is. [
ər. təmə] Bir şeyi əldə etməyə göstərilən hədsiz arzu; hərislik, acgözlük, bir şeydə gözü qalma. Artıq tamah baş yarar. (
Ata. sözü ).
[Əliqulu:] …Mənim dünya malına tamahım yoxdur. S.S.Axundov.
◊ Tamah dişini çəkmək – vaz keçmək, gözünü çəkmək, əlini üzmək, ümidini kəsmək.
Tamaha düşmək – acgözlüklə istəmək, həris olmaq.
Əyləşənlərin hamısı tamaha düşdü. B.Bayramov.
Tamahı güc gətirmək (zor eləmək) – tamahını, nəfsini saxlaya bilməmək, özünü saxlaya bilməmək, həddindən artıq tamahkarlıq göstərmək.
[Kərəməli:] Demədimmi yoldaşlarından ayrılma, tamahın güc gətirdi, gəldim. M.F.Axundzadə.
[Hacı Qara:] Əlacım kəsildi, tamah zor elədi, dedim, bu bəylər ilə gedərəm Təbrizə. Ə.Haqverdiyev.