Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akuşo
Akuşo Tiflis quberniyasının Tioneti qəzasında kənd adı. Qars əyalətinin Batum dairəsində Akusa kənd, Azərbaycanda Cavad qəzasında Akuşa çay (Kürün sağ qolu), Dağıstanda Akuşa çay və kənd adları ilə mənşəcə eynidir. == Mənbə == B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti. Bakı: Nurlan, 2008.
Kuno
Cuno (ing. Juneau) - ABŞ-də şəhər,Alyaska ştatının inzibati mərkəzi. Əhalisi 33,026 min nəfərdir (2015) == Haqqında == Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Cuno bələdiyyəsi ərazisinin tərkibinə boğazın qarşı sahilində yerləşən Aleksandr arxipilaqındakı Duqlas adası da daxildir (1970-ci ildən).
Antuan Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Kapitan Kusto
Jak-İv Kusto (Jacques-Yves Cousteau) (d. 11 iyun 1910 - ö.25 iyun 1997), Fransız okean mütəxəssisi, dəniz zabiti və kino rejissoru. Kapitan Kusto adıyla tanınan Jak-İv Kusto 1910-cu ildə Fransada doğulub. İxtiraçılar okeanı fəth etmək üçün hər zaman cəsarətli ideyalar irəli sürüblər. Hələ eramızdan əvvəl IV əsrdə Aristotel üzüaşağı çevrilmiş qazandan istifadə edib onun içərisindəki havanın köməyi ilə suyun altında nəfəs alan dalğıcları təsvir edib. Bü cür suyadalma üsulu birinci dalğıc günbəzinin yaradılması üçün nümunə olub. Son bir neçə əsrdə insanlar cürbəcür materiallardan çoxlu sayda dalğıc kostyumu yaradaraq sınaqdan keçiriblər. Amma bu kostyumların çoxunun çəkisi ağır, özü isə narahat olub, dalğıcın suyun dibinə müstəqil enməsinə imkan verməyib. 1943-cü ildə iki fransız – tədqiqatçı Jak-İv Kusto və mühəndis Emil Qanyan "sualtı ağ ciyər" – akvalanq ixtira edərək okeanın öyrənilməsi sahəsində əsl inqilab edirlər. Kifayət qədər yığcam və rahat aparat olan akvalanq suyun altında müstəqil hərəkət etməyə imkan verir.
Kurno oliqopoliyası
Kurno oliqopoliyası — bazar rəqabətinin iqtisadi modeli. Onu formalaşdıran fransız iqtisadçısı A. Kurnonun (1801-1877) şərəfinə adlandırılmışdır. Modelin əsas müddəaları: Bazarda eyni adlı iqtisadi məhsul istehsal edən sabit sayda N > 1 {\displaystyle N>1} firma var; Bazara daxil olan və çıxan yeni firmalar yoxdur; Firmaların bazar gücü var. Qeyd: Kurno özü bazar gücünün nə olduğunu bilmirdi. Bu termin sonradan ortaya çıxdı; Firmalar mənfəətlərini maksimuma çatdırır və əməkdaşlıq olmadan fəaliyyət göstərir. N {\displaystyle N} bazarındakı firmaların ümumi sayının bütün iştirakçılara məlum olduğu güman edilir. Hər bir firma öz qərarını verərkən digər firmaların məhsuldarlığını verilmiş parametr (sabit) kimi qəbul edir. Firmaların məsrəf funksiyaları c i ( q i ) {\displaystyle c_{i}(q_{i})} müxtəlif ola bilər və həmçinin bütün iştirakçılara məlum olduğu güman edilir. Tələb funksiyası malın qiymətinin azalan funksiyasıdır. Malın qiyməti sektoral bazarın tarazlıq qiyməti kimi verilir (sahə təklifinin dəyəri eyni qiymətdə verilmiş iqtisadi əmtəəyə olan tələbin dəyərinə bərabərdir).
Kusko krallığı
Kusko krallığı (keçya dilində: Qusqu, ispan dilində: Cusco (Cuzco)) — 1197-14380 - And dağlarında mövcud olmuş, çox da böyük olmayan dövlət, XII əsrə yaxın inklər tərəfindən əsası qoyulmuş şəhər dövlət. Zaman keçdikcə müharibələr və ya dinc assimilyasiya vasitəsilə krallıq öz ərazisini genişləndirərək inklərin imperiyasına çevrilmişdir. == Tarixi == Kusko ərazisində inklər XII əsrə yaxın tayfa kimi görünmüşlər. Manko Kapakanın rəhbərliyi ilə onlar tezliklə Kusko şəhər-dövlətinin əsasını qoymuşlar. 1438-ci ildə İnk imperiyasının doqquzuncu hökmdarı Paçakutinin (1438-1471) rəhbərliyi ilə fəal işğalçılıq siyasətinə başlamışlar. Tezliklə Paçakuti Andın bütün ərazisini işğal etməyə müvəffəq oldu. Paçakuti Kusko krallığını imperiyaya çevirdi, o, federal idarəetmə sistemi yaratdı, bu idarəetmə sistemi mərkəzi hökumətdə inklərlə birlikdə dörd əyalətin yerli güçlü liderlərinin də təmsil olunmasına imkan yaradırdı. Mülahizələrə görə Maçu-Pikçu şəhərinin əsası da Paçakuti tərəfindən qoyulmuşdur. == Hökmdarları == Tarixi mənbələrə əsasən Kusko krallığının hökmdarları aşağıdakılar olmuşdur: Manko Kapak - (1200-1230) Sinçi Roka - (1230-1260) Loke Yupanki - (1260-1290) Mayta Kapak - 1290-1320 Kapak Yupanki - 1320-1350 Inka Roka - 1350-1380 Yauar Uakak - 1380-1410 Virakoça İnka - 1410-1438Kusko krallığının ilk hökmdarlarının adları məlum deyil, sonralar Kapak səhra komandiri, Sinçi lider mənasında işlənilmişdi. Sülalənin əsasının 1200-cü ildən başlandığı ehtimal olunur.
Antuan Ogüsten Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Jak-İv Kusto
Jak-İv Kusto (Jacques-Yves Cousteau) (d. 11 iyun 1910 - ö.25 iyun 1997), Fransız okean mütəxəssisi, dəniz zabiti və kino rejissoru. Kapitan Kusto adıyla tanınan Jak-İv Kusto 1910-cu ildə Fransada doğulub. İxtiraçılar okeanı fəth etmək üçün hər zaman cəsarətli ideyalar irəli sürüblər. Hələ eramızdan əvvəl IV əsrdə Aristotel üzüaşağı çevrilmiş qazandan istifadə edib onun içərisindəki havanın köməyi ilə suyun altında nəfəs alan dalğıcları təsvir edib. Bü cür suyadalma üsulu birinci dalğıc günbəzinin yaradılması üçün nümunə olub. Son bir neçə əsrdə insanlar cürbəcür materiallardan çoxlu sayda dalğıc kostyumu yaradaraq sınaqdan keçiriblər. Amma bu kostyumların çoxunun çəkisi ağır, özü isə narahat olub, dalğıcın suyun dibinə müstəqil enməsinə imkan verməyib. 1943-cü ildə iki fransız – tədqiqatçı Jak-İv Kusto və mühəndis Emil Qanyan "sualtı ağ ciyər" – akvalanq ixtira edərək okeanın öyrənilməsi sahəsində əsl inqilab edirlər. Kifayət qədər yığcam və rahat aparat olan akvalanq suyun altında müstəqil hərəkət etməyə imkan verir.
Fubuki Kuno
Fubuki Kuno (d. 27 dekabr 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kuno fon Klebelsberq
Kuno fon Klebelsberq (alm. Kuno von Klebelsberg‎; 13 noyabr 1875 – 12 oktyabr 1932, Budapeşt) ― Macarıstan hüquqşünası və siyasətçisi, qraf, müharibə illərində Macarıstan krallığının daxili işlər naziri (1921-1922) və mədəniyyət naziri (1922-1931). 1917-1932-ci illərdə Macarıstan Tarix Cəmiyyətinə rəhbərlik etmişdir. == Həyatı == Klebelsberq, Avstriya-Macarıstanın Madyarpeçika şəhərində (indiki Peçika, Arad judetsi, Rumıniya) anadan olmuşdur. Birinci Dünya Müharibəsi, Trianon müqaviləsinin imzalanması və vətəndaş müharibəsinin dağıdıcı nəticələrindən sonra Macarıstan böhran içində idi. Klebelsberq 1921-ci ildə növbəti ilə qədər daxili işlər naziri vəzifəsinə təyin olunur. Daha sonra o, mədəniyyət naziri olur (1922-1931) və Macarıstanda təhsil sahəsində bir çox islahatlar həyata keçirir. Klebelsberq kənd yerlərində ibtidai məktəblərin yaradılmasında iştirak edir, bir çox universitetin müasirləşdirilməsinin təşəbbüskarı olur və "Kollegium Unqarikum"u" təşkilatını yaradır. Bu təşkilat xaricdə mədəniyyət sahəsində fəaliyyət göstərirdi və məqsədi digər ölkələrdə Macarıstan mədəniyyəti haqqında məlumatlılığı inkişaf etdirmək idi. Klebelsberq tələbələrə təqaüd verən mütərəqqi siyasəti tətbiq etməklə də məşhur idi.