HƏYƏCAN

сущ.
1. волнение:
1) нервное возбуждение, сильное беспокойство, вызванное страхом, радостью, ожиданием и т.п. Daxili həyəcan внутреннее волнение, dərin həyəcan глубокое волнение, həyəcanın səbəbi причина волнения
2) массовое выражение недовольства, протеста против чего-л. ; см. iğtişaş . Kütləvi həyəcanlar массовые волнения, kor-təbii həyəcanlar (iğtişaşlar) стихийные волнения, tələbə həyəcanları (iğtişaşları) студенческие волнения
2. тревога:
1) сильное душевное волнение, беспокойство, вызываемое опасением, страхом. Gizli həyəcan скрытая тревога, ürək həyəcanı сердечная (душевная) тревога, həyəcan hissi чувство тревоги
2) опасное положение, опасность; сигнал, извещающий о тревоге. Həyəcan elan etmək объявлять тревогу, həyəcan siqnalı сигнал тревоги, hava həyəcanı воздушная тревога, döyüş həyəcanı боевая тревога
◊ həyəcana gəlmək
1) приходить, прийти в волнение, волноваться
2) испытать, испытывать тревогу, тревожиться, встревожиться; həyəcana gətirmək kimi :
1) волновать, взволновать кого
2) тревожить, встревожить кого ; həyəcana salmaq вызывать, вызвать волнение, приводить, привести в волнение; həyəcan keçirmək испытывать волнение, волноваться; испытывать, ощущать тревогу, тревожиться; həyəcanını gizlətmək скрывать, скрыть волнение (тревогу); həyəcan bürüdü kimi,haranı охватило волнение (охватила тревога) кого, что ; həyəcanı yatırtmaq (boğmaq) подавлять, подавить волнение; həyəcan ötdü (yatdı) волнение прошло (улеглось); həyəcan içində olmaq быть в тревоге (волнении); həyəcanını büruzə verməmək не выдавать своего волнения
HƏYATVERİCİLİK
HƏYƏCANLA
OBASTAN VİKİ
Təşviş (Həyəcan) Pozuntuları
Təşviş həyəcan pozuntusu
Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir. Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15–18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır. Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir. Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir.
Dağlaləsi həyəcanı
Dağlaləsi həyəcanı (nid. tulpenmanie, tulpomanie, tulpengekte və bollengekte) — Hollandiyada Qızıl Dövründə dağlaləsi (tulipa) soğanının qiymətinin anidən yüksəlməsinə verilən ad. Digər analoji hallarla müqayisədə bu nisbətən daha məşhuru hesab edilir. 1637-ci ilin fevral ayı dağlaləsi həyəcanının zirvə nöqtəsi hesab olunur. Həmin vaxt dağlaləsi istehsalı ilə bağlı müqavilələrin qiyməti bir işçinin illik gəlirinin 10 mislinə çatmışdır. Bu xəbər qısa zamanda bütün Hollandiyaya yayılır. Qısa zamanda bütün Avropada sahibkarlığın dağlaləsi növünə böyük maraq formalaşmışdır. Dağlaləsi həyəcanı terminindən indiki vaxtda varlıq qiymətlərinin gerçək qiymətlərindən fərqliləşməsini ifadə edən bir bənzətmə olaraq istifadə edilməkdədir. Dağlaləsi həyəcanının məşhurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" (ing. Extraordinary Popular delusions and the Madness of crowds) adlı əsərin böyük rolu olmuşdur.
Hava həyəcanı siqnalı ilə (film, 1940)
Qızıl həyəcanı
Qızıl hərisliyi, qızıl həyəcanı və ya qızıla hücum (ing. Gold rush) - Amerika Birləşmiş Ştatları və Avstraliyada XIX əsrdən etibarən, yerli əhalinin anidən varlanmaq səbəbi ilə qərbə üz tutması nəticəsində yaranmış kütləvi hərakat. Əsasən qızıl axtaranlar Braziliya, Kanada, Cənubi Afrika kimi ölkələrə səyahət etmişlər. Amerika Birləşmiş Ştatlarının bəzi ştatlarında qızıl axtaranlar tərəfindən kütləvi ekspeditsiyalar təşkil edilmişdir. Bunlara misal olaraq, əsasən dağlıq ərazilərdə, yerləşən Nevada, Montana, Kaliforniya ştatlarını göstərmək olar. Qızıl hərisliyi rəsmi olaraq 1849-cu ildə Nevada ştatının Sierra Nevada dağından başlamışdır. XV-XVI əsrlərdə Amerikanın ispanlar və portuqilyalılar tərəfdindən işğalı konkista başlamışdır. Konkistanın əsas məqsədi Latın Amerikasında olan qızıl səpintilərini tapmaq olmuşdur. 1519-cu ilin 4 martında Ernan Kortesin komandanlığında olan 11 karavella Meksika körfəzinə doğru hərəkətə başladılar. Bu səfərlə Konkistanın tarixində ən amansız səfərlərdən biri başladı.
Toy həyəcanı (film, 2017)
Toy həyəcanı (fr. Le sens de la fête) — rejissor Erik Toledano və Oliver Nakaşa tərəfindən çəkilmiş çəkilmiş fransız komediya filmi. Filmin premyerası 4 oktyabr 2017-ci ildə Fransada baş tutmuşdur. == Süjet xətti == Toy təşkilatçısı olan Maks sifariş edilmiş toyu XVII əsrə aid qalada keçirməlidir. Hər şey onun nəzarəti altındadır — ziyafət, fotoqraf, aşpazlar və ofisiantlar, nə səhv ola bilər ki? Ancaq bildiyimiz kimi, bir şey səhv ola bilərsə, mütləq olacaq. Məsələn: məşhur bir DJ son anda gəlməkdən imtina edə bilər və onun yerinə gətirilmiş musiqiçilər repertuarın nə olduğunu bilmirlər və eyni zamanda da məşhur köhnə mahnıları bilmirlər, eyni zamanda ofisiantların əyinlərinə geyindikləri gülünc geyimlərə görə toyda qarışıqlıqlar başlayır, ya da bir neçə əsr yaşı olan elektrik naqilləri gərginliyə tab gətirməyərək partlaya bilər.

Значение слова в других словарях