Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yekaterina Volkova
Yekaterina "Katya" Volkova (2 iyul 1997, Vantaa) — Finlandiyanı təmsil edən rus əsilli bədii gimnast. Yekaterina Volkova 2016-cı ildə Finlandiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yekaterina Volkova 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 67.515 xal topladı və 21-ci yeri tutaraq mübarizəni dayandırdı.
Yuliya Volkova
Yuliya Oleqovna Volkova (rus. Юлия Олеговна Волкова; 20 fevral 1985, Moskva) — T.A.T.u. qrupunun üzvü olan Rusiya müğənnisi.
Anjela Volkova
Anjela Volkova (29 iyun 1974) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Anjela Volkova 1974-cü il iyunun 29-da anadan olub. == Karyerası == Anjela Volkova 1999-cu ildə Seul şəhərində (Cənubi Koreya), 2002-ci ildə Lissabon şəhərində (Portuqaliya) və 2003-cü ildə Havana şəhərində (Kuba) baş tutan Dünya Çempionatlarının, həmçinin 2002-ci ildə St. Peterburq şəhərində (Rusiya) və 2003-cü ildə Burj şəhərində (Fransa) baş tutan Avropa Çempionatlarının bürünc medallarına sahib olub.
Anastasiya Volkova
Anastasiya Volkova (təq. 1992, Ukrayna) — kənd təsərrüfatı yenilikçisi. Peyk və avtonom dron texnologiyasından istifadə edərək, bitkilərdə xəstəliklərin erkən göstəricisini təyin edə bilir. O, Ukrayna, Polşa və Avstraliyada təhsil alıb. 2020-ci ildə o, Ukraynadakı Flurosat şirkəti ilə biznes əlaqələrinə görə Avstraliyada yaşayırdı. Onun fəaliyyəti BBC və MIT Technology Review tərəfindən tanınıb və 2020-ci ildən etibarən əhəmiyyətli maliyyə vəsaiti alır. == Həyatı == O, Kiyevdə ali təhsilini başa vurduqdan sonra, magistr dərəcəsi almaq üçün Polşaya yollanıb. Üç il Avstraliyada yaşadıqdan sonra o, doktorluq dərəcəsini 2018-ci ildə Sidney Universitetində tamamlayıb. Fermerlərə məhsulu haqqında məsləhət vermək üçün peyk şəkillərini təhlil edən Flurosat adlı şirkət quran Anastasiya 2017-ci ildə onun maliyyələşdirməsi üçünA1 milyon dollar təklifini təklif etdi. 2019-cu ilə qədər şirkət 8,6 milyon dollar, o cümlədən Microsoft M12-nin rəhbərlik etdiyi qrupdan 3,2 milyon dollar qazanıb.
Yekaterina Volkova (sənətçi)