Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vısotsk
Vısotsk — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Vilçek Torpağı
Vilçek Torpağı — Şimal Buzlu okeanında yerləşən, Frans-İosif Torpağına daxil olan ikinci ən böyük ada. Ada Avstriyalı Karl Veyprext və Yulius Payerin rəhbərlik etdiyi ekspedisiyanı maliyyələşdirən Hans Vilçekin şərəfinə adlandırılmışdır. Ada 1873-cü ildə kəşf edilmişdir. Frans-İosif Torpağı yasaqlığı ərazisinə daxildir. == Coğrafiyası == Arxipelaqın şərqində yerləşir. Qərb qrupunda yerləşən adalardan Avstriya boğazı ilə ayrılır. Qrehem-Bell adası ilə arasında Morqan boğazı yerləşir. Üzəri əsasən buzlaqlarla örtülü olur. Hündürlük 400-600 metr arasında dəyişir. Sahəsi 2055 km², ən hündür nöqtəsi isə 606 metrdir.
Vilçek adası
Vilçek adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada İohan Vilçekin şərəfinə adlandırılmışdır. == Coğrafiyası == Ən hündür buzlağı 187 m-dir. Zirvə adanın şimal-qərbində yerləşir. İkinci buzlağın hündürlüyü isə 122 metrdir. Bu zirvə adanın cənub-şərqində yerləşir. Adanın buzdan azad maksimal hüdürlüyü isə 42 metrdir. Bu zirvə Şillinq burnunda yerləşir. Adanın ucqar nöqtələri: şimal — Zolotov burnu, qərb — Çillinq burnu, cənub — Orqel burnu, ucqar şərq nöqtəsində burun yoxdur.