Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oleq Voronin
Voronin Oleq Vladimiroviç, (mold. Oleg Voronin), — Moldaviyalı sahibkar, rəhbər və siyasi xadim. 4 noyabr 1962 ildə Moldaviya SSR Kriulyanı şəhərində (Criuleni) dünyaya gəlmişdir. Moldaviyalı iş adamı, Moldaviya Respublikasının üçüncü prezidenti Vladimir Voroninin oğludur. Ailəlidir, iki uşağı var, Yekaterina və Aleksey. Voronin Vladimir Nikolayeviç, Oleq Voronin və onun ailəsi öz şəxsi həyatlarını nümayiş etməyi sevmirlər və dəbdəbəli mərasimlərdə iştirak etməkdən çəkinirlər. Konservativ dəyərlərin tərəfdarıdır: “Övladlarıma verdiyim tərbiyə prinsip etibarilə mənim və bacımın aldığı tərbiyədən seçilmir. Eləcə də mənim valideynlərim ənənəvi dəyərlər ruhunda tərbiyə almışlar. Bu dəyərləri mənimsədiyim kimi, onları öz övladlarıma da aşılayacağam" Orta məktəbi 1979-cu ildə Ungenı şəhərində bitirmişdir. 1984-cü ildə Kişinyov Dövlət Universitetinin biologiya fakultəsini „Torpaqşünaslıq“ ixtisası üzrə başa vurmuş, Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti Akademiyasının məzunu olmuşdur.
Vladimir Voronin
Vladimir Voronin (25 may 1941, Korjeva[d], Rumıniya Krallığı[d]) — Moldova Respublikasının 3-cü Prezidenti. Corjova şəhərində anadan olmuşdur.
Voronin burnu
Ader burnu — Şərqi Antarktidada, Mouson yarımadasının şimal nöqtəsində yerləşən burun. Burun Vladimir Voroninin şərəfinə adlandırılmışdır. Çarlz Vilksin ekspedisiya üzvü olan leytenant Vilyam Hadson (1794–1862) 19 yanvar 1840-cı ildə burun yaxınlığında torpaq aşkarlayır. Vilksin xəritəsində burun Keyp Hadson olaraq göstərilir.
Voroşil Qukasyan
Voroşil Levon oğlu Qukasyan (9 yanvar 1932, Nic, Qutqaşen rayonu – 11 oktyabr 1986, Bakı) — udiəsilli Azərbaycan dilçisi, türkoloq, qafqazşünas, udi dili və alban əlifbası üzrə mütəxəssis, filologiya elmləri doktoru (1973). Voroşil Qukasyan 1932-ci ildə Qəbələ rayonunun Nic kəndində udi ailəsində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Azərbaycan SSRİ Elmlər Akademiyasında çalışıb. 1965-ci ildə "Udi dilinin Nic dialektinin fonetik və morfoloji özəllikləri" mövzusunda namizədlik işini müdafiə edib. 1973-cü ildə "Azərbaycan və udi dilləri arasında əlaqələr" mövzusunda Dilçilik İnstitutunda doktorluq işini müdafiə edib. 1974-cü ildə dərc etdiyi "Udicə-Azərbaycanca-Rusca lüğət" indiyə kimi çağdaş udi dilinin hər iki dialektinin (Nic və Vartaşen) yeganə və ən böyük toplusu olaraq qalır. Ən son elmi işi V. İ. Aslanovla birgə yazdığı "Исследования по истории азербайджанского языка дописьменного периода" (1986) kitabı olub. Elmi işlərinin çoxunu "Q.Voroşil" kimi imzalayırdı. Nic kəndində torpağa basdırılıb.
Voroniy Kust adası
Voroniy Kust adası- Kuybıçev su anbarında kiçik bir ada. Tatarıstan Respublikasının Kazan şəhərinin Vaxitovsk rayonuna daxildir. Həmçinin Markiz adasının qarşısında yerləşir. Ada bütünlüklə meşə ilə örtülmüşdür. Çox hissəsi isə bataqlıqlaşmışdır. Kommunikasiya şəbəkəri ölkədə qalmaqdadır. Belə ki, 2012-ci ilə qədər su anbarı doldurulana qədər ərazi qum ilə örtülü olmuşdur. Həmçinin ada quru ilə əlaqəyə malik idi. XX əsrin əvvəllərində şəhərin mərkəzinə uğursuz naviqasiya kanalının çəkilməsi üçün dəmir yolu və şose yolu çəkilmişdir.