Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Livanın dövlət quruluşu
Livanın dövlət quruluşu - 1926-cı ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Livan parlament formasında idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1943) 22 noyabr tarixində qeyd olunur. Ölkə Konstitusiyası 23 may 1926-cı ildə qəbul edilmişdir. Bütün dini konfessiaların dövlətin idarə edilməsində iştirakını təmin etmək məqsədilə, xristian və müsəlman icmaları liderlərinin 1943-cü ildə imzaladıqları Milli Pakta əsasən ölkənin Prezidenti yalnız xristian maronit, Baş nazir sünni-müsəlman, Parlamentin sədri şiə-müsəlman, onun müavini isə pravoslav olmalıdır. == İnzibati ərazi bölgüsü == Livan Respublikası - hər biri bir şəhəri (Beyrut, Cubeyl, Tripoli, Bəaləbək, Sayqa, Nəbatiyyə) və bir neçə kəndi birləşdirən 25 qəzadan ibarət olan 6 əyalətə (Beyrut, Dağlıq Livan, Şimali Livan, Cənubi Livan, Bəqa və Nəbatiyyə mühafazalarına) bölünür. == Dövlət başçısı == Prezident Parlament tərəfindən, bir dəfədən çox olmamaqla 6 il müddətinə seçilir. Dövlət başçısı Milli Məclisin təqdimatı ilə Baş naziri və onun 1-ci müavinini təyin edir. Livanda tolerantlığın və milli birliyin rəmzi olan Prezident - Milli Məclisin hazırladığı və qəbul etdiyi qanunvericilik aktlarını dərc etmək, qanunların icrası məqsədilə əlavə qaydalar müəyyən etmək, beynəlxalq saziş və müqavilələri ratifikasiya etmək və s. mühüm səlahiyyətinə malikdir.