Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Velədi
Velədi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Velədi kənd məscidi dini icması fəaliyyət göstərir.
Vənədi
Vənədi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 996 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılara görə, bu oykonim vən (göyrüş ağacı) və talış dilindəki di (kənd) sözlərindən ibaritdir (-ə mənsubiyyət bildirən şəkilçidir). Kəndə belə ad bu ərazidə vən (göyrüş) ağacının çox olmasına görə verilmişdir.
Pərdi
Pərdi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir. Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd.
Hesablaşma vərəqi
Hesablaşma vərəqi (ödəniş qəbzi) — bir işçinin hesaba birbaşa vəsait yatırılması barədə bildiriş kimi və ya maaş vərəqəsinin bir hissəsi kimi aldığı sənəd. Tipik olaraq, əmək haqqı vərəqəsi əmək haqqının, onun tərkib hissələrinin, bütün vergilərin və sığorta haqları, sosial və pensiya fondlarına töhfələr, ianələr və ya alimentlər kimi ümumi məbləğdən (ümumi məbləğdən) çıxılan digər ayırmaları sadalayır. xalis ödəniş məbləği. == Müxtəlif ölkələrdə hesablaşma vərəqələrindən istifadə == Belarus Respublikasında əvvəlki Ödəniş Kitabları oxşar məqsədlər üçün istifadə olunurdu (SSRİ Dövlət Əmək Komitəsinin 28 oktyabr 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq). 26 yanvar 2008-ci ildə Belarus Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsi əmək haqqı vərəqələrini təqdim etdi. Ukraynanın əmək qanunvericiliyi işəgötürənin əmək haqqının miqdarı barədə işçini məlumatlandırmaq öhdəliyini müəyyən edir. 2009-cu ilə qədər "Əmək haqqı üzrə fəhlə və qulluqçularla hesablaşmaların ilkin uçotunun standart formaları", daha sonra P-6 "İşçinin əmək haqqı fondu" standart forması istifadə olunurdu. == İstinadlar == == Xarici keçidlər == Расчетные и рабочие книжки — Энциклопедический словарь Ф.А. Брокгауза и И.А. Ефрона. — С.-Пб.: Брокгауз-Ефрон. 1890–1907.
Kəpənək spredi
Cüzeppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d], Birinci Fransa İmperiyası – 27 yanvar 1901[…], Milan, İtaliya krallığı) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Giuseppe Verdi

Əhməd Kərədi Zəkuyev
Əhməd Kərədi Zəkuyev (d. 1888. Dağıstan, Lak rayonu, Qumuç kəndi – ö. 15.6.1968, Bakı) — filosof, fəlsəfə elmləri doktoru, professor. Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. O, 1921-ci ildə Türkiyədə təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 1922-1960-cı illərdə APİ-də dərs demişdir. 1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə şöbəsində çalışmışdır. 1933-ci ildə APİ-nin nəzdində aspirantura şöbəsi açılır. 1931-ci ildə F.İbrahimbəyov testlər metodunun milli psixologiyanı öyrənmək sahəsindəki zərərli nəticələri barədə danışmağa məcbur olur. 1931-ci ildə Azərbaycan Elmi–Tədqiqat Pedaqogika İnsititutu fəaliyyətə başlayır.
Dataşit (məlumat vərəqi)
Texniki spesifikasiya, məlumat kartı, məlumat vərəqi (ing. datasheet) — məhsulun, materialın, komponentin (məsələn, elektron) və ya alt sistemin texniki xüsusiyyətlərini özündə birləşdirən və layihə mühəndisi tərəfindən istifadə üçün nəzərdə tutulmuş sənəd. İstehsalçı şirkət tərəfindən yaradılır. Xüsusi xüsusiyyətlərin siyahıları verilir. Mənbə kodu varsa, o, sənədin sonunda və ya ayrıca faylda yerləşir.
Böyük depressiya sorğu vərəqi
Böyük depressiyanın sorğu vərəqəsi (BDSV) (ing. Major Depression Inventory) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işçi qrupu tərəfindən işlənib hazırlanmış depressiyanın özünüqiymətləndirə skrininq testidir. Bu sorğu vərəqəsi ÜST-in Beynəlxalq Xəstəliklər Təsnifatında, 10-cu baxış (BXT-10) qeyd olunmuş depressiv pozuntunun diaqnostik kriteriləri əsasında yaradılmışdır. Keçirilmiş tədqiqatlar BDSV-nın depressiyanın ilkin diaqnostikasında yüksək etibarlığını göstərmişdir.
Bir gecədə baş verdi
"Bir gecədə baş verdi" (ing. It Happened One Night) — 1934-cü ildə Frank Kepka tərəfindən çəkilmiş bu ABŞ filmi ekssentrik komediya elementlərindən istifadə olunan ilk filmdir. Filmdə varlı cəmiyyətdən olan ərköyün bir qızın (Klodett Kolber) atasına boyun əyməmək üçün evdən qaçması və bu səyahətdə fəndgir bir jurnalistə (Klark Qeybl) aşiq olması canlandırılır. Filmin süjeti Samuel Hopkins Adams tərəfindən 1933-cü ilin avqustunda qələmə alınan "Gecə avtobusu" (Night Bus) adlı qısa hekayəyə əsaslanır. AKFD-nın 1934-cü ildə 1930 istehsal kodu tətbiqinə başlamasından əvvəl çəkilmiş sonuncu romantik komediyalardan biridir. Belə ki, film artıq 1934-cü ilin əvvəlində (22 fevral) nümayiş etdirilmişdi. Bir gecədə baş verdi Oskarın Böyük 5 mükafatını (ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) alan ilk film idi. Bundan sonra bu mükafatlara cəmi iki film; Ququ quşu yuvasının üzərindən uçarkən (1975) və Quzuların səssizliyi (1991) layiq görülmüşdü. 1993-cü ildə Bir gecədə baş verdi ABŞ Milli Film Arxivində Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətinə görə" müdafiə üçün seçildi. 2013-cü ildə film geniş bərpaya məruz qaldı.
Bir gecədə baş verdi (film, 1934)