Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valadi
Valadi (fr. Valady, oks. Valadin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12288. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 17 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1467 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 909 nəfərdən (15-64 yaş) 711 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,2%, 1999-cu ildə 76.7%).
Kadis
Kadis (fi. Gadir, yun. Gádeira, la. Gades, ər. کادیس ) — İspaniyanın cənub-qərbində, Əndəlüs bölgəsindəki Kadis əyalətinin paytaxtı, ada üzərində yerləşən şəhər. Madriddən 651 km, Sevilyadan 124 km, Uelvadan 219 km uzaqlıqdadır. Şəhər İspaniya donanmasına ev sahibliyi edir. Eyni zamanda Kadis rayonunun paytaxtıdır. Kadis şəhəri bir çox qədim abidəyə ev sahibliyi etdiyi üçün İspaniyanın əhəmiyyətli turistik şəhərlərindən biridir. == Adı == Kadis sözü finikiya dilində olan Gadir sözündən əmələ gəlmişdir və "divarlar" və ya "divarlarla əhatə olunan müdafiə" deməkdir.
Valayiş (Sultaniyə)
Valayiş (fars. والايش‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 890 nəfər yaşayır (224 ailə).
Klaviş kodu
Klaviş kodu(key code, код клавиши,tuş kodu)-klaviaturada konkret klavişə mənimsədilən və onun basıldığını tanımaq üçün istifadə olunan unikal ədədi kod. Klaviş kodu klavişin üzərində olan nə hərf, nə rəqəm, nə simvoldur, nə də klavişi basdıqda generasiya olunan kod cədvəlinin elementidir; bu klavişin özünün xüsusi idenfikatorudur. Klaviş kodu termini ən çox Apple Macintosh kompüterlərində istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,467s.
Qaynar klaviş
Qaynar klaviş (hot key) – bir-iki klavişin basılması ilə gerçəkləşən və istifadəçi tərəfindən, adətən, yaddaşda rezident olan başqa bir proqrama (kalkulyator, bloknot, nömrəyığan, terminal emulyatoru) keçid üçün istifadə olunan komandadır. Rezident proqram, yaxud TSR-proqram (TERMINATE-AND-STAY-RESIDENT PROGRAM) yaddaşa yüklənir və çağrılanadək orada passiv rejimdə qalır. İstifadəçiyə belə proqram lazım olduqda o, “qaynar” klavişi basmaqla komanda verir: adətən, bu kombinasiya Alt və ya Control klavişlərinin iştirakı ilə olur, ancaq bu məqsədlə klaviaturada olan istənilən klaviş istifadə oluna bilər. “Qaynar” sözü onu göstərir ki, keçidin baş verdiyi proqram istifadə üçün tam hazırdır və öz növbəsini gözləyir, başqa sözlə, tam “qızıbdır”. MS-DOS mühitində bəzi proqramlarda əməliyyat sisteminə çıxış üçün də “qaynar” klavişlər nəzərdə tutulur. Başqa tətbiqi proqramlarda istifadəçilər özləri bir klaviş basmaqla başqa proqramları başladan (məsələn, verilənlərin ötürülməsi proqramından mətn prosessorunu başladan) “qaynar” klavişlər təyin edə bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qladis Tejeda
Qladis Tejeda (30 sentyabr 1985, Jauja, Peru) — Perulu marafonçu. Qladis Tejeda Perunu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Qladis Tejeda birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 37 dəqiqə 2 saniyəyə qət edərək 118 marafonçu sırasında 43-cü yeri tutdu. Qladis Tejeda növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 29 dəqiqə 55 saniyəyə qət edərək 15-ci yeri tutdu.
Valdis Pelş
Valdis Eyjenoviç (Yevqenyeviç) Pelş (latış. Valdis Pelšs‎; rus. Валдис Эйженович Пельш; 5 iyun 1967, Riqa) — latış əsilli sovet və Rusiya televiziya aparıcısı, teleprodüser, televiziya rejissoru, aktyor və musiqiçi. == Həyatı == Valdis Pelş 5 iyun 1967-ci ildə Riqada anadan olmuşdur. Onun atası milliyətcə latış, anası rusdur. O, Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirmişdir, qısa müddət SSRİ Elm Tarixi və Texnologiya İnstitutunda kiçik elmi işçi çalışmışdır. == Filmoqrafiya == 1998 — Pyzhik — bu busiest yeri. 2000 — Brat 2 — rolu özü. 2000 — 33 kvadrat metr — özü kimi (epizod "avtomobilin çəkinin") 2004 — Məhəllə 2 Moskvada — polis. 2005 — Türk turbit — Danchenko.
Valdis Zatlers
Valdis Zatlers (22 mart 1955, Riqa) — Latviya Respublikasının 7-ci Prezidenti (8 iyul 2007 — 8 iyul 2011) olub.
Kadis körfəzi
Kadis körfəzi (isp. Golfo de Cádiz) — Andalusiyanın Atlantik okeanı sahilində və Kadis şəhərinin ətrafında yerləşən körfəz. Cəbəllütariq boğazı və Portuqaliyanın Sent Vinsent burnu arasında yerləşir. Kadis körfəzi 34°N və 37°15'N və 6°W və 9°45'W arasında şimal-şərq Atlantik okeanında yerləşir.
Marina Vladi
Marina Vladi (fr. Marina Vlady; əsl adı və soyadı — Yekatrina Marina Vladimirovna Polyakova-Baydarova, Katrin Marina de Polyakoff-Baydaroff kimi də məşhurdur (fr. Catherine Marina de Poliakoff-Baïdaroff); doğ. 10 may 1938 — rus əsilli fransa aktrisası və müğənnisi. == Həyatı == Fransanın məşhur teatr və kino aktrisası, müğənni Marina Vladi Parisin və Monte-Karlonun opera artisti Vladimir Polyakov-Baydarovun dörd qızından sonbeşiyidir. Atası Moskva Konservatoriyasını bitirsə də, Birinci Dünya müharibəsi başlayanda könüllü olaraq Fransaya döyüşməyə gedir, çünki dul anasının yeganə oğlu olduğundan ruslar onu cəbhəyə göndərmir. Pilot kimi döyüşlərdə iştirak edən Vladimir şücaətinə görə təltif olunur. Müharibədən sonra Fransada qalır, yaxşı səsi olduğuna görə Paris operasına işə qəbul olunur. Marinanın anası Milisa Envald isə mühacir rus generalının qızıdır, ailələri 1919-cu ildə Belqrada köçüb. Balet aktrisası olan Milisa Belqradda Vladimirlə tanış olur, evlənirlər.
Quo Vadis?
Quo Vadis? ( Latın: [kʷoː ˈwaːdɪs]) latınca Hara gedirsən? mənasına gələn ifadədir.Dini mənbələrdə qeyd edirilir ki,Müqəddəs Pyotr İsa peyğəmbəri görərkən ona bu sualı verib.Və "yenidən çarmıxa çəkilmək üçün Romaya" cavabını verir.
2015 Valais kuboku
2015 Valais kuboku — Valais Yay Futbol Kubokunun bir hissəsi olan beynəlxalq futbol turniridir. Oyunlar iyul ayında İsveçrə və Fransada keçirilir. Bu turnir 2014-cü ildəki müsabiqədən sonra üçüncü turnir olmuşdur. Turnir 5 komandanın iştirakı ilə 8 gün ərzində keçirilmişdir.
Fransisko de Paula de Burbon (Kadis hersoqu)
İnfant Fransisk Paul (isp. Carlos María Isidro Benito de Borbón y Borbón-Parma) (10 mart 1794[…] – 13 avqust 1865[…], Madrid) – İspaniya kralı IV Karlın ən kiçik oğlu, İspaniya infantı. O eyni zamanda VII Ferdinandın qardaşı, II İzabellanın isə əmisi və qaynatası idi. Onun İspaniya sarayındakı mükəmməl təhsili Napoleon Bonapartın bölgəni ələ keçirməklə yarım qaldı. 14 yaşında ikən valideynləri və digər ailə üzvləriylə Fransaya aparıldı və 10 il boyunca Marseldə, daha sonra isə Romada sürgündə yaşadı. 1818-ci ildə qardaşı VII Ferdinandın istəyilə sürgündən geri çağırıldı və infant olaraq nüfuz qazandı. İncəsənət və rəssamlıqla məşğul olan Fransisk Paul ertəsi il bacısı Mariya İzabellanın böyük qızı Siciyalı Şarlotta ilə evləndi. Qardaşının vəfatından sonra 3 yaşlı qızı İzabella kraliça, dul qalan kraliça Mariya Kristina isə kraliçanın naibəsi elan edildi. Ancaq baldızı olan naibə, Fransisk Paul və xanımını dövlət idarəsindən uzaqlaşdırdı. Ölkədəki liberal qruplara qoşulan Fransisk Paul və xanımı aktiv müxalifətlə məşğul olmağa başladılar.