Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Voroşil Qukasyan
Voroşil Levon oğlu Qukasyan (9 yanvar 1932, Nic, Qutqaşen rayonu – 11 oktyabr 1986, Bakı) — udiəsilli Azərbaycan dilçisi, türkoloq, qafqazşünas, udi dili və alban əlifbası üzrə mütəxəssis, filologiya elmləri doktoru (1973). Voroşil Qukasyan 1932-ci ildə Qəbələ rayonunun Nic kəndində udi ailəsində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Azərbaycan SSRİ Elmlər Akademiyasında çalışıb. 1965-ci ildə "Udi dilinin Nic dialektinin fonetik və morfoloji özəllikləri" mövzusunda namizədlik işini müdafiə edib. 1973-cü ildə "Azərbaycan və udi dilləri arasında əlaqələr" mövzusunda Dilçilik İnstitutunda doktorluq işini müdafiə edib. 1974-cü ildə dərc etdiyi "Udicə-Azərbaycanca-Rusca lüğət" indiyə kimi çağdaş udi dilinin hər iki dialektinin (Nic və Vartaşen) yeganə və ən böyük toplusu olaraq qalır. Ən son elmi işi V. İ. Aslanovla birgə yazdığı "Исследования по истории азербайджанского языка дописьменного периода" (1986) kitabı olub. Elmi işlərinin çoxunu "Q.Voroşil" kimi imzalayırdı. Nic kəndində torpağa basdırılıb.