Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Badi Valastro
Bartolo "Badi" Valastro - italyan əsilli amerikalı tanınmış şef, televiziya veriliş qəhrəmanı. Özünün şəxsi Karlonun şirniyyat evi adlı mağazası vardır. Badi Valastro ilk dəfə 2009-cu ildən efirə çıxmış "Tort şefi"(Cake Boss) televiziya həyatına başlayıb. Daha sonra "Mətbəx şefi"(Kitchen Boss) (2011), "Şirniyyat evi xilasedicisi Badi" (Buddy's Bakery Rescue) (2013) verilişləri yayımlanıb.
Allin Vlasenko
Allin Qriqoryeviç Vlasenko (ukr. Аллі́н Григо́рович Вла́сенко; 30 iyun 1938, Çelyabinsk – 23 noyabr 2021, Kiyev) — Sovet və Ukrayna dirijoru, Ukrayna SSR-nin əməkdar artisti, Ukraynanın xalq artisti (2000), Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının professoru. == Həyatı == Allin Vlasenko zabit ailəsində anadan olub. Valideynlərinin, qohumlarının gözəl səsləri olduğu üçün uşaqlıqdan ukrayna mahnılarının melodiya, ahəngi və ruhunu mənimsəyib. == Təhsili == Vlasenko, Xarkovda (atasının xidmət yerində) musiqi məktəbinin fortepiano sinfində təhsil alıb və uşaq xorunda solist olub. Musiqiçi olmağında ona Xarkov Konservatoriyasının o vaxtkı rektoru Vladimir Komarenko ilə tanışlığı kömək edib. Konservatoriyanın nəzdində müəllim Q.Rıkovla birlikdə xüsusi onillik musiqi məktəbində, klarnet sinfinin orkestr şöbəsində təhsil alıb. === Konservatoriya, aspirantura === Allin Vlasenko, 1958-ci ildə Xarkov Konservatoriyasının orkestr şöbəsinə daxil olub. Üçüncü kursda Xarkov Opera Teatrının simfonik orkestrinin klarnet qrupunun rəhbəri olub. Onun dirijorluğa üçüncü kursdan həvəsi olub.
Vlatko Lozanoski
Vlatko Lozanoski (mak. Влатко Лозаноски) — 27 iyun 1985-ci ildə Makedoniyanın Kiçevo şəhərində anadan olan və daha çox "Lozano" ləqəbi ilə tanınan Makedoniyalı müğənni. Vlatko Lozanoski Esma Recepova ilə birlikdə 2013 Avroviziya Mahnı Müsabiqəsində Makedoniyanı "Pred Da Se Razdeni" mahnısı ilə təmsil edib. Onlar 2-ci yarımfinalda—16 may 2013-cü il tarixində 3-cü nömrə altında çıxış etdilər və 28 xalla ən sonuncu—16-cı yerdə qərarlaşaraq finala keçə bilməyiblər. Bu da Makedoniyanın Avroviziya tarixində ən pis nəticəsi oldu.