Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Verxniy Taqil
Verxniy Taqil (rus. Ве́рхний Таги́л) — Rusiya Federasiyasının Sverdlovsk vilayətində şəhər.
Verxniy Ufaley
Verxniy Ufaley — Rusiya Federasiyasında yerləşən şəhər, Çelyabinsk vilayətinə daxildir.
Vernio (Fransa)
Vernio (fr. Vernioz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38536. Kommunanın 2007-cı il üçün əhalisi 1097 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 408 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənubda, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Voroniy Kust adası
Voroniy Kust adası- Kuybıçev su anbarında kiçik bir ada. Tatarıstan Respublikasının Kazan şəhərinin Vaxitovsk rayonuna daxildir. Həmçinin Markiz adasının qarşısında yerləşir. Ada bütünlüklə meşə ilə örtülmüşdür. Çox hissəsi isə bataqlıqlaşmışdır. Kommunikasiya şəbəkəri ölkədə qalmaqdadır. Belə ki, 2012-ci ilə qədər su anbarı doldurulana qədər ərazi qum ilə örtülü olmuşdur. Həmçinin ada quru ilə əlaqəyə malik idi. == Tarixi == XX əsrin əvvəllərində şəhərin mərkəzinə uğursuz naviqasiya kanalının çəkilməsi üçün dəmir yolu və şose yolu çəkilmişdir.
Vərni xalçası
Vərni — mifik dünya, əfsanələr aləmini xatırladan, xovsuz xalçalar növünə aid xalçalar[mənbə göstərin]. == Ümumi məlumat == Xovsuz xalçalar növünə aid olan Vərni xalçalarının istehsalının əsas mərkəzləri Ağcabədi, Bərdə (Ləmbəran) və Cəbrayıldır[mənbə göstərin]. Vərni Qarabağ, Naxçıvan, İrəvan və Qazax-Borçalı bölgələrində geniş yayılmışdır.Bəzən Muğanda toxunmuş vərnilərə də rast gəlmək mümkündür. Mürəkkəb sarıma üsulu ilə toxunduğuna görə "Vərni" xalçalarının üzərində mürəkkəb naxışlar qoymaq mümkün olurdu. Orta əsrlərdə ornamental naxışlarla zərif hazırlanmış yüksək keyfiyyətli parçalar "perni" və ya "berni" adlandırılırdı. O zamanlar şahlar bayram günlərində və xüsusi təntənəli günlərdə bu parçalardan libas geyinərdilər. Hesab olunurdu ki, bu libası onlara cənnətdən Cəbrayıl adlı mələk gətirmişdir və buna görə də onunla ehtiyatla davranırdılar. Fərz etmək olar ki, sonrakı dövrlərdə ornamental naxışlı, zərif toxunuşlu "Vərni" xalçaları məhz həmin "perni" və ya "berni" adlanan parçalardan toxunmuşdur və adı da bununla bağlıdır. "Verni" xalçaları xalçaçılar tərəfindən "As-tan" adlandırılan 2 hissədən hazırlanır. Bu söz "astar" sözünün qısaldılmış formasıdır.
Vernöy-an-Burbonne
Vernöy-an-Burbonne (fr. Verneuil-en-Bourbonnais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03307. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 245 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsası şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 145 nəfərdən (15-64 yaş) 114 nəfəri iqtisadi cəhətdən fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.6%, 1999-cu ildə 65.2%). Fəal olan 114 nəfərdən 108 nəfəri (64 kişi və 44 qadın), 6 nəfəri işsizdir (3 kişi və 3 qadın).
Vernı zəlzələsi (1887)
Vernı zəlzələsi — 1887-ci il mayın 28-də Vernıda baş verən zəlzələ. 1887-ci il mayın 28-də Qazaxıstanın Vernı (1921-ci ildən Alma-Ata, indiki Almatı) şəhərində güclü zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində Alma-Ata şəhərində 3 000-ə qədər bina uçmuşdur. Dağıntılar Frunze və Prjevalsk şəhərləri arasında olmuşdur. Bu zəlzələ 1 milyon km2 sahədə hiss edilmişdir. 1911-ci ildə bu rayonda yenə güclü zəlzələ baş vermişdir.
Verxnı adası (Fin körfəzi)
Verxnı adası (fin Vehkasaari) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Martinsaari adasından 50 m şimal-şərqdə yerləşir. Yaxınlığında Oveçi və Paatio adaları yerləşir. Əvvəllər fin Martinsari kəndinin bir hissəsi Vehkasaari adasında yerləşirdi.