Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uşilu
Ər Uşilu Şanyü (v. e.ə. 101) — Hunların yeddinci şanyüsü. Ər Uşilu Şanyü uşaq yaşda taxta çıxmış və cəmi 3 il hakimiyyətdə qalmışdı. Onun dövründə Hunlar Çinlilərə bir çox döyüşdə qalib gəlmişdi. Özü isə eramızdan əvvəl 102-ci ildə xəstələnərək çox cavan yaşda öldü.
Axilu
Axilu — İrəvan quberniyasının Şərur Dərələyəz qəzasında kənd adı. XIX əsrin əvvəllərində əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Berkarat adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır. Ərəb mənbələrində Dəclə çayı sahilində Axul şəhərinin adı çəkilir. Onu Suriyada (Şamda) yaşamış Şamlı türk tayfası gətirmişdir. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsindəki Axullu kəndinin adı ilə [133, 24] mənşəcə eynidir.
Msila
Msila (ərəb. المسيلة‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Atlas dağlarının ətəklərində, dəniz səviyyəsindən 467 metr yüksəklikdə yerləşir.Msila ölkənin paytaxtı Əlcəzairdən təxminən 175 kilometr cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 156,647 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Bu-Sadə şəhərində yerləşir. == İqtisadiyyat == Msila əhəmiyyətli regional kənd təsərrüfatı, eləcə də ticarət mərkəzidir.
Psila
Psila (lat. Psila) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Vilmü
Vilmü (fr. Villemus, oks. Vilamurs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04241. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 157 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 94 yaşda (15-64 yaş arasında) 67 nəfər iqtisadi cəhətdən fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,3%, 1999-cu ildə 69.9%). Fəaliyyət göstərən 67 nəfərdən 58 nəfər (32 kişi və 26 qadın), 9 nəfər işsizdir (5 kişi və 4 qadın).
Visla
Vistula (pol. Wisła;alm. Weichsel‎) — Polşanın ən uzun və ən böyük çayıdır ki uzunluğu 1.047 km (651 mil)dir. Vistulanın su sahəsi 194,424 km ² dir ki 168,699 km ² Polşada ərazisində yerləşir (ölkəni yarıya bölür). Vistula, Polşanın cənubunda yerləşən Barania Qora dağından qaynaqlanır ki dəniz səthindən 1220 metr ucadır və Silesian Beskidz (Karpat dağlarının qərb hissəsində)dağ silsiləsində yerləşir.Vistula, burada Ağ kiçik Vistula (Biała Wisełka) və Qara kiçik Vistula (Czarna Wisełka) ilə başlanır. O, yol boyu bir neçə iri Polşa şəhərlərindən o cümlədən Krakov, Sandomierz, Varşava, Potsk, Votsoavek, Toruni, Bidqoşç, Şvyeçe, Qruconts, Tçev və Qdanskdan keçərkən geniş Polyak düzənliklər üzərində axınını davam edir.Vistula, bir delta və neçə qolları ilə Vistula laqununa boşalır və ya birbaşa Baltik dənizinin Qdansk körfəzinə daxil olur.
Vişnu
Vişnu (sanskr. विष्णु, viṣṇuIAST) — vişnuizmdə ali tanrı. Hinduizm mifologiyasında kainatın qoruycusu funkasiyasını yetirən və Brahma və Şiva ilə birlikdə trimurtiyə daxil olan əsas tanrı. Hinduizmin müxtəlif istiqamətlərində Vişnuya ya birbaşa, ya da ən məşhurları Krişna və Rama olmaqla, onun avatarları vasitəsilə ibadət olunur. Smarta ənənəsinin davamçıları Vişnuya Tanrının beş əsas formasından biri kimi ibadət edirlər.
Acılu
Əcili və ya Acılu – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 14 km şimal-qərbdə, Oxçuçayın sağ qolu olan Əfsərli çayının sağ sahilində yerləşirdi. Erməni mənbələrində "Acılu", "Acrlu", "Acrli", "Tunis Acilu" formalarında qeyd edilir. == Etimologiyası == Toponim "acurlu" (acılu) türk etnonimi əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 nəfər, 1908-ci ildə 335 nəfər, 1914-cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər, 1959-cu ildə 69 nəfər azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Asila
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
Asilə
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
Vasili
Vasili — Rus kişi adı. Vasili Stalin Vasili Bartold — şərqşünas, türkoloq, tarixçi, akademik.
Sill
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. == Ümumi == Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Sıla
Sıla (17 iyun 1980) — Türk pop müğənnisi, musiqiçi və prodüser. == Həyatı == 17 iyun 1980-ci ildə Türkiyənin Dənizli ilində anadan olub. İbtidai məktəbi Dənizlidə oxuyub. Daha sonra orta təhsilini İzmirdə davam etdirib. İlk musiqi fəaliyyətinə "İzmir Özel Tevfik Fikret Lisesi"də başlayıb və Türk Xalq Musiqisi ilə Türk Sənət Musiqisi xorunda xorçu və solist olaraq fəaliyyət göstərib. 1998-ci ildə ali təhsil almaq üçün İstanbula gəlib. Bir il İstanbul Universitetinin Ədəbiyyat Fakültəsi Fransız Dili və Ədəbiyyatı Bölməsində oxuduqdan sonra İstanbul Bilgi Üniversitetinin Caz Vokal Bölməsinə keçib. Bu dövrdə Afyon Caz Festivalinda Neşet Ruacan, Nedim Ruacan və Nezih Yeşilnildən ibarət caz orkestrində solist olaraq fəaliyyət göstərib. Kenan Doğulu ilə 2000-ci ildə tanış olduqdan sonra yeddi il ona vokalistlik edib. Ferhat Göçer (Yolun Açık Olsun/ Vur kadehi Ustam), Kenan Doğulu (Demedi Deme/Boğaziçi), Emel Müftüoğlu (Eğlenilecek Kızlar, Evlenilecek Kızlar/Ağla) kimi müğənnilərə musiqi bəstələmiş və yazmışdır.
Vıru
Vıru (est. Võru) — Estoniyanın cənub-şərqində yerləşən şəhər, Vırumaa qəzasının inzibati mərkəzidir. Hal-hazırda(2012), burada 12,9 min sakin yaşayır.Əsasını Verro adı ilə 1784 ildə qoyuldu. Şəhərdə yağ-pendir və mebel müəssisələr fəaliyyət göstərir.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Asılı dərə
Asılı gətirmələr
Asılı hissəciklər
Havada olan asılı hissəciklərin insan sağlamlığına neqativ təsir göstərməsi hələ çox yüzilliklər bundan əvvəl qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli olması təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə əlaqədar sutkalıq ölüm hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir. Asılı hissəciklər dedikdə, hər şeydən əvvəl atmosferdə mövcud olan bərk hissəciklər, havaya bilavasitə daxil olan atmosfer aerozolları və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər nəzərdə tutulur, axırıncı törəmə asılı hissəciklər adlandırılır. Kömür, neft və benzinin yandırılması iri asılı hissəcikləri (uçucu kül) əmələ gətirir. Xırda hissəciklər yanma zamanı buxarlanan maddələrin kondensasiyası nəticəsində əmələ gəlir. Törəmə asılı hissəciklər, həmçinin atmosfer havasında mövcud olan kükürd və azot oksidlərinin reaksiyası nəticəsində peyda olur. Mühüm asılı hissəciklər sulfat, nitrat ionları, ammonyak ionları, üzvi aerozollar, bərk kömür, müxtəlif metallar və başqalarından ibarətdir. Belə ki, havada dezinteqrasiya aerozolları (məs. sement zavodlarında) və metalların kondensasiya aerozolları (metallurgiya zavodlarında əmələ gəlir) ola bilər.
Asılı ərazi
Asılı ərazi, asılı sahə və ya asılılıq — suveren bir dövlət olaraq tam siyasi müstəqillik və ya suverenliyə sahib olmayan, ancaq siyasi olaraq onu idarə edən dövlətin inteqral ərazindən kənarda olan ərazi.
Basma üsulu
Basma üsulu - fırlanma səthinə malik hissələrin təzyiq altında emalı üçün tətbiq olunur. Bu üsulun səciyyəvi göstəricisi ondan ibarətdir ki, deformasiya zamanı alətlə pəstah arasında təmas presləmə, ştamplama və döymə kimi üsullardan fərqli olaraq lokal baş verir. Yəni alət kiçik xətt və ya sahə üzrə pəstahla kontakta girərək onu addım-addım plastiki deformasiya etdirir. Emaldan sonra divarın qalınlığı sabit qalır. Pəstahın fırlanması sayəsində alətin trayektoriyası pəstah üzrə qalxımı kiçik olan vintvari iz buraxır. Alətin verişi kiçik olduğundan pəstahın bəzi sahələri dəfələrlə plastikiləşmə prosesindən keçir. Basma zamanı metal lövhədən olan pəstah orta hissəsindən dayaqla matrisaya sıxılaraq fırladılır. Eninə supportda bərkidilmiş alət yandan pəstaha yaxınlaşır və onu tədricən deformasiya edərək basma patronun üzərinə sıxır. Üsulun texnoloji imkanları toxunan gərginlikləri sayəsində qırışların, toxunan və radial istqamətlərdə çatların yaranması ilə müəyyən olunur. Şəkildə basma üsulu ilə əldə edilmiş hissələr təsvir olunmuşdur.
Böyük Vasili
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330–379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır. == Əsərləri == Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına, "Zəbur" kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon magnum sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.
Dekripitasiya üsulu
Dekripitasiya üsulu - belə bir təsəvvürə əsaslanır ki, mineralın böyüməsi dövründə zəbt etdiyi birfazalı flüid və ya məhlul soyuduqda və təzyiq aşağı düşdükdə maye, qaz və bəzən bərk fazalara parçalanır, mineralı qızdırdıqda isə proses əks istiqamətdə gedir və möhtəvinin bir fazalıya çevriləməsinədək davam edir. Təzyiq və konsentrasiyaya düzəlişlər etdikdən sonra möhtəvinin partlayış temperaturu, mineralın əmələ gəlmə temperaturu kimi qəbul edilir. Partlayış temperaturu ossiloqraf, elektromexaniki sayğac və başqa cihazlar vasitəsilə qeydə alınır. Sinonim: Termosəs üsulu. == Həmçinin bax == Mineral Maye Qaz == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Elektroerrozion üsulu
Elektroerrozion üsulu- mexaniki emala tamamlayıcı bir üsul olub elektrik keçirən hissələrin hazırlanmasında tətbiq olunur. Mürəkkəb metallik hissələrin hazırlanmasında bu üsulun yeri əvəz olunmazdır. Çünki, frezləmə üsulunun tətbiqi verilən hissənin həndəsəsindən asılıdır. Böyük dərinlikdə (> 200 mm) yerləşən mürəkkəb konturların effektiv frezlənməsi alətin uzunluğunun məhdud olmasına görə və ya da dəqiqlik baxımından mümkün deyildir. Belə səthlərin emalını elketroerrozion üsulu ilə aparmaq əlverişlidir. Bu üsulun ən çox tətbiq olunduğu sahə dəmir tərkibli metal formaların hazırlanmasıdır. Elektroerrozion üsulunda metalların emalının iki variantını göstərmək olar: elektrodla emal; məftillə emal. Bü iki kəsmə variantını birləşdirən onların eyni fiziki prinsipə malik olmasıdır. Elektroerrozion üsulu ilk dəfə olaraq rus alimləri Lazarenko B.R. və Zolotıx B.N. tərəfindən ixtira edilərək, onun elekrtotermiki nəzəriyyəsi işlənmişdir. Prosesin iş prinsipi emal olunan səthlərin elektrolit bir mühitdə erroziyasına, yəni aşınmasına əsaslanır.
Eyler üsulu
Ardıcıl yaxınlaşma üsulunda hər bir yaxınlaşmada müəyyən inteqrallar hesablanır. Əksər hallarda müəyyən inteqralları dəqiq üsullarla hesablamaq mümkün olmur və təqribi üsullardan istifadə olunur. Tutaq ki, y ′ ( x ) = f ( x , y ) {\displaystyle y^{\prime }(x)=f(x,y)} diferensial tənliyinin y ( x 0 ) = y 0 {\displaystyle y(x_{0})=y_{0}} başlanğıc şərtini ödəyən həllini [ a , b ] {\displaystyle [a,b]} parçasında tapmaq tələb olunur [ a , b ] {\displaystyle [a,b]} parçasını h {\displaystyle h} addımı ilə n {\displaystyle n} bərabər hissəyə bölək: h = b − a n , x i = x 0 + i h , ( i = 0 , 1 , 2 , … ) {\displaystyle h={\frac {b-a}{n}},x_{i}=x_{0}+ih,(i=0,1,2,\ldots )} [ x k , x k + 1 ] {\displaystyle [x_{k},x_{k+1}]} parçasında tənliyini inteqrallayaq. ∫ x k x k + 1 y ′ ( x ) d x = ∫ x k x k + 1 f ( x , y ) d x {\displaystyle \int \limits _{x_{k}}^{x_{k+1}}y^{\prime }(x)\,dx=\int \limits _{x_{k}}^{x_{k+1}}f(x,y)\,dx} y ( x ) | x k x k + 1 = ∫ x k x k + 1 f ( x , y ) d x ⇒ y ( x k + 1 ) = y ( x k ) + ∫ x k x k + 1 f ( x , y ) d x {\displaystyle y(x)|_{x_{k}}^{x_{k+1}}=\int \limits _{x_{k}}^{x_{k+1}}f(x,y)\,dx\Rightarrow y(x_{k+1})=y(x_{k})+\int \limits _{x_{k}}^{x_{k+1}}f(x,y)\,dx} (1) [ x k , x k + 1 ] {\displaystyle [x_{k},x_{k+1}]} parçasında f ( x , y ) {\displaystyle f(x,y)} funksiyasının qiymətini sabit, ( x k , y k ) {\displaystyle (x_{k},y_{k})} nöqtəsindəki qiymətinə bərabər götürsək (1) aşağıdakı kimi yazılar: y ( x k + 1 ) = y ( x k ) + f ( x k , y k ) ( x k + 1 − x k ) = y ( x k ) + f ( x k , y k ) h {\displaystyle y(x_{k+1})=y(x_{k})+f(x_{k},y_{k})(x_{k+1}-x_{k})=y(x_{k})+f(x_{k},y_{k})h} (2) (2) ( x k , y k ) {\displaystyle (x_{k},y_{k})} nöqtəsində tənliyin y ( x ) {\displaystyle y(x)} həllinə çəkilmiş toxunanın tənliyidir. Sanki [ x k , x k + 1 ] {\displaystyle [x_{k},x_{k+1}]} parçasında tənliyin həlli abisisi x k {\displaystyle x_{k}} olan nöqtədə çəkilmiş toxunana paralel və ( x k , y k ) {\displaystyle (x_{k},y_{k})} nöqtəsindən keçən düz xətt parçası ilə əvəz olunur. Nəticədə həllə yaxın sınıq xətləri alırıq ki, bu sınıq xəttə Eyler sınıq xətti deyilir.
III Vasili
III Vasili İvanoviç (rus. Василий III Иванович; 25 mart 1479, Moskva, Böyük Moskva Knyazlığı – 3 dekabr 1533, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1505-1533), Büten Rusun hökmdarı. Onun hakimiyyəti dövründə Qızıl Orda süqut etdi və müstəqil Moskva knyazlığı qonşu əraziləri ilhaq edə bildi ki, bu da sonralar “rus torpaqlarının birləşdirilməsi” adlandırıldı. Mərkəzləşdirilmiş Rusiya dövlətinə (o zaman Moskva knyazlığı) Pskov, Smolensk və Ryazan daxil oldu.