Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Volodimir Zelenskiy
Volodimir Oleksandroviç Zelenski (və ya Vladimir; ukr. Володимир Олександрович Зеленський; 25 yanvar 1978, Krivoy Roq, SSRİ[…]) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır. Eyni adlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu. == Həyatı == 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir.O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir. Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır. == İncəsənət == Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır. Həmin rol təxmini 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkilərində qələbə qazanan tarix müəllimi idi.