Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CAMAH
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və ya qısaca CAMAH (Farsca: جنبش آزادیبخش ملی آذربایجان جنوبی) — Cənubi Azərbaycanın milli azadlıq hərəkatı təşkilatı olaraq, 1991-ci ildə Piruz Dilənçinin rəhbərliyi altında bir qrup siyasətçi və ziyalı tərəfindən yaradılmışdır. == Haqqında == İranın parçalanması, müstəqil Cənubi Azərbaycan dövlətinin yaradılması və nəhayətdə Bütöv Azərbaycanın qurulması CAMAH təşkilatının ali və son məqsədidir. 1999-cu ildə Təbrizdə milli hərəkatın güclənməsi ilə, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatının lideri seçilmiş, 2002-ci ildə isə təşkilatda baş verən daxili fikir ayrılıqları nəticəsində səs çoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır və təkrar Piruz Dilənçi CAMAH təşkilatının lideri olaraq fəaliyyətini davam etdirməyə başlamışdır. Bundan sonra, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatından ayrılan bir qrup şəxslə GAMOH adlı yeni bir qurum yaratmışdır. Dünya Azərbaycanlıları Konqresi, Bütöv Azərbaycan Birliyi və Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi təşkilatlar bünövrəsini CAMAH-dan götürmüşdür. == Azərbaycanda == CAMAH 1991–1999-cu illər arasında Şimali Azərbaycandakı cənub mövzusu ilə bağlı aparıcı mövqeyinə görə hətta Azərbaycan Respublikasının dövlət dairələri tərəfindən də dəstəklənməkdə idi. Xüsusilə Heydər Əliyevin prezidentliyi və Namiq Abbasovun MTN-ə rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycan mövzusu Azərbaycan mətbuatı və kütləvi informasiya vasitələrinin gündəmində əhəmiyyətli yer tuturdu. O dönəmdə hətta ölkə prezidenti, Prezident Aparatı və MTN səviyyəsində CAMAH-la bağlı rəsmi və qeyri-rəsmi münasibətlər bildirilmişdi. == İstinadlar == == Xarici keçidlər == South Azerbaijan Arxivləşdirilib 2013-05-17 at the Wayback Machine CAMAH-ın rəsmi internet səhifəsi CAMAH barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müxtəlif tarixlərdə yayınladığı raportlar: 1., 2.
Vemar
Vemar (fr. Vémars) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 2.058 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 29 km şimal-şərqdə, Serji belediyyənin 37 km qərbdə yerləşir.
Bukit Timah
Bukit Timah (malay Bukit Timah; çin. 武吉知马) — Sinqapurda hündürlüyü 163,63 metr (digər mənbələrə görə 176 m) olan təpə. Bu təpə Sinqapurun ən yüksək zirvəsi hesab edilir. Bukit Timax təpəsi adanın mərkəzində yerləşir. Təpə Sinqapurun mərkəzi bölgəsində, təxminən 10 km şəhər mərkəzindən kənarda yerləşir. Təpənin yerləşdiyi ərazi Bukit Timah adı tanınır. Bölgədə planlaşdırılan rayon da, Bukit Timah (ing. Bukit Timah Planning Area) və ya 11-ci rayon adlanılır (ing. District 11). == Adın mənası və tarixi == «Bukit Timah» — malay dilində «qalaylı təpə» mənasını verir.
My Ummah
My Ummah — Sami Yusufun ikinci albomu.
Vrmas yarımadası
Vrmas (mont. Vrmac / Врмац) — Adriatik dənizi Kotor körfəzi ərazisində, Monteneqronun qərnində yerləşən yerləşən yarımada. Ən yüksək nöqtəsi Müqəddəs İliya (mont. Sveti Ilija) zirvəsi 766 metr yüksəkliyə malikdir. Digər zirvələr: mont. Velji vrh (712 m) mont. Čisti vrh (616 m) mont. Popova Glava (584 m) mont. Sveti Vid (440 m) == Coğrafiyası == Vrmas Kotir və Tivat körfəzi arasında yeləşir. Şimal qutaracağından qarşıda Perasdan Veriqe boğazı və Risan körfəzi ayırır.
My Ummah (dəqiqləşdirmə)
My Ummah - albom. My Ummah (mahnı) - Sami Yusufun bir mahnısı.
Əziz Əl-Əzmeh
Professor Əziz Əl-Əzmeh (d.24 iyul 1947, Dəməşq, Suriya) — orta əsrlər və müasir dövr ərəb və İslam tarixinin tədqiqatları üzrə mütəxəssis. Bu mövzulara dair Mərkəzi Avropa Universiteti, Beyrut Amerikan Universiteti, Yel, Kolumbiya, Ekseter, Kornel, Oksford, Corctaun, Berkli Kaliforniya universitetlərində, Ağa Xan Universitetinin Müsəlman Sivilizasiyalarının Tədqiqi İnstitutunda mühazirələr verir. Öz sahəsi üzrə dünyada qəbul olunmuş aparıcı tədqiqatçılardandır.Şərq tədqiqatları üzrə fəlsəfə doktoru dərəcəsini Şri-Lankanın Müqəddəs Entoni Kollecində və Oksford Universitetində alıb, Tübingen və Pensilvaniya universitetlərində oxuyub.
Voma (kommuna)
Voma (fr. Vaumas) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Dompyer-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03300. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 544 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 329 nəfər arasında (15-64 yaş arasında) 231 nəfər iqtisadi fəal, 98 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 70,2%, 1999-cu ildə 64,7%). Fəal 231 nəfərdən 209 nəfər (113 kişi və 96 qadın) işləyir, 22 nəfər işsizdir (10 kişi və 12 qadın). 98 hərəkətsiz 27 nəfər arasında şagird və ya tələbə, 33 nəfər təqaüdçü, 38 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
İzah olunmayan fenomen
Fenomen (yun. φαινόμενον — «zühr edən», «üzə çıxan») — hissiyyatla qəbul edilən halı izah edən termin. Çətin izah edilən və ya izah edilə blinməyən nadir hadisə. == Fəlsəfədə == Antik fəlsəfədə termin bir sıra tədqiqatçıların fikirlərində rast gəlinir və təcrübədən gələn bilik kimi izah edilir. Əflatunun fəlsəfəsində fenomenallıq ideyalara əks götürülür. Onun qənaətincə fenomenlik ideyanın təzahürüdür. Yeni dövrün fəlsəfəsində fenomenlik tək ideyanın təsviri kimi götürülmür. Fenomenliyə dair Corc Berkli, Qotfrid Leybnits kimi filosoflar fikir söyləyirlər. Kanta görə, isə fenomen transsendetal subyekt tərəfindən meydana gəlir. Kant fenomeni noumenə əks qoyur.
Vah
Vah (slovak. Váh) — Slovakiyanın ən uzun çayı, Dunayın sol qolu. == Adlanması == Çayın adı latın dilindən olan vagus (gəzib dolanan) sözündən yaranıb, belə ki, çay öz məcrasını tez-tez dəyişirmiş. == Coğrafiyası == Vah çayı Kralyova Leqota çayı yaxınlığında, mənsəbini Vısokiye Tatrı və Nizkiye Tarı dağlarından götürən Çernı Vah və Belı Vah çaylarının birləşməsi nəticəsində yaranır. Vah çayının uzunluğu — 433 km, çay səthinin sahəsi — 19 600 km²-dir. İllik su sərfi 152 m³/saniyədir. == İqtisadiyyatı == Vah çayı üzərində Vajsk silsiləsi yaradan 20 su elektrik stansiyası vardır. Çayın suyu suvarma və su təchizatı üçün istifadə edilir. Çay mənbəyindən Sered şəhərinə qədər gəmiçilik üçün istifadə edilir.
Qorxu və tamah (film, 1953)
Qorxu və tamah (ing. Fear and Desire) 1953-cü il Amerika istehsalı antimilitarist bir filmdir. Stenli Kubrik tərəfindən rejissorluq edilmiş filmin ssenarisi Hovard Sakler tərəfindən yazılmışdır. Cəmi on beş nəfərdən ibarət heyəti ilə film Kubrikin rejissorluq debütü idi.
Vah!.. (1980)
== Məzmun == Kinokomediyada Azərbaycanın cənubunda ev işləri ilə məşğul olmağın kişilər üçün qəbahət sayılması və bu adətin tədricən aradan götürülməsi haqqında danışılır. == Film haqqında == Film yazıçı Xizgil Avşalumovun "Bulaq başında görüşlər" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Mah Tələtin portreti
Mah Tələtin portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Azərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xəttləri az marqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir.
Vah!.. (film, 1980)
== Məzmun == Kinokomediyada Azərbaycanın cənubunda ev işləri ilə məşğul olmağın kişilər üçün qəbahət sayılması və bu adətin tədricən aradan götürülməsi haqqında danışılır. == Film haqqında == Film yazıçı Xizgil Avşalumovun "Bulaq başında görüşlər" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Çan Kon Vah
Çan Kon Vah (31 avqust 1961) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Çan Kon Vah Honq Konqu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.