Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ordino
Ordino (Andorra) — Andorrada yerləşən şəhərlərdən biridir. Ordino (Rusiya) — Rusiyada yaşayış məntəqəsi. Ordino (futbol klubu) — futbol klubu.
Vedeno
Vedeno (çeç. Ведана) — Çeçenistan Respublikasında, Vedeno rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Vedeno rayonunun və Vedeno kənd sovetliyinin mərkəzidir. Vedeno kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Kənd Vedemo rayonunun mərkəzində, Xulxulau və Axkiçu çayları arasında yerləşir. Qroznı şəhərindən 67 km cənub-şərqdədir. Kənd faktiki olaraq şimal-qərbdə Zelamxin-Kotar, cənub-şərqdə isə Dışne-Vedemo kəndlərinə birləşmişdir. Yaxınlığında yerləşən digər yaşayış məntəqələri: cənub-qərbdə Neftyanka, qərbdə Eşilxatoy, şimal-şərqdə Ersenoy. Kənd ərazisi dəniz səviyyətindən ortalama olaraq 722 metr yüksəklikdə yerləşir. Kəndin cənub hissəsindən Xoroç silsiləsi keçir.
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. == Coğrafiyası == Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Klaudia Verdino
Klaudia Verdino (28 noyabr 2001) — Monakolu üzgüçü. Klaudia Verdino Monakonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Klaudia Verdino birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:29.27 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 31-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Ordino (Andorra)
Ordino — Andorrada yerləşən şəhərlərdən biridir. Şəhər əhalisi 2005-ci il hesablamalarına görə 3309 (üç min üç yüz doqquz) nəfərdir.
Vedeno rayonu
Vedeno rayonu (Çeçen. Веданан кlошт) Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Vedeno kəndidir. == Coğrafiya == Vedeno rayonu, respublikanın cənub-şərqindəki dağlıq ərazidə yerləşir. Rayonun sahəsi 956 km² təşkil edir. Vedeno rayonu dağlıq bölgədir və buna görə də iqlim şəraiti şaquli rayonlaşma ilə fərqlənir. Bölgənin şimalında 1000 metr hündürlükdə, iqlimi mülayim kontinental, isti yay və mülayim qış, cənubda yüksəlmə ilə əlaqədar olaraq iqlim daha az kontinental olur və rayonda sərin yay və mülayim soyuq qış müşahidə olunur. Rayonun şimal hissəsində dağ-meşə, qəhvəyi, qarışıq-karbonatlı torpaqlar, bölgənin şimal-şərqində dağ-meşə, boz-qəhvəyi torpaqlar inkişaf etmişdir. Bölgənin cənub hissəsində dağ çəmənliyi zəif podzol, dağ çəmən, subalp, dağ çöl torpaqları inkişaf etmişdir. == Əhali == Əhali sıxlığı 1 km²-ə 41.91 nəfərdir.