Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vereya
Vereya — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Darevka (Auırqazı)
Darevka (başq. Дарьевка, rus. Дарьевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (50%) üstünlük təşkil edir.
Saşa Zvereva
Saşa Zvereva (1 mart 1981, Potsdam) — rus müğənnisi, tele aparıcı, Demo qrupunun solisti. == Həyatı == Aleksandra (Saşa) Zvereva 1 mart 1981-ci ildə Potsdam şəhərində anadan olub. Saşa Moskvada yaşayır - onun iki uşağı var: qızı Vasilisa (2003) və oğlu Makar (2008). Saşa motosportla maraqlanır. == Diskoqrafiya == === Demo qruppasının diskoqrafiyasına daxil olmuş mahnılar === Солнышко (1999) DJ Remix 2000 (2000) Выше неба (2001) До свидания, лето (2002) Радуга (2004) Это шоу-бизнес, baby (2005) Запрещённые песни (2007) === Single === Солнышко (1999) 2000 лет (1999) Я не знаю… (1999) Я делаю вдох (2000) Всё просто!… (2000) Выше неба (2000) Давайте петь! (2000) Странные сны (2001) Улыбните ваши лица (совместно с Братьями Улыбайте) (2001) Последняя песня (2002) Желание (2002) До свидания, лето! (2002) До утра (2002) Попала (2003) Новый год идёт… (2003) Радуга (2004) Тайна (2004) Супермама (2004) Не с тобой (2004) Не думай, не гадай (2005) Всё нормально (2005) Нежность (2006) Соседи (2006) Это небо (2007) Точка (2009) Первый поцелуй (2009) Создай движение (2010) Расплетает косы весна (2010) === Solo single'lar === Остаться (single) (2010) Как прежде (single) (El Ray ilə birgə) (2011) Схожу с ума (single) (2011) Супербой (single) (Sasha Dith & Steve Modana birgə) (2012) == Videokliplər == === «Demo» qrupun tərkibində === 1999 — Солнышко (rejissor Aleksandr İqudin) 1999 — Я не знаю… (rejissor Vlad Opelyants) 2000 — Я делаю вдох 2000 — Выше неба 2000 — Всё просто!
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Çin və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Verbovka çayı (Çir)
Verbovka çayı — Rostov vilayəti ərazisindən axan çay. Verbovka çayı Çir çayının sağ qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Çir çayının mənsənibə 222 km qalmış ona tökülür. Çyornaya çayının uzunluğu 36 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 401 km²-dir. Çay sistemi: Verbovka → Çir → Don → Azov dənizi. == Təsviri == Verbovka çayı öz başlanğıcını Rostov vilayətinin Bokovski rayonuna daxil olan Platov xutorundan götürür. Mənbə Platov xutorun cənubunda yerləşir. Sonradan Malaxovski və Verbovka yaşayış məntəqələri axır.