Vermontda qəbul edilir. Konstutsiyaya görə ilk dəfə dünyada kişilərə seçki hüququnun verilməsi, quldarlığın qadağan edilməsi, və dövlət məktəblərinin dövlət hesabına təmin edilməsini nəzərdə tuturdu. Respublika ərazisində quldarlıq 1777–1791 ci illərdə qadağan edilsədə, ştata çevruldikdən sonra yenidən tətbiq edilir və yalnız 1858-ci ildə qadağa tətbiq olunur. Öz valutasını buraxması, dövlət atributları olması və idarə etmə orqanlarının fəaliyyətinə baxmayaraq, onun müstəqil dövlət olması ilə bağlı bir sənəd yoxdur. 2003-cü ildə Vermont ştatı ərazisinə İkinci Vermont Respublikası hərəkatı başlamışdır. Hədəf isə Vermontun yenidən müstəqil olmasıdır. == Dövlət başçıları == Dövlət rəhbəri Texas Respublikası və Kaliforniya Respublikası kimi ölkələrdən fərqli olaraq Vermontda Prezident deyil Qubernator adlanırdı. Qubernatorlardan Tomas Cittender 1778–1789 və 1790–1791 illərdə, Mozes Robinson isə 1789–1790 ci illərdə ölkəni idarə etmişdir.
Vermont Universiteti
Vermont Universiteti (ing. The University of Vermont and State Agricultural College) — Berlinqton şəhərində yerləşən ictimai araşdırma universitetidir. Vermont ştatındakı ən böyük və ən qədim universitetdir. 1791-ci ildə özəl bir təhsil müəssisəsi kimi təsis edilmişdir. Hal-hazırda, universitet — 2008-ci ildə 1185 nəfərin çalışdığı, Birləşmiş Ştatların hər yerindən və digər 30 ölkədən 10504 tələbənin təhsil aldığı 1.83 km² ərazidə yerləşən bir neçə kollecdən ibarətdir.. İldə təxminən 1600 məzun buraxır, bunlardan 400-ə yaxını tibb ixtisaslıdır. Universitetdə müxtəlif idman növləri üzrə təxminən 20 idman komandası var. Əsas rənglər sarı və yaşıl, ləqəbi vəhşi pişiklərdir. == Tarixi == Vermont Universiteti 1791-ci ildə özəl bir təhsil müəssisəsi kimi təsis edilmişdir. 1865-ci ildə universitet Vermont Kənd Təsərrüfatı Kolleci ilə birləşdi.