Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Navesti çayı
Navesti — Estoniyanın cənub-qərbində 100 km (62 mil) uzunluğunda çay. Bu Pyarnuya axan ən böyük çaydır. Navestinin mənbəyi Yarvamaa rayonundakı İmavere kəninə yaxındır. Çay qərbdən axır və üç rayondan: Yarvamaa, Vilyandimaa və Pyanumaadan keçir. Navestinin hövzəsinin sahəsi 3,000 km2 (1,200 mil2), orta axın sürəti isə saniyədə 27.9 kub metrdir. Vırtsyavr gölünün Emajogi vasitəsilə Peypus gölünə axmasından əvvəl Navesti çayının mənsəbi Vırtsyavr gölü idi. Navestidə 18 növə qədər balıq mövcuddur, bunlara çapaq, lota, Qafqaz enlibaşı, ide, xanı, adi durnabalığı, kumja, külmə və ruff daxildir.
İzvestiy Tsik adaları
İzvestiy Tsik adaları — Şimal Buzlu okeana daxil olan Kara dənizinin cənub hissəsində yerləşən adalar qrupu. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı (1 yanvar 2007-ci ildən Taymlr Muxtar dairəsi tərkibindədir) ərazisində yerləşir. Adaların ümumi sahəsi 90 km² təşkil edir. Poloqiy adası və Troynoy adası (высота до 42 м) arxipelaqın nisbətən iri adalarıdır. Poloqiy adasında hündürlük 24 metrdir. Troynoy adası isə 42 meyrlə arxipelaqın ən hündür nöqtədini təşkil edir. Adalar əsasən krestslik suxurlardan təşkil olunmuşdur. Səthlərini Arktik tundra tutur. Adalar ilk dəfə «Vladimir Rusanov» və «Aleksandr Sibiryakov» buzqıran gəmiləri isə həyata keçirilən qütb eksoedisiyası zamanı (1932-33) kəşf edilmişdir. Ada İzvestiya qəzetinin şrəfinə adlandırılmışdır.
Üz-üzə (povesti)
"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti. "Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insan və cəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur. Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır.
Şəhzadə və Dilənçi (povesti)
“Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir. “Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır. Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-nin Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.Oxuculara daha çox "Şahzadə və dilənçi" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır.