SALIX

(Borçalı, Gədəbəy, Gəncə, Xanlar, Qazax, Şəmkir, Tərtər)
1. xəbər
2. soraq
◊ Salığını almax (Gəncə) – 1. xəbərini almaq; 2. sorağını almaq. – Salığını almışam, gedif alajam. Salıx vermax (Meğri) – tanışlıq vermək. – Salıx verdim ki, man Nüyədi adamıyam. Salıx verməx’ (Borçalı, Gədəbəy, Xanlar, Qazax, Şəmkir, Tərtər) – 1. xəbər vermək; 2. soraq vermək. – Uşaxdan bir salıx verən yoxdu (Qazax); – Bir ildi ki, yavının itməsini salıx vermişəm, yenə bir şey çıxmır (Xanlar); 3. nişan vermək (Borçalı, Şəmkir). – Bir adam gəlmişdi, Məmmədin öyünü soruşdu, mən də salıx verdim getdi (Şəmkir); – Salıx verən olsa, gedif taparam (Borçalı)
SALIC
SALIXLAMAX

Значение слова в других словарях