ÖNDƏ

I
нареч. впереди (на некотором расстоянии перед кем-л., чем-л. ). Öndə getmək идти впереди, öndə durmaq стоять впереди
II
предик. öndədir впереди (в будущем). Mübarizə hələ öndədir борьба еще впереди
ÖNDAMAQ
ÖNDƏKİ
OBASTAN VİKİ
Ulu Öndər (kitab)
Çingiz Öndər
Cengiz Ündər (türk. Cengiz Ünder; 14 iyul 1997, Sındırqı[d], Balıkəsir ili) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda hücumçu kimi çıxış edən peşəkar Türkiyə li futbolçu. Ünder öz peşəkar karyerasına Altınordu klubunda start vermişdir. O, peşəkar karyerasında debütünü 28 dekabr 2014-cü ildə Birinci Liqa görüşündə Manisaspor klubuna qarşı oyunda etmişdir. Cengiz Ündər ilk qolunu 15 fevral 2015-ci ildə Dənizlispor klubuna qarşı oyunda vurmuşdur. O, 2016-cı ildə Türkiyə Super Liqası təmsilçilərindən olan Başakşehir klubuna transfer olunmuşdur. O, klubu ilə debütünü 28 iyul 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Xorvatiya təmsilçisi olan Riyeka klubuna qarşı oyunda etmişdir. 14 iyul 2017-ci ildə Cengiz Ündər €14 milyon qarşılığında İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubuna transfer olmuşdur. Ünder bir müddət Türkiyə gənclər milli futbol komandasının U-18 və U-19 millilərində çıxış etmişdir. O, son vaxtlar Türkiyə U-21 milli futbol komandasına çağırılır.
Sırrı Sürəyya Öndər
Sırrı Sürəyya Öndər (7 iyul 1962, Adıyaman) — rejissor, ssenarist, prodüser, sənətçi, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı. Sırrı Sürəyya Öndər 7 iyul 1962-ci ildə Adıyaman ilində anadan olub. 2007-ci ildə 18-ci Ankara Beynəlxalq Film Festivalında Milli bədii film nominasiyasında "Ən yaxşı ssenari" öldülünə, həmin ildə 14-cü Qızıl Koza Film Festivalında Milli film nominasiyasında "Ən yaxşı ssenari" ödülünə, 2009-cu ildə isə 7-ci Beynəlxalq Karaçi Film Festivalında "Ən yaxşı rejissor" öldülünə layiq görülüb. 28 fevral 2015-ci ildə Dolmabağça Memorandumuna səbəb olan Abdullah Öcalan ilə Əhməd Davudoğlu iqtidarı arasında dialoqa yardım edən HDP siyasətçilərindən ibarət nümayəndə heyətində yer alıb. 2013-cü ildə Novruz bayramı ilə bağlı tədbirdə çıxışına görə 3 noyabr 2018-ci ildə 42 ay həbs cəzası verilib və 2018-ci il noyabrın 6-da Kocaeli həbsxanasına aparılıb. 4 noyabr 2019-cu ildə Konstitusiya Məhkəməsinin bir gün əvvəl ifadə azadlığının pozulduğuna dair qərar çıxardıqdan sonra azadlığa buraxılıb. 1 uşaq atasıdır. 2011-ci ildə İstanbul ilindən, iyun 2015 və noyabr 2015-ci ildə Ankara ilindən, 2023-cü ildə isə İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı seçilib.
Öndər Aksakal
Öndər Aksakal (1960, Antalya ili) — inşaat mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Öndər Aksakal 1960-cı ildə Antalya ilində anadan olub. Səlcuq Universiteti Memarlıq Bölməsindən məzun olub. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası, həmçinin 15 il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq qadağası alıb. Uzun illər Aydın ilində mühəndis, inşaat - podratçılıq, turizm, nəqliyyat və LPG sahələrində çalışıb. 2003-cü ildə DSP Aydın il şöbəsinin sədri, 2004-cü ildə isə DSP Məclisinin üzvü seçilib. 2009-cu ildə DSP sədrinin müavini vəzifəsində çalışıb. 2015-ci ildən isə DSP sədridir. 2023-cü il mayın 14-də DSP namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. İngiliscə bilir.
Ferhan və Ferzan Öndər
Ferhan və Ferzan Öndər (2 oktyabr 1965, Tokat) — Türk-avstriyalı əkiz pianistlər Ferhan və Ferzan Öndər əkizləri, beynəlxalq səviyyədə tanınan piano duetidirlər. Öndər qardaşları klassik musiqi ilə yanaşı, modern musiqi repertuarında olan əsərləri də ifa etmişdir. Onlar nadir hallarda fərdi fortepiano konsertləri də verirlər. == Həyatları == Ferhan və Ferzan Öndər Tokatın kiçik bir kəndində anadan olduqlarını söyləyirlər. Böyük qardaşları Ömər Öndərin Ankara Dövlət Konservatoriyasında musiqi təhsili almağa başlamasından sonra ailə Ankaraya köçüb. Əkiz bacılar 10 yaşında fortepiano dərsləri almağa və ifa etməyə başladılar və əvvəldən piano dueti kimi yetişdirdilər. 14 yaşında onlar İtaliyanın Terni şəhərində Concorso Pianistico Internazionale Alessandro Casagrande münsiflər heyətinin xüsusi mükafatını qazandılar. Onlar əvvəlcə Ankaradakı Hacettepe Universitetində, 1985-ci ildən isə Vyana Musiqi və Təsvir İncəsənət Universitetinde Noel Floresin və Paul Badura-Skodanın ustad dərslərində təhsil alıblar. Bu duet dünya üzrə konsert turları və dünyaca məşhur orkestrlərlə müntəzəm çıxışları ilə tanınır. Onlar həmçinin Salzburq Festivalı, Beynəlxalq Bethoven Festivalı, Vyana Festivalı, Rheingau Musiqi Festivalı və Şlezviq-Holşteyn Musiqi Festivalı kimi musiqi festivallarında çıxış edirlər.
Aysel Öndər
Aysel Öndər (24 iyun 2005, Hatay ili) — türk Paralimpiya atleti. Bir çox dünya və Avropa çempionluğu titullarının və müxtəlif dünya, Paralimpiya və Avropa rekordlarının sahibidir. O, T20 kateqoriyasında 400 metr sprint (qısa məsafəyə qaçış) yarışlarında mübarizə aparır. == Həyatı == Aysel Öndər 24 iyun 2005-ci ildə Hatayda doğulub. O, ibtidai və orta təhsilini İzmirdə alıb. Öndər 13 yaşında ikən futbol oynayırdı. Bir gün bədən tərbiyəsi müəllimi Öndəri atletika yarışına aparır və o, iştirak etdiyi bu ilk yarışda birinci yeri tutur. O, daha sonra müxtəlif kros yarışlarında iştirak edib. Atletika üzrə məşqçi Damla Tanın diqqətini çəkib və Tan onu atletikaya cəlb etmək üçün Öndərin ailəsi ilə əlaqə saxlayıb. Futbol oynamağa daha çox həvəsi olduğu üçün o, təxminən bir il və ya il yarım hər iki idman növü ilə eyni vaxtda məşğul olub və daha sonralar atletikanı seçib.

Значение слова в других словарях