Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vyara Vataşka
Vyara Vataşka (20 fevral 1980) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Vyara Vataşka Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Vaska Bicova-Qaydova
Vaska Bicova-Qaydova (mak. Васка Биџова-Гајдова; 26 iyun 1924, Pirlepe – 5 sentyabr 2004, Skopye) — Yuqoslaviya və Şimali Makedoniya opera müğənnisi (koloratura soprano). == Həyatı == Vaska Bicova-Qaydova 1924-cü ildə Prilep şəhərində anadan olmuşdur. Gənclik illərində müxtəlif xorlarda oxuyur və dərs deməyi planlaşdırırdı, lakin dirijor və bəstəkar Stefan Qaydovun məsləhəti ilə Skopyedəki Nina Monastri-Kuneli musiqi məktəbinə daxil oldu və 1951-ci ildə Makedoniya Milli Teatrının opera səhnəsində debüt etdi, "Sehirli fleyta" operasında Gecə Kraliçası rolunu canlandırdı. Sonra müğənni təhsilini Lyublyanada davam etdirdi, 1956-cı ildən 1958-ci ilə qədər isə Vyana Musiqi Akademiyasında (indiki Vyana Musiqi və İfaçılıq İncəsənəti Universiteti) oxudu. 1974-cü il oktyabr Vaska Bicova-Qaydova Makedoniyanın "11 oktyabr" adlı Dövlət Mükafatı, 1979-cu ildə isə Yuqoslaviya Musiqiçilər Birliyinin Qızıl Lira mükafatına layiq görüldü. 5 sentyabr 2014-cü ildə Skopye şəhərində vəfat etdi.