Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dendrit
Dendrit (yun. déndron, azərb. ağac‎) — neyronun 2 çıxıntısından biri olan qısa və çox şaxələnən çıxıntılardır. Sinir impulsları bu hüceyrələrlə daxil olur.
Nefrit
Yəşim — qiymətli mineral daş. == İnsan orqanizminə əhəmiyyəti == Yəşimin digər adı - nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.
Nefrit (xəstəlik)
Nefrit (yun. νεφρός — böyrək) — müxtəlif etiopatogenezi, hər birinin özünəməxsus patomorfoloji və klinik xüsusiyyətləri olan böyrəklərin iltihabı xəstəlikləri qrupu. Nefrit böyrəklərdə glomeruli, borucuqları və ya interstisial böyrək toxumasını əhatə edən yerli və ya diffuz proliferativ və ya destruktiv proseslərə aiddir. Mənşəyinə görə ilkin nefrit (böyrəklərin ilkin patologiyası) və ikincili nefrit (başqa patoloji proseslə əlaqədar yaranan - şəkərli diabet, amiloidoz, birləşdirici toxuma sistemli xəstəlikləri, miyeloma xəstəliyi və s.) fərqlənir. == Növləri == Qlomerulonefrit İnterstisial nefrit (və ya tubulo-interstisial nefrit) böyrək borucuqları arasındakı boşluqların iltihabıdır. == Səbəbləri == Nefrit tez-tez infeksiyalar və toksinlərdən, lakin ən çox böyrəklər kimi əsas orqanlara təsir edən otoimmün xəstəliklərdən qaynaqlanır. Pielonefrit — böyrəklərdə sidik yollarının infeksiyası nəticəsində yaranan iltihab. Lupus nefrit, immun sistemi xəstəliyi olan sistemik lupus eritematosusun (SLE) səbəb olduğu böyrəklərin iltihabı. İdman nefriti ağır idman nəticəsində baş verən nefritdir. Məşqdən sonra qanlı sidik, qırmızı qan hüceyrələrinin zədələnməsi və onların yırtılmasına səbəb olan və hemoglobinin sidikdə ifraz olunmasına səbəb olan gedişli hemoglobinuriya ilə də bağlı ola bilər.
Optik nevrit
Optik nevrit- Optik nevrit görmə sinirinin kəskin demielinləşməsidir. Çox hallarda DS ilk dəfə optik nevrit ilə təzahür edir. Bəzi hallarda optik nevritin həmləsi simptomsuz olur. Digər hallarda isə o, göz ətrafında olan ağrılar və görmə qabiliyyətinin yayğınlıq, rənglərin çətin ayırd edilməsi kimi pozuntusu ilə müşahidə olunur. Hər bir ağrı ilə müşahidə olunan, ya olmayan görmə problemi olan pasiyent oftalmoloqun müayinəsindən keçməlidir. Başqa səbəbi olmayan optik nevrit diaqnozu müəyyən edilirsə və pasiyentdə Dağınıq skleroz ehtimalı varsa, bunu pasiyentlə müzakirə etmək və pasiyenti nevroloqa göndərmək lazımdır.
Nedri (Bicar)
Nedri (fars. ندري‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (19 ailə). Əhalisini kürdlər təşkil edir.
Nerit sahə
Nerit sahə — Dünya okeanının dayaz hissəsi. Materik dayazlığında yerləşir. Suyun güclü hərəkətliliyi, temperaturun dəyişgənliyi, günəş işığının xeyli yayılması, bitki və heyvanat aləminin müxtəlifliyi ilə səciyyələnir. Nerit sahədə əsasən, qırıntı materialları (çaqıl daşı, qabıq əhəngdaşı) toplanır. == Nerit çöküntüləri == Dayaz dəniz çöküntüləri. Nerit sahədə əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir. Nerit çöküntülər kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının çoxluğu ilə xarakterizə olunur.
Nerit zona
Nerit zona- (yun.nerites-dəniz molyusku)- Dənizin qabarma zamanı ən hündür səviyyəsindən 200 metr dərinliyə qədər olan zonasıdır,ümumiyyətlə materik dayazlığı ilə uyğun gəlir.Nerit zona yaxşı işıqlanması,oksigen ilə zəngin olması,suyun güclü hərəkəti,bitki və heyvanlar aləminin müxtəlif olması ilə fərqlənir.
Nerit çöküntülər