Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vetçina
Vetçina — duzlanmış və hisə verilmiş, arxa və ya ön kürək sümüyü və ya digər hissəslərdən, məsələn, qabırğadan hissədən olan donuz, o cümlədən, dana, hind quşu, toyuq və s. əti. Vetçina bir növ kolbasa məmulatıdır. Müsəlmanlar və yəhudilər tərəfindən donuz ətinin qadağan olması səbəbi ilə istifadə olunmur. Lakin digər ətlərdən hazırlanmış vetçinadan istifadə etmək sərbəstdir. Kolbasadan fərqli olaraq o hamar, bütöv ət tikəsindən olur. Ət sümükdən bütöv lay-lay, yağdan ayrılır, marinadda saxlanılır, preslənir. Vetçinanın çiy, bişmiş və hisə verilmiş növü olur. == Tarixi == Tüstünün tərkibində 200-dən çox müxtəlif kimyəvi birləşmə var ki, onlardan da əsasən bir neçəsi ərzağa xüsusi dad və qoxu verir. İstiyə və tüstüyə məruz qalmış ərzağın (ət, balıq və sairə) tərkibindəki su azalır, mikroorqanizmlərin çox hissəsi məhv olur, fiziki-kimyəvi proses gedir, oksidləşməsinin qarşısı alınır, dad xüsusiyyətləri zənginləşir və uzun müddət xarab olmadan qala bilir.
Qatçina
Qatçina (rus. Гатчина) — Rusiyanın Leninqrad vilayətində yerləşən şəhər. Şəhər Sankt-Peterburqun 45 km cənubundadır. Şəhər Qatçina rayonunun mərkəzidir. Ərazisi 28,75 km² olan şəhərin əhalisi 2010-cu il etibarı ilə 92,937 nəfər dir.Qatçina, Dünya Mirası olan Sankt-Peterburq Tarixi Mərkəzi və Abidələr Bağlı Qrupların bir parçasıdır.
Evtina
Evtina (q.yun. euthyne) — Klassik Yunanıstan qanunvericiliyinə görə vəzifədə olma müddəti başa çatdıqdan sonra vəzifəli şəxs tərəfindən təqdim edilən hesabat.Evtina iki mərhələdən ibarət olub dövlət büdcəsindən ayrılmış vəsaitlərin sərf edildiyi fəaliyyətlərin on nəfərdən ibarət loqistai (mühasiblər) tərəfindən yoxlanılması ilə başlayırdı. Bu mərhələ loqos adlanırdı. İkinci mərhələ isə evtinai adlanırdı və bu mərhələdə bule tərəfindən təyin edilmiş on nəfərdən ibarət evtinoinin məmurlardan hər hansı birinin davranışına etiraz etmək imkanı var idi. Bu vəzifəli şəxslər isə ittihamları rədd edə və ya məhkəmələrə verə bilərdilər. Əgər yoxlama qeyri-qənaətbəxş hesab olardısa, iş andlılar məhkəməsinə verilirdi və vəzifəli şəxs sui-istifadədə, israfçılıqda və ya rüşvətxorluqda ittiham edilirdi. Vurulmuş zərərin on misli miqdarında cəriməyə qədər cəza tətbiq edilə bilərdi.
Retina
Retina — göz kürəsinin arxa divarını örtən , görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa. == Ümumi Məlumat == Gözün işığı qəbul edən təbəqəsidir. Beyindən gələn damar və sinirlərdən təşkil olunmuşdur.Diabet və yüksək təzyiq ən böyük zərəri məhz göz gişasına vurur.
Vecini
Vecini (gürc. ვეჯინი) — Gürcüstanda kənd. Kaxetiya ölkəsinin Qurcaani bələdiyyəsi ərazisindədir. Dəniz səviyyəsindən 420 m yüksəklikdə yerləşir. Əhalisi 2935 nəfərdir (2014). == Görkəmli şəxslər == İvan Beritaşvili (1884 (1885) — 1974) — görkəmli gürcü fizioloq-alimi, Gürcüstanda fiziologiya yaradıcısı və rəhbəri.
Vecin
Veçin və ya Vecin (farsca:وچین / وجین) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Vecin Kosar şəhristanının Şimali Səncəbəd dehistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 101 nəfər (kişilər: 54 nəfər - qadınlar: 47 nəfər) olmuşdur. Kənddə 26 ailə yaşayır. Kəndin əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkçəsində danışırlar. == Coğrafiyası == Ərdəbildən ? km cənub-şərqdə, Givi şəhərindən 45 km şimal-şərqdə, 37° 51' 59.50" şimal enliyi və 48° 26' 50.66" şərq uzunluğunda, dəniz səviyyəsindən 1940 m yüksəklikdə yerləşir. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. == Təhsilin vəziyyəti == Kənddə ibtidai məktəb fəaliyyət göstərir. == Əhali və dil == Kənd əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.
Bettina Lamprext
Bettina Lamprecht (2 iyun 1977) — alman aktrisa. == Filmoqrafiyası == 1999 Alles Bob! 1999 Tatort 1999–2001 Ritas Welt 2000 Heimliche Küsse – Verliebt in ein Sex-Symbol 2000 Schule 2001 Leo und Claire 2002 Tattoo 2003 Mein erster Freund, Mutter und ich 2004 Endlich Sex!
Bettina Plank
Bettina Plank Avstriya-lı karateçi. == Haqqında == Bettina Plank 24 fevral 1992-ci ildə anadan olmuşdur.2015-ci ildə o, Bakı-da keçirilən 2015-ci il Avropa Oyunları yarışında gümüş medal qazandı. Finalda Türkiyə-li Serap Özçelik-ə məğlub oldu.Elə həmin ildə Türkiyə-nin İstanbul şəhərində təşkil edilən 2015 Avropa Karate Çempionatında qadınlar arasında 50 kq kumite kataqoriyası üzrə qızıl medal qazandı.2017-ci ildə Polşa-nın Wrocław şəhərində təşkil edilən 2017 Dünya Oyunlarında qadınlar arasında kumite 50 kq kataqoriyası üzrə yarışında medal qazanmadan yarışdı. Seçmə mərhələdə bir maçda qələbə qazandı və iki görüşdə məğlub oldu buna görə də yarımfinalda mübarizə apara bilmədi.2019-cu ildə Belarusiya-nın Minsk şəhərində təşkil olunmuş 2019 Avropa Oyunlarında qadınlar arasında kumite 50 kq çəki kataqoriyası üzrə qızıl medal qazandı.
Bettina Vulf
Bettina Vulf — Almaniyanın birinci xanımı. Bettina Vulf 1973-cü ildə anadan olmuşdur. Vulf Almaniya prezidenti Kristian Vulfla 2008-ci ilin martında ailə həyatı qurub. Onların Linus Florian adlı bir oğlu var. Bettina Vulf Almaniya prezidentinin ikinci xanımıdır. Mətbuat onu Almaniyanın Karla Brunisi adlandırır.
Fragaria × vescana
Mikania petrina
Mikania petrina (lat. Mikania petrina) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Naumaxiya (Qatçina)
"Naumaxiya" — Leninqrad vilayətinin Qatçina şəhərində Silviya parkının şimal sərhədində Kolpanka çayının sahilində yerıəşən hovuzdur. Tikili XVIII əsrin sonlarında - 1797-1799-cu illərdə Nikolay Lvovun layihəsinə əsasən tikilmişdir. XVIII əsrin sonlarında Kolpanka çayının sahilində tikinti işlərinin aparıldığı zaman N.Lvov "şlüzlü Kaskad" adlanan bəndin tikildiyi büllur kimi şəffaf suya diqqət yetirir. Memar burada miniatürdə Sirakuzada keçirilən dəniz döyüşlərinin (navmaxiya) nümayiş olunduğu antik teatra oxşar "Naumaxiya" hovuzunu yaratmaq qərarına gəlir. Özünün yaratdığı Naumaxiyaya memar Lvov XVIII əsrin ikinci yarısında əksər peyzaj parklarını bəzəyən antik xarabalıq xarakterini vermişdir. Suyun mənbəyi qranitlə çərçivəyə alınmışdır. Həmin çərçivəyə alınmış yerə antik xarabalığa oxşar şəkildə mərmər sütunlarla bəzədilən daş pilləkanlar aparırdı. Yarıməsr mövcudluğu ərzində hava amillərindən asılı olaraq öz əvvəlki görkəmini itirmişdir. 1854-cü ildə tikilinin təmir işləri aparılmış, hovuz, terras və pilləkanlar yenidən yaradılmışdır. Sonradan burada heç bir iş aparılmamışdır.
Bettina Luiza Luts
Tina Çou (ing. Tina Chow; 18 aprel 1950, Leykvyu[d], Ohayo – 24 yanvar 1992, Pasifik-Paliseyds[d], Kaliforniya) və ya doğum adı ilə Bettina Luiza Luts (ing. Bettina Louise Lutz) – yaponəsilli ABŞ modeli, restorançısı, zərgərlik dizayneri və heykəltəraşı. == İlk illəri == Tina Çou 1950-ci ildə Ohayo ştatının Leykvyu qəsəbəsində doğulmuşdur. Onun doğum adı Bettina Luiza Lutsdur. Anası Mona Furuki yapon, atası Volter Edmund Luts isə almanəsilli amerikalı olmuşdur. Volter Furuki ilə ABŞ ordusunun tərkibində Yaponiyada hərbi xidmət edərkən tanış olmuşdur. Bettina bir neçə aylıq olanda valideynlərinin sevgisindən bəhs edən "Mən yapon müharibə gəlini idim" filmində rol oynamışdır.Bettina 1966-cı ildə ailəsi ilə birlikdə iş səbəbilə Tokioya köçmüş, daha sonra Tokioda yerləşən Sofiya Universitetinə daxil olmuşdur. == Karyerası == Tina Çou karyerasına 1968-ci ildə Yaponiyanın "Shiseido" kosmetika şirkəti üçün, eləcə də, İssey Miyake üçün modellik etməklə başlamışdır. Tezliklə dəb şoularında çıxış etməyə, fotoqraflar üçün modellik etməyə, jurnal üzlükləri və reklamlarda yer almağa başlamışdır.
Böyük Qatçina sarayı
Böyük Qatçina sarayı 1766-1781-ci illərdə II Yekaterinanın favoriti qraf Qriqori Orlov üçün Antonio Rinaldinin layihəsinə əsasən tikilmişdir. Gümüş gölün yanındakı təpədə yerləşən saray hal-hazırda hündür ağaclarla əhatələnmişdir və orta əsrlər qəsrini xatırladır. Sarayın interyeri XVIII əsrin ikinci yarısında mövcud olan rus klassizmi və XIX əsr tarixiliyi nümunəsindədir. Saray çar ailəsinin istirahət etdiyi ən sevimli yerlərdən biri olmuşdur. == Sarayın tarixi == == Tikintisi == 1765-ci ildə II Yekaterina knyaz Boris Aleksandroviç Kurakinaidən Qatçina xutorunu almışdır. Heç bir sənəddə öz təsdiqini tapmasa da deyilənə görə II Yekaterina bu yeri öz favoriti qraf Qriqori Qroqoriyeviç Orlova 1762-ci ildə onun imperatriçə olması ilə nəticələnən saray çevrilişinin təşkilində iştirakına minnətdarlıq əlaməti olaraq bağışlamışdır. 30 may 1766-cı ildə xutor ərazisində Qatçina sarayının tikintisinə başlanılmışdır. Saray layihəsinin hazırlanması saray memarı italyan Antonio Rinaldiyə həvalə olunmuşdur. Qatçinada o, italyan villasını canlandırmağa cəhd göstərsə də, lakin İtaliyada mövcud olan ənənəvi bağ quruluşu ilə yox, məhz ingilis peyzajı ilə əhatə olunması bu sarayın tutqun orta əsrlər qəsri ilə assosiasiya yaratmasına səbəb olmuşdur. Bu sarayın orta əsrlə qəsrinə oxşarlığını divarlarına, qüllələrinə və yeraltı gedişlərə daş üz çəkilməsi olmuşdur.
Ana Mariya Setina
Ana Mariya Setina (9 oktyabr 1995) — Sloveniyanı təmsil edən qadın badmintonçu.