Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kidekşa
Kidekşa (rus. Кидекша) — Rusiya Federasiyasının Vladimir vilayətinin Suzdalsky rayonundakı bir kənd (selo), Suzdaldan 4 km (2.5 mil) şərqdə, Kamenka və Nerl çaylarının birləşməsində yerləşir. == Tarixi == "Kidekşa" sözü, böyük ehtimal ki, Fin-uqor mənşəli sözdür. Söz sonluğunu təşkil edən "-kşa" ifadəsi (ünsürü) naməlum fin-uqor mənşəli "su", "çay" mənalı söz kimi qəbul olunmuşdur. Bu regionda bir sıra "-kşa", "-ksa" sonluqları ilə qurtaran kiçik çayların mövcud olması ilə təsdiq edilir. Bəzi alimlər "ki" komponentinin mövcudluğunu "daş" mənası verən meryan sözü hesab edir. Beləliklə, Kideşa sözü indiki Kamenka "daşlı çay" sözünü ifadə edə bilər. Bununla yanaşı, soraq kitabçalarında (bələdçi) rus sözləri olan "atmaq", "tullamaq" kimi izah olunan başqa izahlara da rast gəlmək olur. Bu onunla izah edilir ki, Yuri Dolqorukiy qala tikməyi nəzərdə tutduğu bu yeri tullamışdır.. Başqa müəlliflər bunu (bu versiyanı) xalq etimologiyasına aid edirlər.Kideşka yaşayış məntəqəsi çox qədimdən hələ 1152-ci ildə rus memarı Yuri Dolqorukiy Kidekşa kilsəsini tikməmişdən çox əvvəl mövcud olmuşdu.
Viçentsa
Vicenza (it. Vicenza, lat. Vicetia) — İtaliyanın şimal seqmentindəki Vèneto rəhbərlik bölgəsində, Vicenza rayonunun mərkəzi şəhər və piskoposluk mərkəzi. Padovanın şimal-qərbindədir. Lessini və Berici dağları arasında uzanan və Lombardiya və Venetoyu bir-birinə bağlayan vadinin şərq ucunda iştirak edər. Bacchiglione və Retrone çayları şəhərin içindən keçir.
Viçentsa FK
Viçentsa FK (it. Vicenza Calcio) — İtalİyanı təmsil edən futbol klubu. Klub Viçenza şəhərini təmsil edir . 2018-ci ildəki iflasdan sonra İtaliyanın C Seriyasında Vicenza Virtus adı ilə çıxış edir. 9 mart 1902-ci ildə qurulan klub 1911-ci ildən bəri İtaliya çempionatlarında iştirak edir. 1942-ci ildə Vicenza ilk dəfə A Seriyasına yüksəlib. 1953–1990-cı illərdə klub "Lanerossi Vicenza" adlandı. Komanda A Seriyasında ən böyuk uğuru 1978-ci ildə ikinci yeri tutmasıdır. Komandanın 1997-ci ildə İtaliya kubokunun qalibi olur və bir il sonra 1998-ci ildə Kuboklar Kubokunun yarımfinalına kimi yeksəlib. Viçenzanın heyətində fərqli illərdə Qızıl topun qalibi olmuş iki futbolçu oynayıb.
Google Videos
Google Video — Google şirkəti tərəfindən təqdim olunan, video faylların yerləşdirilməsini və onlar üzrə axtarışı təmin edən veb-xidmət. Xidmətdən istifadə edənlər video fayllara birbaşa baxa və ya .gvi formatında öz kompüterlərinə endirə bilərlər. Həmçinin video-fraqmentlər hər hansı veb-saytın HTML-koduna daxil edilə bilər. == Tarixi == Xidmətin rəqibləri — iFilm, Metacafe, Veoh, blip.tv və Outloud.tv xidmətləridir. 9 oktyabr 2006-cı ildə Google şirkəti keçmiş rəqibi olan YouTube şirkətini 1,65 milyard ABŞ dollarına satın alsa da, bu saytı Google Video xidməti ilə birləşdirməyərək, sadəcə video faylların axtarış sistemlərini bir-birinə inteqrasiya etdi. 2009-cu ildə Google Video-da yeni videoların əlavə olunması dayandırıldı, lakin əvvəl yüklənmiş videoları izləmək mümkün idi. 29 aprel 2011-ci ildə videoları izləmək funksiyasının da dayandırılması nəzərdə tutulsa da, 25 aprel 2011-ci ildə Google şirkəti bu planından əl çəkdiyini bildirdi. Həmçinin şirkət, bütün məzmunun YouTube-a keçiriləcəyini, lakin Google Video keçidlərinin aktiv qalacağını bildirdi.