Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Morskoy Setnoy
Morskoy Setnoy — Xəzər dənizinin şimal-qərnində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisində yerləşir.
Morskoy adası
Morskoy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində yerləşir. Neudaç buxtasında sahillərini yuyur. Bolşevik adasının şərq sahillərinə yaxın ərazidə yerləmir. Qərbində Blizkiy adası yerləşir. Blizkiy adası Morskoy adasından nisbətən iridir. Bu iki ada arasında Neudaç buxtası yerləşir. Bu hissədən buxtaya Neojıdannaya çayı tökülür. Ada şimal-şərqdən cənub-qərbə doğru uzanır.
Vienna
Vyana (alm. Wien‎, bav. Wean, ing. Vienna) — Avstriyanın paytaxtı, ən böyük şəhəri və 9 federal əyalətindən biri. 2 milyondan çox əhalisi ilə Avstriyanın ən böyük şəhəri statusuna malikdir. Daha böyük aqlomerasiya rayonu təqribən 2,9 milyon əhaliyə ev sahibliyi edir ki, bu rəqəm də ölkənin əhalisinin təxmini üçdə birinə bərabərdir. Vyana ölkənin mədəni, iqtisadi və siyasi mərkəzi, Avropa İttifaqının əhalisinə görə 5-ci ən böyük şəhəri və Dunay çayının üzərindəki şəhərlər arasında ən sıx məskunlaşılan şəhəridir. Şəhər Vyananı Avstriyanın ucqar qərb hissələrindən ayıran Apl dağlarının ən şimal-şərq təpələri olan Vyana meşələrinin şərq kənarında, Pannoniya hövzəsinə keçiddə yerləşir. Dunay çayının üzərində yerləşən şəhərə Vyana çayı tərəfdən keçilir. Vyana tamamilə Aşağı Avstriya ilə əhatə olunub və Slovakiyanın, həmçinin paytaxtı Bratislavanın təxminən 50 km qərbində, Macarıstanın 60 km şimal-qərbində, eləcə də Moraviyanın (Çexiya) 60 km cənububda yerləşir.
Vyenna
Vyenna (fr. Vienne) — Fransanın qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 86. İnzibati mərkəzi —Puatye. Əhalisi — 438 566 nəfər (departamentlər arasında 56-cı yer, 2010-ci ilin məlumatları). Ərazisi — 6990 km². Departamentin ərazisində Vyenna və Şaranta çayları axır. Departamentə 3 rayon, 38 kanton və 281 kommun daxildir. Vyenna — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Adı Vyenna çayından gəlir.
Donskoy
Donskoy — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Venlo
Venlo - Niderlandda yerləşən şəhər. Venloda şəhər əhalisi əsasən niderlandlıdılar. Ancaq onlarla yanaşı almanlar, türklər və mərakəşlilərdə sayca çoxluq təşkil edir.Əsas din cərəyan katoliqlərdir. Şəhər XI əsrdə yaradılıb. Hanza ittifaqına daxil olub. 1839-1866-cı illərdə Lüksemburqun tərkibinə daxil olub.Sonradan Niderlanda qaytarılıb. I və II dünya müharibəsində Almaniyanın əsas hava aviasiyası burda yerləşib. Əsasə ticarət şəhəridir. Buraya Fransa və Almaniyadan çoxlu turistlər gəlir. Dəmir və avtomobil yolları ilə Avropanın digər şəhərləri ilə əlaqə saxlanılır.
Venon
Venon (fr. Venon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Marten-d'Er kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38533. Kommunanın 2012-ci il üçün əhalisi 732 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 7 km şərqdə yerləşir.
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Vonna
Vonna (fr. Vonnas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şantiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01457. 2010-cu ildə əhalinin sayı 2790 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər arasında (15–64 yaş) 155 nəfər iqtisadi cəhətdən fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 76,4%, 1999-cu ildə 80,5%). 155 fəal sakindən 142 nəfər (78 kişi və 64 qadın) işləyir, 13 nəfər işsizdir (3 kişi və 10 qadın). Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Windows Vienna
Windows 7 — Microsoft tərəfindən hazırlanmış Windows NT əməliyyat sisteminin əsas buraxılışıdır. O, 22 iyul 2009-cu ildə istehsala buraxıldı və 22 oktyabr 2009-cu ildə ümumi istifadəyə verildi. Bu, təxminən üç il əvvəl buraxılmış Windows Vista-nın varisidir. O, fərdi kompüterlərdə, o cümlədən ev və iş stolüstü kompüterlərində, noutbuklarda, planşet kompüterlərində və media mərkəzi kompüterlərində istifadə üçün əməliyyat sistemi olaraq qaldı və özü 2012-ci ilin noyabrında məhsulun üç ildən çox müddətə işləndiyi Windows 8 ilə əvəz olundu. 9 aprel 2013-cü il tarixinədək Windows 7-nin orijinal buraxılışına yeniləmələr və texniki dəstək daxildir, bundan sonra istifadəçilərin dəstək və yeniləmələri alması üçün Service Pack 1-in quraşdırılması tələb olunurdu. Windows 7-nin server həmkarı Windows Server 2008 R2 eyni vaxtda buraxıldı. Genişləndirilmiş dəstək Windows 7-nin buraxılmasından on il sonra, 14 yanvar 2020-ci ildə başa çatdı, bundan sonra əməliyyat sistemi əlavə yeniləmələri almağı dayandırdı. Müəssisələr üçün ödənişli dəstək proqramı mövcud idi və Windows 7 üçün təhlükəsizlik yeniləmələrini rəsmi istifadə müddəti bitdikdən sonra üç ilə qədər təmin edirdi. Windows 7 əməliyyat sisteminin özü də Microsoft şirkəti tərəfindən bir neçə modifikasiyada buraxılır. Windows 7 əməliyyat sisteminin aşağıdakı modifikasiyaları var: Windows 7- in ilkin versiyası sayılır.
Yuxarı Vyenna
Yuxarı Vyenna (fr. Haute-Vienne, oks. Nauta-Vinhana) — Fransanın qərbində yerləşən, Yeni Akvitaniya regionun depatametlərindən biri. Sıra nömrəsi — 87. İnzibati mərkəzi — Limoj. Əhalisi — 384 781 nəfər (departamentlər arasında 64-cü yer, 2010-ci ilin məlumatları). Ərazisi — 5520 km². Departamentin ərazisində Vyenna və Şaranta çayı axır. Departamentə 3 rayon, 42 kanton və 201 kommun daxildir. Yuxarı Vyenna — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir.
Morso
Morso — Laqunanın yerli adı olub Xəzər dənizinin Lənkəran ovalığı sahilboyunda qum tirələri ilə dənizdən ayrılmış qapalı dayaz su sahəsinə deyilir. Adətən Morsoya çay töküldüyündən suyu çox da şor olmur. Məsələn, Lənkəran şəhərindən şimalda yerləşən Gamışovan gölü Morsodur.
Dmitri Donskoy
Dmitri İvanoviç Donskoy (rus. Дмитрий Иванович Донской; 12 oktyabr 1350, Moskva, Böyük Moskva Knyazlığı – 19 may 1389, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1359–1389). Dmitrinin hakimiyyəti illərində Moskva knyazlığı rus torpaqlarının birləşməsinin əsas mərkəzlərindən birinə çevrildi və Vladimir Böyük knyazlığı Moskva knyazlarının irsi mülkiyyətinə çevrildi, Tver və Smolensk knyazlıqlarının təsiri buradan çıxdı. Qızıl Orda üzərində mühüm hərbi qələbələr qazanıldı. Ağ daşlı Moskva Kremli də onun dövründə tikildi. Knyazın tərcümeyi-halı və onun hakimiyyəti haqqında məlumatlar XIV əsrə aid anonim ədəbi abidədə "Rusiya çarı Böyük knyaz Dmitri İvanoviçin həyatı və istirahəti haqqında söz"də ətraflı təsvir edilmişdir. Dimitri İvanoviç 1380-ci ildə Qızıl Orda sərkərdəsi Mamay xana Don çayı sahilində Kulikovo döyüşündə qalib gəlib, Qızıl Orda qoşunlarını darmadağın etmişdir. Bu qələbəyə görə ona "Donskoy" ləqəbi verilmişdir.
Donskoy Çulek
Donskoy Çulek, yuxarı və orta axarlarda Donskoy Çulek axarı — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Myortvı Dones çayının sağ qolunu təşkil edir. Don deltasından axan əsas qollardan biridir. Uzunluğu 26 km, hövzəsinin sahəsi isə 186 km² təşkil edir. Mənbəyinin hündürlüyü 100,4 metr. Mənsəni isə 0,4 metr təşkil edir. Düşmə meyli 3,9 m/km təşkil edir. == Axını == Çay öz başlanğıcını Tuzlov çayı ilə su ayrıcı yolunu oynayan ərazidən götürür. İnzibati cəhətdən Rostov vilayətinin Myaskinovski rayonu Karpo-Nikolaevka kəndi ərazisindən başlayır. Karpo-Nikolaevka kəndinin cənubundan, Krasnı Krım yolundan başlayır.
Morakay (Əbyəlil)
Morakay kəndi (başq. Мораҡай) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Bayım kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Morakay kəndinin milli tərkibi: başqırdlar 98%. Məsafələr: rayon mərkəzindən (Askorovo): 79 km., kənd sovetliyindən (Xəlil): 12 km. ən yaxın dəmiryol stansiyasından (Morakay stansiyası): 2 km. Совет муниципальных образований Республики Башкортостан.
Vonn
Vonn (fr. Vongnes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Viryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01456. 2010-ci ildə əhalinin sayı 74 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 45 nəfər arasında (15-64 yaş) 26 nəfər İqtisadi cəhətdən fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 57.8%, 1999-cu ildə - 72.4%). Aktiv sakinlərdən 26 nəfəri (15 kişi və 11 qadın) çalışdı, işsizlər yox idi. 19 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsiz idi.
Haruka Tenno
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
II Vonon
II Vonon — 51-ci ildə hökmranlıq etmiş Parfiya çarı. Arşakilər sülaləsindən idi. II Vononun adı yalnız Korneli Tasit tərəfindən çəkilir. O, Vononun taxta çıxmazdan əvvəl Midiya hökmdarı olduğunu iddia edir, lakin onun arşakilərlə hansı qohumluq əlaqələrinə malik olduğunu dəqiqləşdirə bilməmişdir. İosif Flavi Vononun adını ümumiyyətlə çəkmir. Onun sözlərinə görə, II Qotarzın yerinə bilavasitə qardaşı I Vologez gəlmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Дибвойз Н. К. Политическая история Парфии / Пер. с англ., науч. ред. и библиографич.
Moeno Sakaquçi
Moeno Sakaquçi (d. 4 iyun 1992) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 10 oyun keçirib, 1 qol vurub.
Villar-Bonno
Villar-Bonno (fr. Villard-Bonnot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38547. Kommunanın 2012-ci il üçün əhalisi 7325 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 448 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənubda, Qrenobldan 14 km şimal-qərbdə yerləşir.
Yasuyuki Konno
Yasuyuki Konno (d. 25 yanvar 1983) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 87 oyun keçirib, 2 qol vurub.
Yuyko Konno
Yuyko Konno (d. 10 oktyabr 1980) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Moskov papirusu
Moskva şəhərində A.S Puşkin adına Təsviri İncəsənət Muzeyinda saxlanılan Qədim Misir riyazi papirusu, digər adı Qolenişşevin riyazi papirusu – məlum olan qədim riyazi mətnlərdən biri. Bizim eradan əvvəl 1850-ci ilə yaxın tərtib olunmuşdu və buna görə də öz qədimliyi ilə digər məşhur riyazi məsələlərin həllinə həsr olunmuş Rinda Papirusu adlanan (və ya Ahmes Papirusu) və bizim eradan əvvəl 1650-ci ilə yaxın yazılan Qədim Misir mətnindən üstündür. Beləliklə, Moskva Papirusu Rinda Papirusundan təxminən 200 yaş böyükdür.
Valentin Moşkov
Valentin Aleksandroviç Moşkov (rus. Валенти́н Алекса́ндрович Мошков; 6 aprel 1852 - 19 noyabr 1922) — Rusiya etnoqrafı, general-leytenant. Valentin Aleksandroviç Moşkov 6 aprel 1852-ci ildə anadan olmuşdu.5 avqust 1868-ci ildə Peterburq hərbi gimnaziyasını bitirmişdi.Sonra yunker kimi Konstantin hərbi məktəbə daxil olmuşdu.11 avqust 1871-ci ildə podporuçik rütbəsi almışdı.17 iyun 1873-cü ildə ştabs-kapitan rütbəsinə layiq görülmüşdü. İlk defa Qaqauz adı 1817-ci ildə Rusiya kameral siyahılarında qeyd edilmişdir. Rus ordusu generalı Valentin Moşkov (1852 – 1922), Besarabiya qaqauzlarının dili və mədəniyyəti ilə ilgilenmiş və nəticədə “Qagauzı benderskogo uyezda” adlı kitab yazmışdı. Valentin Moşkov 19 noyabr 1922-ci ildə Sofiya şəhərində vəfat edib. Valentin Moşkovun Dmitri,Vladimir adlı oğlanları, Yuliya və Zinaida adlı qızları vardı. «Материалы для характеристики музыкального творчества инородцев Волжско-Камского края» // ru:Известия Общества археологии, истории и этнографии при Императорском Казанском университете. - 1893. - Т. XI, вып.
İrakli Morkov
İrakli İvanoviç Morkov (rus. Ираклий Иванович Морков; 1753–1828) — Rusiya hərbçisi, Həştərxan quberniyasının general-qubernatoru, qraf (1796). İrakli İvanoviç Morkov 1753-cü ildə Rusiyada anadan olmuşdu. Moskva quberniyası zadəganlarındandır. 1798-ci ildən 1799-cu ilədək Həştərxan quberniyasının general-qubernatoru olmuşdu. İrakli Morkov 1828-ci ildə Rusiya imperiyasının Moskva şəhərində vəfat etmişdi.