Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. == İnzibati əraziləri == Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. == Əhalisi == Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
Okatse kanyonu təbiət abidəsi
Okatse kanyonu təbiət abidəsi ( gürc. ოკაცეს კანიონი ) — Gürcüstanın İmereti bölgəsinə daxil olan Xoni bələdiyyəsində, dəniz səviyyəsindən 520 metr yüksəklikdəki Zeda-Qordi kəndi yaxınlığında yerləşən, Okatse çayının eroziyası nəticəsində yaranmış kanyon. == Morfologiya == Okatse kanyonu təbiət abidəsi 14 kilometr uzunluğundakı Okatse çayının 2 kilometrlik bir hissəsidir. Çay vadisindəki eroziya 3–6 metr, bəzi yerlərdə isə 15–20 metr enində bir kanyon yaratmışdır. Kanyonun dərinliyi 20 ilə 100 metr arasında dəyişir. Kanyonda Kinçxa şəlaləsi təbiət abidəsi də daxil olmaqla bir neçə şəlalə və bir neçə kiçik göl var. Onlardan biri olan Oskapo 60 metr uzunluğundadır. Bəzi yerlərdə kanyon divarları az qala birləşib təbii mağaralar əmələ gətirir. Bunlardan biri Boqa adlanır və bu mağaradan kanyonun dibi görünür. Boqadan aşağıda kanyonun dərinliyi 100 metrə qədər artır.