Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Volüntarizm
Volüntarizm və ya voliuntarizm (lat. voluntas — iradə) — təbiətin və cəmiyyətin inkişafında başlıca rolu insanın və ya ilahinin iradəsi ilə əlaqələndirən fəlsəfənin idealist istiqamətidir. Assosiativ psixologiyada yeni istiqamətdir. Banisi V.Vundtdur. Volüntarizm, ətraf aləmi mütləqləşdirən və şəxsiyyətin rolunu heçə endirən, iradəsiz və heç nəyə təsir etməyən kimi təsvir edən panteizmə qarşı qoyulur.Qədim ənənələrə əsasən, panteizm taleyin əvvəlcədən müəyyən edilməsi fikrini əsas götürür. Alleqorik mənada volüntarizm, bir növ şəxsiyyətin mühitlə mübarizəsidir. Volüntarizm termini XIX əsrin sonunda sosioloq F.Tyonnis tərəfindən işlənilmişdir. Buna baxmayaraq etika və fəlsəfədə Volüntarist ideyalar daha əvvəllər A.Şopenhauer, F.Nitşe, A.Berqson tərəfindən irəli sürülmüşdür. Volüntarizm — ehtimal edilə biləcək nəticələr və obyektiv şəraiti nəzərə almadan arzuolunan məqsədlərə çatmaq istəyi. Eyni zamanda Qərbdə iqtisadi və siyasi sahədə Volüntarizm tamamilə başqa prinsip nəzərdə tutulur: sosial vı iqtisadi quruluşun bütün cəmiyyətin birbaşa iradəsi ilə və kənradan məcbur edilmədən (bu bir sıra anarxist məktəblərin fikirlərinə yaxındır) formalaşdırılması.
Volüntarizm (siyasət)
Şablon:Libertarianizm Volüntarizm (ing. voluntary — könüllü sözündən) — insan birliyinin bütün formalarının mümkün qədər könüllü olması ilə bağlı siyasi mövqe. Nəticədə, könüllülük inisilizasiya prinsipinə xas olan hər hansı aqressiv zorakılıq və ya məcburiyyətin başlanmasına qarşı çıxır. Bu kontekstdə “təşəbbüs” könüllülərin özünümüdafiəyə qarşı çıxmaması mənasında istifadə olunur. Könüllülük bazar anarxizminin bir formasıdır. Könüllülər dövlət hakimiyyətini konkret coğrafi regionda aqressiv zorakılıq və məcburiyyətdən istifadə üzrə qanuni inhisar kimi müəyyən edir, ona görə də onun tam ləğvini müdafiə edirlər. Əksər könüllülər mülkiyyət hüquqlarını təbii hüquq forması kimi qəbul edirlər ki, bu da məcburiyyətin rədd edilməsinə uyğundur. Könüllülük tərəfdarları da var ki, onlar icma üzvlərinin heç kimə məxsus olmayan torpaqlardan və sərvətlərdən könüllü surətdə istifadə edə biləcəyinə inanırlar, beləliklə, aqressiv zorakılıq və ya məcburiyyətdən istifadə etmədən müqavilələr bağlaya bilərlər.
Valyuntarizm